254
bir adətdir. Bu adət Azərbaycan ərazisində yaşayanların kimliyini,
nəyə qadir olduğunu açıqlamaqla yanaşı, onların mənəvi dünyasına
nüfuz etməyə də imkan yaradır.
Qonaqpərvərlik özünəməxsus xüsusiyyətlərə malik bir adətdir.
Bəşər tarixi mərhələlər üzrə inkişaf etdikcə qonaqpərvərlik adəti də
müəyyən qədər dəyişikliyə uğrayaraq yeni keyfiyyətlər qazanmış,
lakin öz mahiyyətini və ənənəvi cəhətlərini əsas etibarilə qoruyub
saxlamışdır.
Orta əsrlərdə qonaqpərvərlik adəti feodal münasibətlərinin
güclü təsiri altında olmuşdur. Azərbaycanda qonaqpərvərlik adəti-
nin necə icra olunduğu barədə məlumat almaq üçün həmin dövrdə
yaşamış müəlliflərin əsərləri xüsusi maraq doğurur. Bu müəlliflərin
əksəriyyəti Azərbaycanın siyasi-iqtisadi vəziyyəti, təbiəti, karvan
yolları, münbit torpaqları, buradakı bolluq və ticarət əlaqələri barə-
də geniş məlumatla yanaşı, yerli xalqa da qiymət verməyi unutma-
mışlar. Fikrimizi mənbələrin məlumatları da təsdiq edir. Böyük
əhəmiyyətə malik olan orta əsr mənbələri canlı müşahidələrə
əsaslandığı üçün dəqiq və səhih məlumatlarla zəngindir.
Orta əsr ərəb müəllifi əl-Müqəddəsi Azərbaycan haqqında mə-
lumatlarında yazır ki, buranın əhalisi fəsahətli və hörmətlidir (19,
130). Yaqut Həməvi isə Azərbaycan sakinlərinin gülərüz, həlim tə-
biətli və xoşrəftar olmaları ilə fərqləndiyini söyləyir (20, 125). Ərəb
xəlifəsinin Alban hökmdarı Cavanşiri təmtəraqla qarşılaması da ta-
rixi faktdır. Bu barədə məlumat verən Moisey Kalankatuklu
“Albaniya tarixi” əsərində Cavanşirin xəlifə I Müaviyyə tərəfindən
“öz böyük andları və hesabsız mükafatları ilə birlikdə öz yanına də-
vət etməsindən” bəhs etmişdir. Bu maraqlı hadisəni olduğu kimi
diqqətə çatdırmağı vacib bilirik: “Xəlifə (I Müaviyyə nəzərdə tutu-
lur - Ş.B.) öz əyanlarına əmr etdi ki, onlar Cavanşirin qabağına çı-
xıb ona özü mindiyi atları hazırlasınlar. Bax, belə bir fövqəladə eh-
tiramla Cavanşiri saysız-hesabsız əsgərləri olan düşərgəyə gətirdi-
lər... Cavanşiri yalnız çarlara layiq olan müstəsna təmtəraqla qəbul
etdilər və ona qədər burada heç kəs belə hörmət görməmişdi”.
Müəllif Cavanşirin qeyri-adi müdrikliyindən xoşlanan xəlifənin ona
255
və onunla gələnlərə hədiyyələr bağışladığını yazır. M.Kalankatuklu
xəlifənin yanına gedən Cavanşirin ikinci səfərini də qələmə almış-
dır. O göstərir ki, bu dəfə də şöhrətli hökmdar olan Cavanşir yenə
də böyük şan-şöhrətlə və şərəflə qarşılanır. Axşam yeməyində xəlifə
onu öz yanında oturdur. Xəlifə ona Hindistandan gətirilmiş fil ba-
ğışlayır. Belə hörmətin heç kəsə olunmadığını yazan M.Kalankatuk-
lu Cavanşirə və onun adamlarına bağışlanılan hədiyyələr haqqında
da söz açır; bunlara qızıl qınlı polad qılınc, mirvari ilə süstlənmiş
kaftan, qızıl xaçlar, ipək parçalar, əba və cürbəcür qiymətli ge-
yimlər, bəzəklər, 52 at və s. daxil idi (21, 135-136).
Azərbaycanlılar arasında qonağa hədsiz hörmət və ehtiram gös-
tərmək mühüm şərtlərdən hesab olunur. Bu xüsusiyyət yalnız Azər-
baycan üçün xas olmayıb, bütövlükdə Qafqazda yaşayan digər
xalqlara da məxsus olmaqla ümumqafqaz səciyyəsi daşıyır. Tə-
sadüfi deyil ki, Qafqaz xalqları öz qonaqpərvərliyi ilə də şöhrət qa-
zanmışlar. Bu barədə Aleksandr Düma yazır: “Azərbaycanda, eləcə
də bütün Qafqazda hər hansı bir qapını döyüb desəniz ki, mən əcnə-
biyəm, gecələməyə yerim yoxdur, ev sahibi o saat ən böyük otağını
sizə verəcəkdir. Özü isə ailəsi ilə kiçik otaqda yerləşəcək. Üstəlik,
onun evində qaldığınız, deyək ki, bir həftə, iki həftə, bir ay müddə-
tində sizə qayğı göstərəcək, korluq çəkməyə qoymayacaq” (22, 17).
Bu onu göstərir ki, Azərbaycan ərazisində qonaq müqəddəs sayıl-
mış, ona xüsusi hörmət edilməsinə ciddi surətdə riayət olunmuşdur.
Öz əsərlərində qonaqpərvərlik kimi nəcib bir adət haqqında
dönə-dönə söhbət açan dahi şair Nizami Gəncəvi “Yeddi gözəl”
əsərində yazır:
Bağ gülü kimi qonaq sevər idi,
Qönçədəki qızılgül kimi gülərdi.
Onun bir hazır qonaq sarayı vardı
Ki, boyu yerdən Sürəyyaya ucalırdı.
Süfrə açıb büsat qurardı,
Lütflə bəslənmiş xidmətçilər saxlardı.
Kim gəlsəydi, atının cilovunu tutardılar,
Qaydayla süfrə açardılar.
256
Ona layiq mehmannəvazlıq edərdilər,
Onun öz şanına görə qonaqlıq verərdilər (2, 120).
Göründüyü kimi, şair burada bir nəfərin simasında bütöv bir
xalqın qonaqsevərliyini tərənnüm etmiş, qonaqpərvərliyə xas olan
mühüm cəhətləri yığcam, lakin əsaslı şəkildə işıqlandırmışdır.
Şairin təsvirindən aydın olur ki, qonaqlar üçün məxsusi yer ay-
rılır, süfrə açılır, büsat qurulur. Evə təşrif buyuran qonağın xüsusi
hörmət əlaməti olaraq ayrıca otağa dəvət edilməsi məsələsinə to-
xunan Nizami Gəncəvi yazır:
Qonaqlar kimi içəriyə, eyvana apardı (23, 214).
Bu misra hər bir ailədə qonağın diqqət mərkəzində olduğunu
göstərir. Elə bu təsvirdə Nizami fikrinə davam edərək qonağın və
ev sahibinin bir-birinə hədiyyələr təqdim etməsindən söhbət açır.
Müəllifin, eyni zamanda qonaqların rahatlığı üçün ayrılmış güşənin
olduğunu qeyd etməsi o dövrün qonaqpərvərlik adətinə xas olan xü-
susiyyətləri anlamağımız üçün kifayət qədər əsas verir. Qonaqpər-
vərliyin geniş tətbiqinə meyli səciyyəvi bir hal kimi dəyərləndirən
Nizaminin əsərlərində qonaqlıq süfrəsinin təsvirinə tez-tez rast gəl-
mək olur.
Nizaminin əsərlərində qonaqlıq məclislərinin təsviri bununla
bitmir. Şair eyni zamanda “İsgəndərnamə”də Nüşabənin İsgəndəri,
“Xosrov və Şirin”də Məhin Banunun Xosrovu, “Leyli və Məc-
nun”da Leylinin atasının gələn elçiləri qarşılaması və s. bu kimi
təsvirlərə yer vermişdir. Nizami Gəncəvinin təsvirlərində qonaqpər-
vərlik Azərbaycan xalqının məişətində adi hal alan adət kimi açıq-
aydın nəzərə çarpır və şair ona böyük rəğbət bəslədiyini aydın
büruzə verir.
“Xosrov və Şirin” əsərində qonaqlar üçün açılan bol yeməklərlə
dolu süfrədən bəhs edərkən şair göstərir ki, yemək süfrəsində inək,
qoyun, quş və balıq ətindən hazırlanmış müxtəlif çeşidli yemək
növləri vardır (23, 218). “İsgəndərnamə” poemasında da qonaqlıq
Dostları ilə paylaş: |