ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə82/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   78   79   80   81   82   83   84   85   ...   118

 
260 
 
Rus şərqşünası Bernqard Dorn (1805-1881) mənbə məlumatları 
əsasında  Şirvanşah  I  İbrahimin  verdiyi  ziyafəti  təsvir  edərək  yazır 
ki, məclisdə o qədər at və qoyun kəsilmişdi ki, aşpazlar yemək bi-
şirilməsinin öhdəsindən gələ bilmirdilər. Özü də bu ziyafətlərdə gə-
rəkli olan hər şey böyük bolluqla hazırlanmışdı. Digər bir məlumat-
da isə I İbrahimin Əmir Teymura və onun yaxınlarına çoxlu hədiyyə 
təqdim etdiyindən bəhs olunur (məsələn, kəmər, silah, qalxan, gözəl 
qız və oğlanlar (xidmətçi) və digər qiymətli hədiyyələr) (32, 46-48). 
XV  əsrdə  Kastiliyadan  əmir  Teymurun  sarayına  səfir  gəlmiş 
ispan  diplomatı  Klavixonun  qonaqpərvərlik  haqqında  məlumatı  da 
diqqəti cəlb edir. O göstərir ki, elçilərə yemək və at verilir. Burada 
adət  belədir  ki,  gələn  adamlar  atdan  düşən  kimi    xalça    üstündə  
oturmalıdır    və    dərhal    onun    hüzuruna    hər    evdən    müxtəlif  ye-
məklər gətirilir. Bu, ilk görüş zamanı verilən yeməklər olurdu. Son-
ra isə çoxlu  ət xörəyi  verilirdi.  Yeməkləri adətən düyüdən hazırla-
nırdı.  Klavixo göstərir ki,  orada səyyahlar və tacirlər qalmaq üçün 
xüsusi evlər var və adət belədir ki, hər kim gəlsə, ona   hədiyyələr 
təqdim edilir. Sonra müəllif bələdçidən də söhbət açaraq qeyd edir 
ki, belə bələdçilər qonaqları həm də ərzaqla təmin edirdilər. Klavixo 
Əmir Teymurun gələn elçiləri xoş sözlərlə, yüksək səviyyədə qarşı-
lamasından söhbət açaraq göstərir ki, onların şəninə böyük qonaqlıq 
verilir və təqdim olunan yeməklər müxtəlif çeşiddə olurdu. O, elçi-
lərin Teymura yün və ipək parçadan hazırlanmış paltarlar və qılınc 
bəxş etdiyini göstərir (14, 51-70 ). 
İlk  baxışdan  sadə  görünən  qonaqpərvərlik  adəti  özünəməxsus 
cəhətlərə malik olmaqla, mürəkkəb xarakter daşıyır və olduqca mə-
suliyyətli  bir  iş  sayılır.  Belə  ki,  qonağın  qarşılanması,  saxlanılması 
və  yola  salınması  ilə  əlaqədar  görülən  işlərin  yerli-yerində  həyata 
keçirilməsi ev sahibindən böyük səy və diqqət tələb edir. 
Azərbaycanda belə bir ənənə hökm sürür ki, yoldan ötən, tama-
milə yad bir adam belə qonaq olduğunu bildirsə, ev sahibi ona can-
la-başla qulluq göstərməlidir. Çox vaxt qonağı  yalnız ev sahibi de-
yil, onun qohum-əqrəbası da evinə dəvət etməyi özünə borc bilir. 


 
261 
 
Ailə üzvlərinin hamısı qəfil gələ biləcək qonağın qarşılanması-
na  həmişə  hazır  olurdular.  Yüksək  səviyyəli  qonaqların  qarşılan-
ması  üçün  atlı  dəstəsi  göndərilirdi.  Xüsusi  diqqət  mərkəzində  olan 
xarici  müsafirləri  qonaq  düşdükləri  yerin  bütün  şan-şöhrət  sahibi 
olan  adamları  görməyə  gələr  və  onu  təkidlə  öz  evlərinə  dəvət  et-
məyə  çalışardılar.  Həyatı  təhlükədə  olub  imdad  diləyən  qonağın 
sağlığının  keşiyində  durmaq  üçün  ev  yiyəsi  gözətçi  belə  qoyurdu. 
Qonağı evin bütün sakinləri yola salırdı. Ev sahibi uğurlanan qona-
ğa bir qədər də qalmasını təklif edirdi. Ev sahibi hörmət əlaməti ola-
raq  nəzərləri  ilə  yola  düşən  qonağı  gözdən  itincəyədək  müşayiət 
edirdi. 
Azərbaycan  ailələrində  evə  gələn  qonaq  üçün  ya  ayrıca  bir 
tikili, ya da evin bir otağı hazır saxlanılırdı. Gələn qonağın atı vardı-
sa, ilk növbədə onun atının cilovu tutulur və atı lazımi yerə bağla-
yırdılar.  Hətta  atın  dincəlməsi  üçün  lazımi  tədarük  görülürdü.  Atı 
bağlamağa  xüsusi  yer  olurdu.  Ümumiyyətlə,  qonağı  çoxlu  sualla 
yormaq,  gəlişinin  məqsədini  soruşmaq  və  nə  zaman  gedəcəyi  ilə 
maraqlanmaq ev sahibi üçün ədəbdən kənar sayılırdı. Qonaqlar ye-
mək-içməklə, otaqla və yataqla təmənnasız təmin olunurdular. On-
lar üçün ayrılmış qonaq otağı ev sahibi tərəfindən daha gözəl, yara-
şıqlı  və  səliqəli  bəzədilir.  Yalnız  öz  şəxsiyyəti  barədə  məlumat 
verdikdən və gəlişinin məramını bəyan etdikdən sonra ailənin bütün 
üzvləri ona lazım olan şeylərin əldə edilməsi işində yardımçı olub, 
öz kömək əllərini uzadırlar. 
Aydındır  ki,  qonaqların  rahatlığının  təmin  olunması,  hər  şeyin 
nizama salınması, yemək tədarükünün görülməsi, səliqə-sahman ya-
radılması  bir  adamın  öhdəsinə  düşmürdü.  Evin  nizama  salınmasın-
da,  qonaqların  qəbul  edilməsində  ailə  üzvlərinin  hərəsinin  özünə-
məxsus vəzifəsi olurdu. Gözlənilməyən qonağı nəzərə alan ev sahibi 
ərzaq, azuqə toplayıb ehtiyat saxlayırdı.  
Hələ  qədim  zamanlardan  evə  gələn  qonaq  süfrənin  yuxarı  ba-
şında  əyləşdirilirdi.  Onun  yanında  isə  evin  böyüyü,  ehtiram  sahibi 
ağsaqqallar və hörmətli şəxslər oturardılar. Söhbəti yalnız böyüklər 
apara bilərdilər. Qonaqlıq zamanı məclis başında çox danışmaq düz-


 
262 
 
gün sayılmırdı, belə ki, məclisdə hər kəs öz yerini bilməli idi. Ev sa-
hibi qonaqlıq süfrəsindəki yeməklərin də müxtəlif çeşidli olmasına 
çalışırdı. Bunun üçün o, bütün zəruri tədarükünü əvvəlcədən görür-
dü. Qonağın şərəfinə məclis düzəldilib süfrə açılıb büsat qurulurdu. 
Süfrənin  bəzədilməsinə  xüsusi  diqqət  verilirdi.  Gələn  qonaq  üçün 
açılan süfrə daha ləziz, bol yemək növləri ilə bəzədilir və adi gün-
lərdə olduğundan fərqlənirdi. Süfrəyə içkilərdən şərbət və ayran qo-
yulur,  bəzi  hallarda  şərab  da  verilirdi.  Qonaqlıq  süfrəsində  yemək-
lərdən əsasən düyü və ət xörəkləri üstünlük təşkil edirdi. Xörəklərlə 
bərabər  süfrəyə  müxtəlif  göyərti  də  gətirilirdi.  Şirniyyat  süfrəsinə 
isə  ayrı-ayrı  milli  şirniyyat  növləri,  mürəbbələr  və  s.  ilə  yanaşı, 
meyvələr də düzülürdü. Bunlar həm də xalqımızın yüksək səviyyə-
də süfrə bəzəmək mədəniyyətinə malik olmasını göstərir. 
Tarixi  qaynaqlardan  məlum  olur  ki,  1637-ci  il  avqustun  16-da 
Qolşteyn elçilərinə Şah Səfi sarayında verilən rəsmi ziyafətdən son-
ra  “böyük  marşal”  qonaqlara  müraciətlə  Azərbaycan  dilində  süfrə 
xeyir-duası vermişdir: 
 
“Süfrə haqqına 
Şahın dövlətinə 
Qazilər qüvvətinə 
Allah deyəlim” (33, 155). 
 
Göründüyü kimi, hətta süfrə açılan zaman süfrə xeyir-düası da 
verilirmiş. 
XVI-XVII əsrlər Səfəvi tarixçisi Mirzəbəy ibn Həsən əl Hüsey-
ni  Günabadi  farsca  yazdığı  “Rövzət  əs-Səfəviyyə”  (“Səfəvilər  ba-
ğı”)  əsərində  Səfəvilər  dövründən  bəhs  edərkən  bir  sıra  ziyafət 
məclislərindən söz açmağı da unutmamışdır. O göstərir ki, “ziyafət 
mərasimi və peşkəş ədabını və böyüklərin görüş şəraitini yerinə ye-
tirdikdən sonra, onun hökuməti müxtəsərlə qərarlaşıb yerləşdi” (34, 
710-711). Burada qonaqpərvərlikdəki əsas xüsusiyyətlər yığcam şə-
kildə, ardıcıllıqla əks etdirilmişdir. Müəllif daha sonra qonaqlıq mə-
rasiminə  necə  həyəcan  və  ciddiyyətlə  yanaşıldığını  vurğulamışdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə