ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə83/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   79   80   81   82   83   84   85   86   ...   118

 
263 
 
Başqa müəlliflər kimi, Günabadi də burada qonaqlara hədiyyə  təq-
dim  olunmasına  işarə  etmişdir. Müəllif  bununla yanaşı, orta əsr-
lərdə  ziyafət  məclislərində  nəğmə  oxunmasına  da  toxunaraq  yazır: 
“Nəğmə oxuyan çalğıçılar hər bir zamanda bir çığırtı və bağırtı qo-
parıb qoca-cavan məclisindən ən yüksək dərəcədə olanların qulaqla-
rına çatdırdılar” (34, 758). “Beləliklə, şərab qədəhlərini başına çək-
məkdə və kəman (kamança-Ş.B.) tellərini dinləməkdə vaxtlarını xoş 
keçirirdi”-deyən Günabadi həm şərabdan istifadə edildiyini, həm də 
qonaqlıqda  kamança  çalındığını  qeyd  edir  (34,  781).  Onun  mə-
lumatları bununla bitmir. O, Səfəvilərin qonaqlıq ziyafətini “cənnət 
nişanəsi”  məclisi  kimi  dəyərləndirir,  qonağın  məclisin  yuxarı  ba-
şında oturduğunu göstərir. Digər qonaqların da  yer aldığı məclisdə 
çalğıçılar  və  xanəndələrin  hər  birinin  münasib  yerdə  əyləşdiyini 
qeyd etməklə bərabər, müəllif həmçinin onların gözəl səs və avaza 
malik məşhur xanəndələr olduqlarını da söyləyir (34, 816-817). 
Günabadi şahidi olduğu qonaqpərvərliyə xas olan xüsusiyyətləri 
yığcam şəkildə təsvir etməklə yanaşı, qonaqlıq məclisinin sonunda 
“bir çox məbləğ qırmızı qızıldan və ağ gümüşdən və qiymətli cins-
lərdən, yəni ipək və zərbaflardan peşkəş yolu ilə və hədiyyə tərzilə 
o  həzrətin  mülazimlərinə  verdilər”,  -  deməklə,  hədiyyələr  paylan-
masına toxunmuş və o şəxsin də öz növbəsində xələtlər və az tapı-
lan  libaslar  təqdim  etdiyini  vurğulamışdı  (34,  819).  Maraqlı  cəhət 
budur ki, müəllif hədiyyələrin nədən ibarət olduğunu da göstərmiş-
dir.  Bu  cür  məlumata  məşhur  tarixçi  alim  Fəzlullah  Rəşidəddinin 
(1247-1318)  əsərində  də  rast  gəlmək  mümkündür.  O  da  Qazan  xa-
nın qəbuluna gəlib ona xidmət edəcəklərini bildirən adamlara xanın 
verdiyi bəxşişlərdən söhbət edərkən hədiyyələr sırasında kaftan, pa-
paq, kəmər və digər qiymətli əşyaların adlarını çəkmişdir (35, 165). 
Qazan xan dövrünün tarixini müfəssəl şərh etməyə çalışan müəllif, 
eyni  zamanda  xanın  Marağadakı  rəsədxananı  görməyə  getdiyi  za-
man yerli hakimlər tərəfindən təşkil olunmuş ziyafətdən də bəhs et-
mişdir  (35,  171).  Beləliklə,  hər  iki  müəllifin  məlumatında  hökm-
darlar və onların ziyafətləri təsvir edilməklə, verilən bəxşişlərin də 
qiymətli  əşyalardan  ibarət  olduğu  göstərilıir.  Göründüyü  kimi, 


 
264 
 
qonaqlıq  mərasimlərində  icra  olunan  adətlər  ardıcıllıqla  bir-birini 
tamamlayır. 
Beləliklə aydın olur ki, istər keçmişdə, istərsə də müasir dövrü-
müzdə qonaqlar, bir qayda olaraq müxtəlif hədiyyələrlə  yola  salın-
mışlar. XVII  əsr  məşhur  türk  səyyahı  və  coğrafiyaçısı  Evliya 
Çələbi Azərbaycanda  olmuş  və burada Qərşi qalasının ağası tərə-
findən  necə  qarşılandıqlarını  belə  təsvir  etmişdir:  ”Şahın  dizçökən 
ağası başındakı tacı müxtəlif quş lələyi ilə bəzəyib və nəyi var idisə, 
hamısını  başına  tac  bağlayıb  yanımıza  gəldi.  Xahiş  edib  dedi:  Hey 
qurban  sənə.  Qədəmin  xeyirli  olsun.  Üz  basa-basa,  göz  basa-basa 
səfa gəldiniz - deyib, bizi cahannüma evinə dəvət edib, yaxşı bir qo-
naqlıq verdi. Qonaqlıqda adi süfrə yerinə qələmkarı çitdən hazırlan-
mış süfrə sərildi. On bir növ plov qoyuldu: avüşlə plov, kükü plov, 
zəfəran plov, ud plov, şilən plov, xuruş plov, çlov plov, ənbər plov, 
sarımsaq  plov,  kösə  plov,  düzən  plov,  qızardılmış  kişmiş  ilə  plov, 
müstəbə şorbası, tamlı xörəklər yeyib, xoş söhbətlər etdik. Ziyafət-
dən sonra elçiyə və mənə, kiçik Həsənağaya zərif vaşaq dəriləri hə-
diyyə verdi. Oradan aşağıda yerləşən alaçığıımıza gəldik. Bizim ar-
xamızca  təqribən  əlli  qoyun,  minə  qədər  ağ  çörək,  7-8  qatır  yük 
meyvə və şərbətlər göndərdi. O gecə biz böyük bayram edib, iki gün 
daha  burada  qalıb,  Qərşi  çayı  kənarındakı  gözəl  saraylara  tamaşa 
etdik”.  Müəllif  Naxçıvanda  olarkən  mehmandarın  onlara  çox  hör-
mət etdiyini söyləyir (36, 7-8). 
XVI əsr İran şairi Əbdi bəy Şirazi deyir ki, səxavət insanın ən 
gözəl  sifətidir,  çalış  yerində  bəxşiş  verəsən,  yoxsa  möhtacı  qoyub 
ehtiyacı olmayana bəxşiş vermək xətadır. Dahi şair Məhəmməd Fü-
zuli  isə:  “Ədəb  şərti  deyil  mehmanə  çəkmək  mizban  (ev  yiyəsi) 
xəncər”-deyir (37, 140-142). 
Aşıq şerinin qüdrətli ustadlarından biri olan Xəstə Qasım yazır: 
 
İsgəndər atlandı çıxdı zülmatdan, 
Qasım, Xızr içdi abı-həyatdan. 
Bəhs düşsə igiddən, qılıncdan, atdan, 
Süfrəni hamsınnan kübar deyərlər (38, 335). 


 
265 
 
 
Müəllif  burada  çox  maraqlı  bir  fikir  irəli  sürmüşdür.  Ənənəyə 
görə,  kişiyə  xas  olan  ən  yaxşı  keyfiyyət  onun  səxavəti  və  evinə 
gələnə  yaxşı  süfrə  açıb  qonaqlıq  verə  bilməsidir.  Nahaq  yerə 
deməyiblər ki, səxavətli insanın ruzi-bərəkəti Allahdan olar. 
XVIII əsr Azərbaycan şairi Ağa Məsih Şirvani yazır: 
 
Hacı xan eylədi hərçənd faqanü fəryad, 
“Mayeyi-fitnədürür kim bu haramzada fəsad, 
Rəfi lazımdır ola olmadan aşubi ziyad”, 
“Əkrəmüzzeyf” hədisini qılıb bəzisi yad, 
Dedilər: “Hər nə isə hörməti var mehmanın” (38, 314). 
 
Şerdən göründüyü kimi, hətta arzuolunmaz adam olsa belə, qo-
naq kimi təşrif buyurmaq istəyirsə, onu qəbul  etmək lazımdır. Bu-
rada qonaqpərvərliyə uyğun hərəkət etmək məqsədəuyğun sayılır. 
XVII əsrdə yaşamış şair Məhəmməd Əmani qonaqlıq məclisini 
belə təsvir edir: 
 
Suri-yarı həmraz edib, 
Müğənnilər dəmsaz edib, 
Mütrüblər həmavaz edib, 
Qənimətdir səfa sürmək (38, 23). 
 
Məclisdə müğənnilərin və mütrüblərin olduğunu qeyd edən şair 
qonaqlıqda  istər-istəməz  nikbin  əhvali-ruhiyyə  yarandığını  və  səfa 
sürüldüyünü vurğulayır. 
XVIII əsrdə yaşamış şair Şəkili Nəbi yazır: 
Ey bəyim, rəngin otağın bəzmi-ürfandır bu gün, 
Nemətin nuşi-müsafir, quti-mehmandır bu gün, 
Göftiguyi-rifətin bihəddü payandır bu gün (38, 502). 
 
Beləliklə,  adları  çəkilən  bu  şairlərin  təsvirlərində  ziyafətlərdə 
həm  əylənmək,  həm  də  musiqi  dinləmək  və  s. xüsusiyyətlər  səciy-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə