281
idi. Bundan əlavə, onlara naxışlı corab (həm qadın, həm də kişi
üçün), yaşlı kişilər üçün ipək parçadan tikilmiş tənbəki torbası, at
üçün rəqimə, heybə, xalça və s. şeylər də hədiyyə edilmişdi. Göstə-
rilən bu xüsusiyyət xalqımızın geniş qəlbli, səxavətli olduğunu bir
daha sübuta yetirir. “El-oba çörəyi ilə tanınar”-deyib ulularımız.
Yəni el-oba həmişə çörək verən səxavətli insanları ilə fəxr etmişdir.
Səxavətli, qonaqpərvər, əltutan kişilər haqda “çörək verən adam-
dır”-deyə, şəxsiyyətinə alqışlar söyləmişlər.
Qonaq evə gələndə necə alqışla qarşılanırsa, özü də həmin evi
alqışla tərk edir. Ev sahibinin qayğısı müqabilində qonaqlar onu
aşağıdakı kimi alqışlayırlar:
Allah evini şen etsin!
Allah çörəyini bol eləsin!
Süfrən açıq olsun!
Ruzi bərəkətin bol olsun!
Evindən qonaq-qaran əskik olmasın!
Ucaların ucası olasan!
Ocağınız nurlu, bərəkətli olsun!
Qonaqpərvərliyin bütün tələbləri gündəlik həyat normalarına və
qaydalarına uyğun gəlirdi. Bu adət, əvvəllər olduğu kimi, xanlıqlar
dövründə də öz mövcudluğunu qoruyub saxlamışdı. Bəzən ictimai-
siyasi baxışları üst-üstə düşməsə belə, xanlar arasındakı görüşlər
yüksək qonaqpərvərlik şəraitində keçirilmişdir. Hətta “Xan divan
yığıncağında olan üzvlərinə qonaqlıq düzəldirdi” (50, 24). Bayram-
larda, təntənəli günlərdə və ya başqa xanlıqlardan nümayəndələr
qonaq gəldikdə onların qarşısına əsnaflar öz bayraqları ilə çıxmalı
idilər (50, 61). Bunu Ş.Bidlisi də qeyd etmişdir. O yazır ki, Təbrizdə
Əmir Mübarizəddini əyanlar, sənətkarlar və qalan zümrələr məra-
simə riayət edərək bəxşişlərlə qarşılamağa gedirlər. Müəllif başqa
bir yerdə onu da qeyd edir ki, şaha təqdim olunan hədiyyələrin sayı
9 olur. 9 rəqəmi isə türklərdə müqəddəs rəqəm sayılır (13, 79;206).
282
Fətəli xanın Nuxa şəhərində bir neçə gün qonaqlıq və şadlıqlar
keçirib Gəncəyə yola düşdüyü də məlumdur (50, 41). Mirzə
Adıgözəl bəy Naxçıvan hakimi Heydərqulu xanın Pənah xana
qonaq gəldiyini təsdiqləyir (51, 38).
XIX əsr salnaməçisi Mirzə Yusif Qarabaği “Tarixi-Safi”
əsərində qeyd edir ki, Nadir şahın sərkərdələrindən biri olan Urmiya
hakimi Fətəli xan Pənah xandan oğlu İbrahimxəlili bir neçə günlüyə
qonaq göndərməsini rica edir və ona lazımi qonaqpərvərlik göstəri-
ləcəyini, bunun Qarabağ xanlığına böyük başucalıq gətirəcəyini
xüsusi vurğulayır (52, 22). Lakin tarixdən məlum olduğu kimi, bu
qonaqpərvərliyin mənfi nəticələri olmuşdur. Belə ki, Fətəli xan vədə
əməl etməyib onu da özü ilə aparır. Qeyd edək ki, bəzən qonaq-
pərvərlikdən sui-istifadə olunduğu hallara da təsadüf edilirdi. Bu,
nadir hallarda özünü göstərir və əsasən siyasi motivlər zəminində
baş verirdi. Müəllif qonaqpərvərlik barədə belə yazır: “Qarabağ
xanı İbrahimxəlil “Avar və Dağıstan hakimi Ümmə xanın bacısı
Bikə ağaya evlənərək onunla qohum oldu. Dağıstan ölkəsindən ona
kömək gəlirdi və çox vaxt ləzgilərin qoşunlarını yanında qonaq
sifətilə Qarabağ kəndlilərinin hesabına saxlayırdı” (52, 24).
Göründüyü kimi, nəinki ayrı-ayrı insanlar, hətta yeri gəldikdə qoşun
belə lazımınca qonaq saxlanılır və ehtiram görürdü.
Rzaqulu bəy Mirzə Camal oğlu “Pənah xan və İbrahim xanın
Qarabağda hakimiyyətləri və o zamanın hadisələri” əsərində Nadir
şahın ölümündən sonra şahlıq taxtına əyləşən Əliqulu xan Adilə
peşkəşlər adlı-sanlı adamlarla göndərildiyindən, öz növbəsində
Pənah xana da layiqli sovqat və hədiyyələr, onun kəndxudalarına isə
xələtlər bağışlandığından bəhs etmişdir (52, 213). Burada da siyasi
məqsədlərlə səfər edən qonaqların hədiyyə aparması və onların da
eynilə bəxşişlərlə qayıtması məsələsinə toxunulmuşdur.
Xanlıqlar dövründə qonaqlıq məclisinin təsviri yazıçı Yusif
Vəzir Çəmənzəminlinin “Qan içində” əsərində öz əksini tapmışdır.
Burada xanların qonaqlıq süfrəsi təsvir edilir. Qiymətli xalı döşən-
miş taxtın üstündə Qarabağ hökmdarı İbrahimxəlil xanın, ətrafında
ağaların, bəylərin əyləşdiyi göstərilir. Tacir və əsnaflar da məclisə
283
yığışmışdılar, “onlar divar boyu döşənmiş ipək döşəklərin üzərində
dizi üstə ədəblə oturmuşdular və bir kəlmə belə kəsmirdilər.
Məclisə Vaqiflə Mirzə Əliməmməd ağanın gəldiyini görcək bütün
məclisdəkilər ayağa qalxır (xan və oğlundan başqa), onlara yuxarı
başda yer göstərilir. Gələnlər oturanlara təzim edərək yuxarı başa
keçib göstərilən yerdə əyləşirlər. Yeni gələnlər oturan kimi təkrar
xana və ətrafdakılara təzim edirlər, cavabında da yerdə oturanlar
nizam ilə əyilib-qalxırlar”. Y.V.Çəmənzəminli bu qonaqlıq süfrəsini
belə təsvir edir: “Otağı başdan-başa tutmuş, yeri sumağı rəngdə olan
incə haşiyəli xalının ortasına, ətrafı zəncirli tirmə süfrə salınmış,
üstünə qızıl, gümüş qablarda şirni, çərəz və şərbətlər düzülmüşdü”.
Müəllif “Qızlar bulağı”nda da ev sahibinin qonağa hörmətini
əsirgəmədiyindən bəhs edir (53, 399).
Azərbaycana gələn dövlət xadimlərinə, hərbçilərə, yazıçı və
alimlərə göstərilən qonaqpərvərliyə dair çoxlu tarixi fakt qeydə alın-
mışdır. Bu barədə H.Quliyev yazır: “I Pyotrun Dərbənddə yaşayan
azərbaycanlılar, knyaz Dolqorukinin Bakı və Salyan əhalisi, Şamaxı
hərbi qubernatorunun Şuşa əhli tərəfindən, A.Bestujevin Quba,
M.Y.Lermontovun Qusar camaatı, Qazan Universitetinin professoru
İ.Beryozinin A.Bakıxanov tərəfindən mehribancasına qarşılanması
və onlara göstərilən qonaqpərvərlik buna misal ola bilər” (42, 36).
Bu fikri daha da qüvvətləndirmək üçün faktlara müraciət etmək
yerinə düşərdi. A.A.Bestujev-Marlinski yazır: “Lakin burada Fətəli
xanın evi boş deyildi. Əksinə, burada o qədər qonaq dolu olurdu ki,
səs-küydən o hətta ağlın səsini belə eşidə bilmirdi” (54, 35). Müəllif
Dərbənddə yaşayan İsgəndər bəyin qonaqları evə dəvət edərkən
“buyurun əfəndilər, xoş gəlmisiniz” deməsini və əlini ürəyinin
üstünə qoyub onlara azca baş əyməsini, qonaqları otağa dəvət etmə-
sini xüsusilə vurğulayır. Salamlaşan qonaqların xalça üzərində
ayaqlarını qatlayaraq (bardaş nəzərdə tutulur-Ş.B.) oturduqlarını
göstərir. Bestujev-Marlinski qeyd edir ki, evdəkilərin və qohumların
hal-əhvalı xəbər alınır və bundan sonra gəlişlərinin məqsədi bəyan
edilir. Müəllifin məlumatlarında maraq doğuran cəhət onun qonaq-
pərvərliyin tərbiyə ilə bağlı məqamını düzgün sezməsidir. O gös-
Dostları ilə paylaş: |