277
“yeməkdən qabaq və yeməkdən sonra əllər yuyulmalı və dəsmalla
silinməlidir. Həm də Qərbdən fərqli olaraq, müsəlman Şərqində
qonaqlar əl yumaq üçün xüsusi otağa və ya guşəyə çəkilmirlər,
məhz süfrə başında əyləşən qonaqlara zərif qabda su və ləyən
gətirirlər. Süfrə başında oturmazdan əvvəl əl və üz yuyulmalıdır.
Qonaqlar yerlərindən qalxmadan əllərini yuyurlar. Etikaya görə, əl
yumaq qaydası belədir: qonaqların birincisi əlini yuyandan sonra
növbə ondan sağ tərəfdə oturan qonağa çatır. Beləliklə, onların
hamısı növbə ilə əlini yuyur. Yeməkdən sonra da aftafa-ləyən
gətirilir. Yeməkdən əvvəl əlini axırıncı yumuş qonaq yeməkdən
sonra əlini birinci yuyur. Bir qayda olaraq, qonaqların əlinə suyu
xidmətçi, yaxud ev sahibinin yetkinlik yaşına çatmayan qızları və
ya oğulları tökürlər. Xüsusi hörmət əlaməti olaraq fəxri qonaqlara
suyu ev sahibinin özü gətirir. Burada sinfi etika öz ifadəsini tapır.
Yüksək vəzifəli kübar özündən aşağı zümrəyə mənsub adamın
evinə qonaq gəlmişdirsə, onun əllərini yuması üçün suyu ev
sahibinin özü gətirir. Ev sahibi hamıdan əvvəl yeməyə başlamalı və
hamıdan sonra yeməkdən əl çəkməlidir.
Yeməyə başlamazdan əvvəl
Allahın adını çəkib “bismillah” deyirlər. Əgər süfrəyə müxtəlif
xörəklər gətirilirsə, hər dəfə Allahın adı ayrıca çəkilir” (46, 129).
Qaydadır ki, başqalarına nisbətən süfrədən çox tez əl çəkmək
olmaz, digər qonaqlar da yeyib qurtarana qədər səbr edib gözləmək
lazımdır. Əgər başqaları əlini çəkibsə, mütləq digərləri də ac olsalar
belə, əllərini süfrədən çəkməlidirlər. Qonaq yanında yaxşı davranış,
mövcud şəraiti düzgün qiymətləndirmək, mehmana layiq olduğu
səviyyədə qulluq göstərmək, vəziyyətin incəliklərini duymaq ev
sahibinin üzərinə düşən məsuliyyətdir. Hər yerdə və bütün hallarda
qonaqa böyük hörmət edilir, onun istək və arzuları nəzərdən
qaçırılmır. Bu xüsusiyyət hamı tərəfindən icra olunan adət şəklinə
çevrilmidi.
1602-1604-cü illərdə Şah Abbasın dövründə alman imperatoru
II Rudolf tərəfindən təyin olunmuş səfir Kakaşın katibi Tektander
şahın yanında qonaq olarkən süfrə açıldıqdan sonra oraya dəvət
olunanlara, ilk növbədə, hərəyə növbə ilə su verildiyini qeyd etmiş-