250
və yola salmağa icazə verdi (13, 206). Ş.Bidlisi həmçinin qeyd edir
ki, Yasavur Sultan Məhəmməd Xudabəndənin yanına öz inanılmış
adamını çoxlu hədiyyələrlə göndərdi, çünki o Xorasanda qalmaq
istəyirdi. Sultan Məhəmməd də öz növbəsində onun elçisini xoş
qarşılayıb layiqli hədiyyələrlə yola salıb, hansı vilayətdə qalmaq
istəyirsə, orada qalmasına icazə verdiyini söyləyir (13, 57). Bu
yuksək səviyyəli dövlət adamları arasında olan münasibəti və onlara
göstərilən xüsusi mehmannəvazlığı nümayiş etdirir.
M.Membre şah Təhmasibin onu həvalə etdiyi adamların evlə-
rinə tez-tez baş çəkirdi. O qeyd edir ki, «Bütün bu adamlar mənimlə
söhbət etməkdən həzz alırdılar, məni öz evlərinə sərbəst şəkildə
aparır və mənə bəzən 15-20 gün qalmağa icazə verirdilər. Onlar
Avropadakı işlər barədə eşitməkdən məmnunluq duyurlar, çünki bu
ölkələr barədə heç nə bilmirlər» (3, 52). M.Membre qeyd edir:
«Onların yeməkləri türklərinkinə oxşayır, lakin onlar daha səxavətli
və ürəyiaçıqdırlar və insanlara osmanlılardan daha tez-tez öz evlə-
rində yemək verirlər» (3, 61). Bu fikir xalqımızın əsrlərdən bəri
gələn adət kimi qonaqpərvərliyinə işarədir. Artıq xalqın möhürüdür.
Məsələ burasındadır ki, məhs süfrə açmaq, müxtəlif yemək
çeşidlərilə onu bəzəmək qonaqpərvərliyin ilkin əlamətidir. Bu bir
növ çörəyini bölmək və başqasıyla bərabər paylaşmaq deməkdir.
Əbu Bəkr əl-Oütbi əl-Əhəri «şabanın 4-də (19.VI.1295) (Lar
Dəmavənd) yaxınlığında Arqunun taxtgahı olan köşkdə böyük
qonaqlıq təşkil etdilər. (Qazan xan) hamama getdi,
qüsl etdi və Şeyx
Sədr əd-Din İbrahim Həməvi şəhadət kəlməsini təlqin etdi. Qazan
xan və bütün dövlət başçıları müsəlman oldular. Əbu Bəkr əl-Oütbi
əl-Əhəri də karvansarayın adını çəkmişdir (4, 23;53).
Rəsmi vergi olmasa da, salamanə orta əsrlərdə Yaxın Şərqin bir
sıra ölkələri kimi Azərbaycanda da hədiyyə şəklində təqdim olunan
vergi idi. Feodal əyan və məmurlar gələrkən onu salamlamaq məq-
sədilə yerli əhali tərəfindən verilirdi. Bu Səfəvilər dövründə ya-
yılmışdı.
Qətran Təbrizi yazır: