278
dir (14, 181). Əlbəttə, burada müəllif suyun
nə məqsədlə verildi-
yini açıqlamasa da, bizə məlumdur ki, təmizlik məqsədilə çörəkdən
qabaq süfrəyə suyun gətirilməsi məhz əl yumaq üçündür. Qonaqlıq
süfrəsindən bəhs edən Nizami Gəncəvi də bu məsələyə toxunaraq
“Əl yumaq üçün müşklə dolu tabaqlar”dan söz açarkən qonaqpər-
vərlikdə qəbul olunmuş adətə işarə etmişdir (24, 203). Bu adət
ondan ibarətdir ki, yeməkdən əvvəl süfrə ətrafına toplaşanların
hamısı əlini yuyub sildikdən sonra yeməyə başlaya bilərdilər.
Qul Əli də «Qüsseyi-Yusif» əsərində yazır:
Qızıl-altun
tas-aftaba əlnə verdi,
Götürübən ol məclisə iltər imdi (76, 86).
Əsərdən göründüyü kimi, qonaqlıq mərasimi zamanı ilk növbə-
də əllərin yuyulması üçün məclis iştirakçılarına su dolu aftafa və
ləyən gətirilir. Şair «adil kişi ğəribləri sövər imdi» - deməklə qərib-
likdən gələn insanlara da qonaq kimi davranıldığına işarə edərək
onların da sevilib sayılmasına işarə etmişdir. Buradakı şairin diliylə
verilən “sövər” kəlməsi sevər anlamını verir. Onun işlətdiyi sur
sözü də qonaqlıq mənası daşıyır (76, 169). Müəllif hətta qonaqlıq
süfrəsindən də yazır:
Qonaqlara telim
dürlü aşlar gəldi,
İxvanların qonaqlayu öndər imdi (76, 123).
Suli Fəqih «üç gün bunları çün qonuqladı»-deməklə qonaqpər-
vərlik adətinə toxunmuşdur (78, 46).
Müxtəlif mərasim və bayram şənliklərində təzahür edən qonaq-
pərvərlik adəti xalqımızın xarakterini, onun mənəvi zənginliyini ay-
dınlaşdırmağa imkan yaradır. Uzun sürən tarixi dövrlər ərzində qo-
naqpərvərlik mövcud olmuş, əsrlər boyu məişətimizdə kök çalmış,
insanların demək olar ki, gündəlik həyat tərzinə sirayət etmişdir. Bu
isə insanların daxili aləminin saflığından və mənəvi dünyasının
zənginliyindən xəbər verir. Təsadüfi deyildir ki, insanların ən şə-
280
nağıllarından əmələ gəlir; nağıl vaxtı aşıqlar otaq içində gəzişə-
gəzişə icrayi-hünər edib yeri gələndə söz ilə və yeri gələndə hava ilə
şirin-şirin nağıllar söyləyib oxuyarlar. Böyük toylara həm xanəndə
və həm də aşıq dəstəsi çağırarlar və növbəylə oxudarlar” (47, 217).
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan ziyalıları arasında da
özünəməxsus münasibətlər mövcud olub. Mir Mövsüm Nəvvabın
yaratdığı “Məclisi fəramuşan” məclisinə daxil olan şairlər bir-
biri ilə, həm də Xan qızı Xurşudbanu Natəvanın rəhbərlik etdiyi
“Məclisi-üns”-ün üzvləri ilə şerləşirdilər. Nəvvabın Şuşada yarat-
dığı “Musiqiçilər məclisi”ndə musiqi sənətinə dair bir sıra məsələlər
müzakirə olunurdu (48). Bu ədəbi məclislər də özünəməxsus tərzdə
icra olunan qonaqpərvərlik deyilmi?
Qonaqpərvərlik adətində qəbul olunmuş əsas şərtlərdən biri də
qonağa hədiyyələr bəxş edilməsi idi. Bu, qonaqpərvərlikdə qəbul
edilmiş adi bir hal idi. Qonaq ev sahibinə müəyyən bir şey bağış-
lamağa, ev sahibi isə öz növbəsində qonağını müxtəlif hədiyyələrlə
yola salmağa çalışırdı. Bu adət günümüzə qədər gəlib çatmış və indi
də yaşamaqdadır.
1613-14-cü illərdə Moskvadan gəlmiş rus səfiri Mixail Nikitiç
Tixonov Azərbaycanda şah tərəfindən onlara bəxş olunan müxtəlif
hədiyyələrdən bəhs etmişdir. 1615-ci ildə daha bir rus səfiri, Mixail
Petroviç Baryatinski də Şah Abbas sarayında fəaliyyəti dövründə
ona göstərilən hörmət və müxtəlif şəxslər tərəfindən ona təqdim
olunan bəxşişlər barədə söhbət açmışdır (14, 216).
Səfirliyin tərkibində 1636-38-ci illər ərzində Azərbaycanda ol-
muş alman alimi Adam Oleari də xalqımıza xas
olan qonaqpərvərlik
haqqında, burada onlara verilən müxtəlif növ tələbat mallarından
ibarət hədiyyələr barədə söhbət açmışdır. O göstərir ki, Sultan
Şahverdi tərəfindən onlara hədiyyə olaraq iki at, iki öküz, on iki
qoyun, 20 toyuq, üç böyük küp çaxır, bir küp təmiz su, iki səbət
alma və 5 kisə buğda unu təqdim edildi (14, 260). Göründüyü kimi,
bağışlanan hədiyyələr müxtəlif çeşidli olurdu. Belə ki, buraya
geyim şeyləri, xəncərlər, növbənöv parçalarla yanaşı, həm də səfəri
davam edən şəxslərə ərzaq şeyləri və gündəlik tələbat malları daxil