272
edərkən göstərir ki, burada hamıya yemək verilməklə yanaşı, hətta
atlar belə yemlə təmin olunurdu.
1615-16-cı illərdə I Şah Abbasın yanına göndərilmiş qasid Qri-
qori Şaxmatov Azərbaycanda olması haqqında məlumat verir. Lakin
onun qonaqpərvərlik haqqında məlumatı bir o qədər də zəngin
deyildir. O burada qaldıqları müddətdə yalnız at, araba və azuqə ilə
təmin olunduqlarını qeyd etməklə kifayətlənmişdir. Karvansaraylar
barədə məlumatlar zəngindir. 1615-ci ildə I Şah Abbasın yanına
göndərilmiş rus səfiri Mixail Petroviç Baryatinski yolboyu karvan-
saraylarda qalmalarından bəhs etmişdir. O, eyni zamanda, yeri
gəlmişkən, Usub xan tərəfindən göndərilmiş ərzaq məhsulları (kürü,
yağ, üzüm, giləmeyvə, armud, alma, şaftalı, gilənar, şərab, çörək,
qoyun, toyuq və s.) barədə də söz açmışdır.
1623-cü ildən səyahətə çıxan Moskva taciri Fyodor Afanas-
yeviç Kotov Azərbaycanda çoxlu karvansarayın olduğu barədə
məlumat verir.
XVII əsr rus zadəganı, dini-siyasi xadim Artemi Suxanov Gən-
cədə nahar edib karvansarayda qaldığını qeyd edir. XVIII əsr rus
dövlət xadimi Artemi Petroviç Volınski də həmçinin karvansaraylar
haqqında məlumat vermişdir (14, 350). Yuxarıda adı çəkilən şotlan-
diyalı həkim Bel 1715-1718-ci illərdə Azərbaycan ərazisindəki
karvansaraylar haqqında yazır ki, əhatəsində səyahətçilər üçün sığı-
nacaq və atlar üçün tövləsi olan, mərkəzi hissəsində həyəti yerləşən
dördbucaqlı tikililəri karvansaray adlandırırlar. Müəllif fikrinə da-
vam edərək göstərir ki, belə binaların böyüklüyü və genişliyi onu
inşa edən şəxsin səxavətindən və biliyindən asılıdır. Adətən, belə
binalar su mənbələrinə yaxın yerlərdə salınır və karvansaraylar
arasındakı məsafənin uzunluğu demək olar ki, bir günlük yol olur.
Belə karvansaraylar Şərqdə mehmanxanaları əvəz edir və qeyd
etmək lazımdır ki, onlar səyyahlar üçün çox rahatdır. Karvansa-
raylar içərisində elələri vardır ki, orada təxminən beş yüz adam və
onların atları yerləşdirilə bilərlər. Adətən, burada yalnız qoruqçu
yaşayır ki, o da lazım olanda səyyahların qida məhsullarına ehti-
yacını və başqa tələbatlarını yerinə yetirirdi. Bu məlumatlarla yana-
273
şı, Bel həmçinin dağılmış karvansaraya da rast gəldiyini qeyd
etmişdir (14, 392). Eyni zamanda o, burada nəinki öz rahatlığını
təmin etmək, həmçinin xarici tacirlərin mallarını belə satması üçün
əlverişli şəraiti olan karvansaraylardan da söhbət açır. 1670-1673-cü
illərdə Azərbaycan ərazisində olmuş hollandiyalı dənizçi Yan Streys
karvansaraylar haqqında ətraflı məlumat verməsə də, Ərdəbil
şəhərində gözəl bir karvansarayda qaldığını söyləmişdir.
1684-cü ildə Azərbaycanda olmuş alman alimi Kempferin Binə
kəndinin camaatı tərəfindən necə qarşılandığı barədə verdiyi məlu-
mat maraq doğurur: “Axşam düşəndə biz Binə camaatının qonaq-
pərvərliyinin şahidi olduq. Onlar bizi karvansarayda gecələməyə
qoymadılar. Kənddə əhali bizi çox mehribanlıqla qarşılayıb xalça-
larla bəzədilmiş mənzilə apardılar. Biz içəri girən kimi kənd əhalisi
salamlaşmaq üçün axışıb gəldilər. Gələnlər özləri ilə üzüm, alma,
nar və başqa yeməli şeylər gətirirdilər. Gecədən xeyli keçənə qədər
əhali bizimlə söhbət etdi, musiqi çaldılar, xorla mahnılar oxudular,
kollektiv rəqs etdilər və s.” (42, 37)
Kənd mühitində qonaqpərvərliyin icrası haqqında Abdulla Şaiq
“Köç” hekayəsində məlumat verir. O, yaylağa köç edən bir ailədən
söhbət açır. Belə ki, bu ailə hələ öz alaçığını qurmadığından ondan
əvvəl köç edənlərdən birinin alaçığına qonaq düşməli olur. Bu heka-
yədə ailənin necə mehribanlıqla qarşılanmasından, dərhal bütün qa-
dınlar və uşaqların yığışmasından, güləruz və mehriban münasibət-
lərindən bəhs edilir. Kərim babanın dili ilə “Qonaqları incitməyin,
yoldan gəliblər, qoyun bir az rahat olsunlar”, - deməsi qonağa mü-
nasibətin təzahürüdür (43, 12). El qaydasına görə, qonağı qəbul et-
dikdən sonra onu müəyyən müddət tək buraxmaq məsləhətdir ki, bir
qədər dincini alsın, rahatlansın və yorğunluğu çıxsın. Bu vaxt qonaq
təkbaşına qalıb sərbəstləşir, düşdüyü yeni mühitə uyğunlaşmağa
başlayır. Lakin bu müddət də çox uzun olmamalıdır. Çünki qonağa
qarşı laqeyd qalmaq olmaz.
Əgər evə təşrif buyuran qonaq tanış adam deyildisə və onun ev
sahibinin evində qalması müvəqqəti xarakter daşıyırdısa, onda ev
yiyəsi qonağı yormamaq üçün onun yanında həddən artıq çox qal-
274
mağı düzgün hesab etmirdi. Qonağın nə vaxt gəldiyinin də rolu var
idi. Belə ki, qonaq axşam gəlirdisə, ona yemək verildikdən sonra tə-
cili olaraq yataq salınırdı. Qonaq yaxın adam, tanış, yaxud qohum
olardısa, bu halda ev yiyəsi onunla daha çox təmasda olmağa üstün-
lük verirdi. Belə olduqda nəinki ev yiyəsi, hətta onun qohum-əqrə-
bası da yığışıb qonağı əyləndirməyi özlərinə borc bilir və onun hər
bir arzusu ilə maraqlanıb, ən kiçik xahişini belə həvəslə yerinə yeti-
rirdilər. Bu qonaq ailə üzvlərindən birinə çevrilirdi. Qonaqla ev sa-
hibi bir-birini bütün işlərindən agah edir, səmimi ünsiyyətdə olur,
yeri gəldikcə bir-birinin dəyərli məsləhətlərini dinləyir, lazımi şey-
lərin əldə olunmasında və ya tədarükündə bir-birinə köməklik
göstərirdilər.
Ravəndinin Səlcüqilər sülaləsinin tarixindən bəhs edən “Könül-
lərin rahatlığı və sevinc əlaməti” əsərində deyilir: “Noz-nozulə hər-
bi hissə və dövlət məmurlarının əhalinin evinə qonaq düşməsi de-
məkdir. Mənbələrin verdiyi məlumata görə, vergi yığanlar və dövlət
məmurları bir yerə getdikdə əhali onları yer və azuqə ilə təmin
etməyə məcbur idi... Rəvəndinin yazdığından məlum olur ki, dövlət
məmurları bir yerə getdikdə onu mənzil və azuqə ilə təmin etmək
bir mükəlləfiyyət idi” (44, 122). Bu fikri qeyd etməklə bütövlükdə
əhali arasında belə bir adətin təzahürünün şahidi oluruq ki, camaat
hətta vergi verəndə belə, öz qonaqpərvərlik ənənələrinə sadiq
qalmalı, məqsədindən asılı olmayaraq, evinə gələn adamı qəbul edib
yola salanda sanki qanun şəklinə salınmış davranış qaydalarına
riayət etməli idi. Həqiqətən də qonaqpərvərlik adəti zaman, dövr
baxımından deyil, məhz insanların qonağa münasibətindən doğan
bir hal kimi qiymətləndirilməlidir.
XVII əsrin türk səyyahı Evliya Çələbinin məlumatına görə,
Bakıda qonaqları qarşılamaq üçün xüsusi mehmandar vəzifəsi
olmuşdur.
Azərbaycanda qonağa çox böyük hörmət bəslənilir. Qonağın
yüksək təsir gücünə malik olması bu və ya digər məsələyə münasi-
bətdə mühüm əhəmiyyət kəsb edir. Bəzi hallarda qonaq müşahidə
etdiyi müəyyən hadisənin təsiri altında məsələyə müdaxiləni və öz
Dostları ilə paylaş: |