ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə81/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   77   78   79   80   81   82   83   84   ...   118

 
257 
 
süfrəsinin təsviri verilir. Burada müxtəlif çeşidli yeməklər, meyvə-
lər, badamlı halva, hətta şərab və s. olduğu təsvir edilir. Həmin əsər-
də həmçinin şair  yenə də qonaqlıq süfrəsindən bəhs edərək burada 
toğlu  ətindən hazırlanmış  yeməklər, süfrənin  bərəkəti sayılan uzun 
və  dəyirmi  çörəklər,  məsus  və  riçal,  paxlava,  halva  və  şərbət 
olduğunu göstərir. Orta əsrlərdə elə bir müəllif yoxdur ki, qonaqdan 
bəhs edərkən ona süfrə açılmasının vacibliyini qeyd etməmiş olsun. 
Məsələn, XII əsrin görkəmli şairi Əfzələddin Xaqani yazır: 
 
Səhər-səhər süfrə döşə, huri sənə mehman gələ və  yaxud, 
 
Gəzirəm bir qonaq ki, süfrəsinə 
Ola layiq bu can, tapmayıram (25, 96;164). 
 
XIII  əsrə  aid  müəllifi  bəlli  olmayan  “Dastani-Əhməd  hərami” 
dastanında isə belə deyilir: 
 
Bişirdi xoş təamlar həm buyurdu, 
Qonuqluq etdi, anları doyurdu (26, 117). 
 
XIV  əsrin  digər  nümayəndəsi  “Vərqa  və  Gülşah”  poemasının 
müəllifi Yusif Məddahın da yaradıcılığında qonaqpərvərlik adətinə 
yer verilir. O yazır: 
 
Qıldılar bunlar qonaqlığa yaraq... 
Aldılar anı otağa gəldilər, 
Ana üç gün xoş qonaqlıq qıldılar. 
Çünki bunlar hörmətini bitirir, 
Gəldi geri çadırına oturur. 
Hər kim anı görməgə gəlir idi, 
Gümüş, altun çox ana verir idi (26, 178). 
 
Burada qonağa xüsusi hörmətdən və ona bəxşiş təqdim olunma-
sından bəhs edilir. Ümumiyyətlə, elə orta əsr müəlliflərinə rast gəl-


 
258 
 
mək olmaz ki, heç olmasa qonaq və mehman kəlmələrinə öz yaradı-
cılığında  yer verməmiş  olsun. Məsud ibn  Nəmdar, Nemətulla Kiş-
vəri, Hidayət, Qazi Bürhanəddin, Mücirəddin Beyləqani və bu kimi 
digər orta əsr şairlərinin əsərləri də buna misal ola bilər. 
Şeyx  İbrahimin  qonaqpərvərliyindən  orta  əsr  müəllifi  Şərafəd-
din Yezdi də bəhs edir. “O yerdə Şeyx İbrahim bir münasib ziyafət 
tərtib verdi.  Həmişə və  dövlətin  səadətli  dövrlərində, ona köməkçi 
olduğu  kimi,  hərənin  özünə  layiq  peşkeşlər  təqdim  edib  yaxşı  bir 
qul olmaq mərasimini yerinə yetirdi” (27, 27). 
Bu məsələni digər bir orta əsr müəllifi Xandəmir də qeyd edir. 
O, Şeyx İbrahimin hədiyyə və sovqatlarla sahibqıranın (Əmir Tey-
mur  nəzərdə  tutulur  -  Ş.B.)  hüzuruna  gəlməsindən  bəhs  edir.  Gör-
kəmli  Azərbaycan  şairi  İmadəddin  Nəsimi  də  “əkrim  o  əz  zeyfə”, 
yəni  “qonağa  hörmət  et”  deyir  (29,  657).  Başqa  bir  yerdə  isə  şair 
“Xidmətə bel  bağladım  mehmanı  gözlər  gözlərim” dedikdə də qo-
nağa  xidmətin  əsas  və  vacib  məsələ  olduğunu  vurğulayır.  Orta  əsr 
müəlliflərindən  olan  Rəhməti  isə  “Cani  qurban  edə  gör  Rəhməti 
mehmanın  içün”-deyir  (30,  522).  Başqa  bir  müəllif  -  Ş.Sührəvərdi 
də eyni fikirlə çıxış edir. O yazır: 
 
Qurbanın ola bizim bu daxma, 
Düş, mehmanım ol, kədərlə baxma (30, 112). 
 
Azərbaycanda  qonağa  həmişə  böyük  hörmət,  diqqət  və  qayğı 
göstərildiyindən, onun hər bir evdə rahatlıq tapmasına lazımi şərait 
yaradılmışdır.  Hər  bir  ailə  (imkanı  daxilində,  hətta  bəzən  iqtisadi 
imkanlarından da artıq dərəcədə) qonağı böyük hörmətlə qarşılama-
ğı, saxlamağı və yola salmağı özünə borc bilir, şərəf sayırdı. Qonaq-
pərvərlik  adəti  təkcə  tanışlar  arasında  geniş  yayılmış  adət  olaraq 
qalmırdı,  o  həmçinin  qəriblər,  tamamilə  tanış  olmayan  adamlar  və 
səfərə çıxan səyyahlar üçün də tətbiq edilirdi (11, 148). Bu məsələni 
öz  əsərində  şərh  edən  Aleksandr  Düma  göstərir  ki,  Azərbaycan 
ərazisində  olduqları  zaman  yerli  əhalidən  bir  dəstə  ilə  rastlaşarkən 
onlar tərəfindən qonaqpərvərlik əlaməti olaraq ona ilk növbədə duz-


 
259 
 
çörək  təklif  edilmişdir.  Vidalaşarkən  səmimiyyətlə  əllərini  sıxıb 
ayrıldıqda  dəstənin  başçısı  yenə  qonaqlara  duz-çörək  təklif  etmiş, 
həmçinin onların axşam və səhər yeməklərinin qayğısına qalmışdır 
(22, 40). Bu onu göstərir ki, Azərbaycanda qonaqpərvərlik insanla-
rın  daxili  tələbatından  irəli  gəlir.  Yəni  qonaq  şəxsən  dəvət  edilib-
edilməməsindən, ev sahibinin  onu tanıyıb-tanımamasından asılı  ol-
mayaraq, hər kəs ölkəsinə gələn ziyarətçiyə öz qonağı kimi baxmış, 
onu  səmimiyyətlə  qarşılayıb  yola  salmağı  özünə  borc  bilmişdir. 
Xalqımızı fərqləndirən cəhətlərdən biri də məhz budur. 
Səfər boyu onları müşayiət edən bələdçi barədə də fikir söylə-
məyi unutmayan A.Düma belə yazır: “Dərbənddən bura qədər xid-
mətimizdə  duran,  bizi  heç  bir  şeydən  korluq  çəkməyə  qoymayan 
azərbaycanlı bələdçimiz yanımızda idi. İnsafla demək lazımdır ki, o, 
üzərinə  düşən  məsuliyyətli  işin  öhdəsindən  layiqincə  gəlirdi”  (22, 
38-39  ).  Göründüyü  kimi,  səfərə  gələnlərin  ixtiyarına  hətta  bələdçi 
belə verilirdi. Ölkəni  tanımadıqlarına,  yollara  bələd  olmadıqlarına  
görə təbii  ki, səyyahlara xüsusi diqqət və qayğı əlaməti olaraq yol-
larını rahat davam etdirə bilmək üçün onlara bələdçi vacib idi. Bə-
lədçi  də  bütün  yolboyu  qonaqları  sadəcə  olaraq  müşayiət  etməklə 
kifayətlənmir, eyni zamanda onların ərzaq tədarükünün görülməsilə 
məşğul olur və digər işlərdə yardımçı olurdu. 
Orta əsr müəlliflərinin bu günümüzədək gəlib çatan əsərlərində 
şahların qonaqpərvərliyi təsvir olunduğundan biz də onları diqqəti-
nizə  çatdıracağıq.  Səlcuq  sultanlarından  Alp  Arslan  və  Məlikşahın 
vəziri  Əbu  Əli  Həsən  İbn  Əli  Xacə  Nizamülmülk  “Siyasətnamə” 
əsərinin “Şahlarda yaxşı süfrə açmaq qaydaları haqqında” bölməsin-
də yazır: “Sultan Toğrul hər səhər süfrə açdırar, cürbəcür ləzzətli və 
təmiz xörəklər hazırlatdırardı, mümkün qədər bol və yaxşı olmasını 
tapşırardı. Ata minib gəzinti və ya ova çıxdıqda elə xörəklər hazır-
latdırıb  səhraya  göndərirdi  ki,  bütün  əmirlər,  əyan-əşrəf,  qara  ca-
maat  təəccüb  edərdilər.  Türküstan  xanlarının  hamısında  belə  bir 
adət vardır: onlar mətbəxdə çox xörək bişirtdirərdilər ki, xidmətçilər 
də yesinlər, dövlətin də süfrəsi bərəkətli olsun” (31, 114).  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə