252
nun hər ikisini incəliklərinə qədər təsvir etmişdir. Məsələn, oğlan
evinin ağsaqqallarla məsləhətləşməsi, elçi gedərkən qız evinə müəy-
yən hədiyyələr təqdim etməsi və qız evinin də yox cavabı
verməsinə
baxmayaraq, gələn elçiləri bir qonaq kimi ləyaqətlə qarşılaması
kimi məsələlər öz əksini tapmışdır. Çünki «hələ qədim dövrlərdən
başlayaraq indiyədək davam edən qonaqpərvərlik adətinin, xüsusilə
elçilik, nişan və toy mərasimləri zamanı icrası daha diqqətəlayiqdir.
Belə ki, burada qonaqpərvərlik özünəməxsus tərzdə icra olunur. Qız
evinə oğlan evi hədiyyələr təqdim edir. Ev sahibi də gələn qonaqları
lazımi qaydada qarşılayıb yola salmağa ciddi riayət etməyə çalışır»
(12, 94). Qeyd etməliyik ki, elçilikdə mahiyyət etibarilə qonaqpər-
vərliyə xas olan əlamətlər özünü büruzə verir.
Qazi Bürhanəddin yazır ki, «Qapundan içərü girənə bir səlam
gərək» (8, 375). Bu qonaqpərvərliyin ilkin qarşılama anıdır. Salam
kəlməsi də Allahın adlarından biridir.
Zaqatalanın Car kəndində XIX əsrə aid (1865-66-cı illərdə
tikilmiş) mayor İsmayıllıya məxsus olan evin yazısında qeyd olunur
ki, ev hörmətli qonaqlar üçün tikilmişdir. Əgər ev yalnız mənim
üçün olsaydı, onda mənə kəfən bəs idi (9, 127). Bu yazı adi kəlmə-
lər yığını deyildir, real arzunun bariz nümunəsidir. Özü də bütöv bir
xalqın əsrlərdən bəri qanına və iliyinə hopmuş, etnopsixologiyasın-
dan süzülüb gələn gerçəkliyin əksidir.
Məlum olduğu kimi, İsgəndər Şərq əyanlarına xeyirxah müna-
sibət bəslədiyini göstərmək üçün çox vaxt məclislərə zəngin Midiya
geyimində gələrdi. Onun bu hərəkəti qarşısındakını necə yüksək
dəyərləndirdiyini bildirərdi. “İsgəndər Midiyaya gələrkən Atropat,
çarın yaxın adamları ilə birlikdə onun şərəfinə təşkil olunmuş
şənliklərdə iştirak etmişdi” (17, 57-58).
Avropalılar ilk dəfə Amerika qitəsinə qədəm qoyarkən yerli
əhali tərəfindən çox mehribanlıqla və qonaqpərvərliklə qarşılanmış-
lar. Türkdilli xalqlarda da qonaq müqəddəs sayılmışdır. Bu xüsusiy-
yət onların folklor nümunələrində də öz əksini tapmışdır. Türk xalq-
larının folklor yaradıcılığına müraciət edən E.Əlibəyzadə yazır:
“Ulularımızın öyüd-nəsihətincə, qonaqpərvərlik, qonağa hörmət və
253
qulluq göstərmək insani keyfiyyətdir; bu, xalqın daxili-mənəvi
üstünlüyü kimi qiymətləndirilə bilər, bununla fəxr etmək, öyünmək
gərək. Gələcək nəsillərə də bunu etmək gərək.
Qalmaq
istəsə qonaq
Ver dəxi yemək-içmək.
Qarğış qılar
qonaqlar
Zəif görüb hörməti.
Digər bir şerdə əliaçıqlığın, ürək genişliyi və səxavətliliyin,
dost-aşna ilə yeyib-içməyin, qonağa hörmət etməyin şərəfli, şöhrət
artıran iş olduğu fikri söylənilir:
Gözəl
don sənin özünə,
Dadlı yemək özgəsinə,
Qonağa ağır
hörmət et
Yaysın şöhrətini xalqa.
Üçüncü bir şerdə isə qapıya gələn qonağı hörmətlə qarşılamaq,
rahatlamaq üçün tələsmək, hətta onun atının da rahatlığının, arpa-
samanının qayğısına qalmağın vacib olduğu söylənilir:
Gəlsə
qonaq tələsgil,
Keçsin
ondan yorğunluq
Arpa-saman gətirgil,
Bulsun atı işıqlıq” (18, 413-414).
Buradan aydın görünür ki, ev yiyəsi qonaq qarşısında böyük
məsuliyyət daşıyır. Qonaqpərvərlik qaydalarının icrası geniş
və çox-
cəhətlidir.
Xalqımızın məişətində əsrlərdən bəri kök salmış adətlərdən biri
olan qonaqpərvərlik hələ qədim zamanlardan başqa xalqlarda icra
olunduğu kimi, Azərbaycanda da geniş yayılmışdır. Qonaqpərvərlik
xalqımızın varlığını, gün-güzəranını, həyat tərzini, mənəvi dünya-
sını, mədəni səviyyəsini bütün çalarları ilə təqdim edən mütərəqqi