268
Hər hansı bir səyyahın və ya tacirin müəyyən bir evə qonaq sifəti ilə
müraciət etməsi və yüksək səviyyədə qəbul olunması qonaqpər-
vərlik adətinin Azərbaycanda mühüm əhəmiyyət kəsb etdiyinə
dəlalət edir. Şah İsmayıl Xətai yazır:
Yenə mehman gördüm,
könlüm şad oldu,
Mehmanlar, siz bizə səfa gəldiniz!
Qar-qış yağar ikən,
bahar-yaz oldu,
Mehmanlar, siz bizə səfa gəldiniz! (39, 182).
Varlı adamların, dövlətlilərin həyətlərində qonaqlar üçün ayrıca
tikili mövcud olurdu. Belə tikililər, adətən, ümumi həyətin münasib
yerində inşa edilirdi. Karvansarayların olmadığı yerlərdə (əsasən
dağlıq bölgələrdə və kəndlərdə) buna daha çox ehtiyac duyulurdu.
Qonaq üçün ayrıca ev tikilməsi ölkəmizdə qonaqpərvərliyin
geniş yayılması ilə əlaqədardır. Belə evlər görkəmi, yaraşığı və
sahmanı ilə diqqəti cəlb etməlidir.
Qonaq evinin bəzədilməsi də mühüm şərtlərdən hesab olunur.
Bu həm ev sahibinin zövqünü, həm də qonağa hörməti əks etdirən
əlamətdir. Evin və ya qonaq üçün ayrılmış otağın bəzədilməsi onun
rahatlığını və tam sərbəstliyini təmin etmək məqsədi daşıyır. Hər bir
ailə belə evlərin və ya otaqların əsasən xalçalarla bəzədilməsinə üs-
tünlük verir. Özü də “qonaq otaqlarını
bəzəmək üçün bir neçə xalça-
dan ibarət dəst xalçalar ölçüsünə, formasına və kompozisiyasına gö-
rə müxtəlif olur: otağın orta hissəsinə sərilmiş iri xalça (xalı), yuxarı
tərəfdə yerə salınan “baş” xalça və ortadakı iri xalçanın yanlarında
salınan “kənarə xalça” (40, 75). Bundan əlavə, qonaq otaqları yataq
ləvazimatı ilə təchiz olunur və müxtəlif əşyalarla, hətta musiqi aləti
ilə tamamlanırdı. Ev sahibinin qonaq qarşısında böyük məsuliyyət
daşıması ilə bərabər, qonağın da özünü necə təqdim etməsi, ədəb-
ərkanı da vacib sayılır. Qarşılıqlı anlaşma və səmimi münasibət öz
növbəsində qonağın davranış tərzində təzahür edirdi. Ədəb
qaydalarına uyğun hərəkət etmək, təmkinini pozmamaq, düşdüyü
yad mühitdə, oranın adətinə müvafiq davranmaq kimi xüsusiyyətlər