269
də qonağın üzərinə düşən məsuliyyətdir. Qonaq qətiyyən ailənin
daxili işlərinə qarışmamalı və yersiz müdaxilə etməməli idi.
Beləliklə, ev sahibi və qonağın qonaqpərvərlikdə mövcud dav-
ranış qaydalarına riayət edərkən hərəkətləri ölçülü olmalı, bir-birini
tamamlamalı, xalqın adətlərinə uyğun şəkildə icra olunmalı,
qarşılıqlı səmimiyyətlə müşayiət edilməli idi.
Azərbaycanda olarkən lütfkar və nəzakətli tacirlər tərəfindən
dəfələrlə qonaq edilən, mehribanlıq, gülər üz görən XVII əsr alman
alimi Adam Oleari öz məlumatlarında qeyd edir ki, azərbaycanlılar
bizim üçün yeni, çoxdan arzu etdiyimiz bir xalq idi ki, biz onlarla
daha yaxından tanış olmağa can atırdıq. Müəllif qonaqlıq mərasi-
mində müsiqinin müşayiətindən və musiqi alətlərindən də söhbət
açır (33, 148-149).
Adətə görə, çalğı olan məclisdə ona qulaq asmamaq, başqa bir
işlə məşğul olmaq, çox danışmaq ədəb qaydalarından kənar
sayılırdı.
Şamaxıda varlı bir adamın evində qonaq qalan Aleksandr Düma
xatırlayır ki, ev yiyəsi onun şərəfinə yaxşı süfrə açmış, şam və çıraq
yandırılmış, xalça ilə bəzədilmiş xüsusi bir otaqda hər cür rahatlı-
ğının təmin olunmasına imkan yaratmışdı. Hətta A.Düma özünün
qaldığı otaqda masa üzərində kağız və qələm belə qoyulduğunu
qeyd edir (22, 80).
Qonaq evinin və ya otağının bəzədilməsi heç də formal xarakter
daşımırdı. Evin içi və ya qonaq otağı yüksək zövqlə bəzədilir-
di. Qonaq burada qaldığı müddətdə qonaq otağının içindəki hər
şey məhz ona məxsus olurdu. Bu da xalqımızın qədim adətlərin-
dəndir. Bu o demək idi ki, otaqda olan hər bir əşya qonağın
istifadəsinə və ixtiyarına verilirdi, lazım gəlsə, hətta ona bağışlana
da bilərdi. Əlbəttə, ev sahibləri qonaq evlərinin daxili görkəmi ilə
yanaşı, xarici görkəminin də yaraşıqlı olması üçün əllərindən gələni
əsirgəmirdilər. Orta əsrlərdə tikilən evlərin quruluşu müxtəlif
olurdu. Azərbaycan ərazisinə qədəm basan səyahətçilər burada
tikilən evlərin quruluşu barədə də məlumat vermişlər. Evlərin bəzisi
kərpicdən, digərləri isə daşdan və bir qayda olaraq, dördbucaq
270
şəklində tikilirdi. Şotlandiyalı həkim Bel göstərir ki, evlərin dam
örtüyü hamar və dairəvi vəziyyətdədir. Evin içərisi təmiz və
rahatdır. Döşəməyə xalça salınır. Divarların müxtəlif çiçəklərlə
bəzədilməsi və rəsmlər çəkilməsi evlərin görkəmini daha da
gözəlləşdirir (14, 401). Azərbaycandakı evlərin quruluşu barədə
Qafqazla yaxından tanış olan rus tarixçisi, Rusiya Akademiyasının
həqiqi üzvü P.Q.Butkov da xəbər verir. Xanın evini təsvir edən
P.Q.Butkov yazır ki, bu, Narınqalada yüksəklikdə daşdan tikilmiş
ikimərtəbəli evdir. Dördbucaqlı şəklində tikilən evi Qış Sarayına
bənzədən müəllif qeyd edir ki, evin ortasında hovuz vardır. Evin
şəhərə baxan tərəfində şüşəbənd mövcuddur. Otaqlar təsvirlərlə
bəzədilmişdir, rənglər isə olduqca canlıdır. Şəkillər qədim döyüş,
məhəbbət və ov səhnələrinə həsr edilmişdir. Tavana gül rəsmləri
həkk olunmuşdur. Hər tərəfdən otaqlara qapılar açılır. Otaqlarda
güzgülər və digər bəzək əşyaları mövcuddur, onların pəncərələri
müxtəlif balaca şüşələrdən ibarətdir ki, bu da füsunkar rəngli qövsi-
qüzehi xatırladır. Evlərdə pərdələr də asılmışdır (14, 419-420).
Müasir dövrümüzdə qonaqların saxlanması məsələsinə öz
əsərlərində toxunan görkəmli yazıçı İsmayıl Şıxlı da bu barədə öz
müşahidələrini belə qələmə almışdır. Bir dəfə yazıçı Bərdədə ona
qohumluğu çatan Həsən Qiyasbəylinin (Qazağın Kəmərli kəndindən
idi, Səməd Vurğunun yaxın dostu olmuşdu) dörd-beş gün qonağı
olur. Ürəyi də süfrəsi kimi açıq, ucaboylu, şəxsiyyətli bu adamın
qəribə təbiəti varmış. Ataları tez öldüyündən üç-dörd bacı-qardaş
yetim qalmışlar. O danışırmış ki, adımız bəy olsa da, kasıb idik.
Atamın ölümündən bir neçə ay sonra bir gün gördük ki, kəndin
ortasından keçən çayın o üzündəki təpəlikdən kəndə enən torpaq
yolla beş-on atlı gəlir. Anamız təlaşla gələn qonaqların atamızın
dostları olduğunu söyləyir. Evdə heç nə olmadığından qonşuya
göndərilən uşaqlar bütün lazımi azuqəni əldə edirlər. Hətta oduna
qədər borc alırlar. Atlılar evə çatanadək köməyə yetişən qonum-
qonşu sayəsində xəmir yoğrulub heyvan kəsilir, samovar buğlanır.
Düz bir həftə yemək-içmək olur. “Bilmədik aşığı kim çağırdı.
Həyətdə boyun-boyuna verən erkəkləri kim göndərdi, un dolu
271
çuvalları, odun dolu arabaları kim göndərdi, kim gətirib həyətə
boşaltdı. Bilmədik bizə əl-ayaq verən, odun doğrayan, heyvan kəsib
kabab çəkən, xəmir yoğurub kündə salan, sac asıb fətir yayan,
bulaqdan su daşıyıb samovar qaynadanlar kimlərdir? Qonaqlar
gedəndən sonra toydan avazımış kimi oturub nəfəsimizi dərdik və
gördük ki, evimizdə düz üç-dörd aylıq azuqə var. O gündən Allah
bizim ruzimizi verdi. Süfrəmiz həmişə bol, evimiz qonaq-qonaqçalı
oldu” (41, 56-58). Buradan da aydın göründüyü kimi, əl tutmaq,
yardım etmək qonaqpərvərlikdə ən əsas xüsusiyyətlərdəndir. Bir də
ki, qonağı ev yiyəsi yola sala bilmədikdə el yola salar. Bu,
qonaqpərvərliyin məhdud ailə çərçivəsindən çıxıb el-oba işinə
çevrilməsinin bariz nümunəsidir. İnsani münasibətlər xeyirxahlıq
yolu ilə əldə oluna bilər. İnsanların bir-birinə əl tutub kömək etməsi
mənəviyyat qanunu və ən şərəfli iş hesab olunurdu.
Qonaqların saxlanmasında karvansarayların da böyük rolu
olmuşdur. Karvansaraylar bir sıra Şərq ölkələrində olduğu kimi,
Azərbaycanda da mövcud olmuşdur. Şəhərlərdə və mühüm ticarət
əhəmityyətli yollar üzərində salınan karvansaraylar mehmanxana
tipli tikili kimi geniş yayılmışdı. İri ticarət mərkəzlərində onların
sayı daha çox olurdu. Azərbaycanın bütün ərazilərində karvan-
sarayların tikilməsində müəyyən bir oxşarlıq vardı. Karvansaray-
larda istirahət otaqları ilə yanaşı, eyni zamanda yeməkxana, axurlar,
anbarlar, dükanlar və s. olurdu. Azərbaycan ərazisinə müxtəlif
məqsədlərlə təşrif buyurmuş qonaqları məhz müvəqqəti sığınacaq
yerləri olan ev tipli karvansaraylarda yerləşdirirdilər. Azərbaycana
müxtəlif zamanlarda gəlmiş və ölkəmizin ayrı-ayrı şəhərlərində
olmuş səyahətçilər və tacirlərin demək olar ki, əksəriyyəti belə
karvansarayların mövcudluğundan bəhs etmiş, hətta onların daxili
və xarici görünüşü barədə söz açmağı belə unutmamışlar.
1561-1563-cü illər ərzində Səfəvilər dövründə Azərbaycana
gəlmiş ingilis səyyahı, tacir Antoni Cenkinson yaraşıqlı Ərdəbil
şəhərində yalnız kömək məqsədilə əcnəbiləri və səyyahları yerləş-
dirmək üçün ağ daşdan tikilmiş karvansarayda qaldığını qeyd
Dostları ilə paylaş: |