Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə150/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   146   147   148   149   150   151   152   153   ...   219

 503 

yerdən keçərkən yazıçını yelləncəkdə uzanmış görür. – 

İstirahət edirsən? – Yox, işləyirəm. 

*** 

Təəssüf, hətta yazıçılığın spesifikasına bələd olan adamlar 

da bu cəhəti nəzərə almırlar. Yazanda və ya makinada 

çaqqıldadanda heç kəs işinə qarışmır, sənin fikrini yayındırmır, 

ancaq  əlini qələmdən, yaxud makinadan çəkən kimi, kresloya 

oturunca, - olsun ki, bu, sənin işinin çox vacib bir məqamıdır,- 

sual-sual dalınca yağdırılır, ən müxtəlif mövzularda söhbətlərə 

çəkilirsən. Cavabında dodaqaltı  nə  mızıldasan da, düşünmək, 

yaradıcılıqla məşğul olmaq, hələ də fantaziya oyununun içində 

qalmaq üçün vaxtını qorusan da, bazarda qiymətlər, qonşuların 

yay istirahəti, dostların ailəvi planları, uşaqların, nəvələrin, 

qohumların, şoferin, dəlləyin... problemləri haqqında söhbətlər 

beynində  fırlanan süjet xətlərini, dialoq, xarakter, təbiət 

təsvirini havaya uçurdur. Düzdür, gün ərzində heç kəslə 

ünsiyyətə girməyən həmsöhbətini də başa düşmək lazımdır. 

Bədbəxtlik də elə burasındadır, hamını başa düşürsən, hamını 

anlayırsan, dərdinə  şərik olursan, səni isə, nəticə etibarilə heç 

kəs anlamır. 



*** 

Çətini yazıncadır. Başladınmı, hər şey yağ kimi gedəcək. Ən 

azı üç vəziyyət var ki, onlara köklənmək çətin olur: şəhər 

yerindən durmaq, soyuq suya girmək və yazı stolunun arxasına 

keçmək.  Ən çətini bir anın içində bu işi görməyi 

qərarlaşdırmaqdır – sonra hər  şey öz qaydasınca gedəcək. Bir 

göz qırpımında özünü məcbur edib yerindən durmaq, yuxunu 

üstündən adyal kimi atmaq və yataqdan sıçrayıb qalxmaq, 

bütün iradəni cəm edib, özünü məcbur edib soyuq suya 

tullanmaq… Gücünü toplayıb yazı stolunun arxasına keçmək, 

dəftəri açıb ilk cümləni yazmaq. Sonra stuldan qalxa 

bilməyəcəksən. Kağızın özünəməxsus cazibəsi var, onun 

üzərinə yazılan sözün ovsunu səni tərk-silah edir, imkan vermir 

ki, ondan ayrılasan.  Ən  əsası isə sözlərin "zəncirvari 




 504 

reaksiyası"dır... Fikirləri tutmaq, dayandırmaq, ram etmək…  

kağız üzərindəki sözlər özünün daxili ardıcıllıq, başlama, bitmə 

qanunauyğunluğu olan MƏTNƏ çevrilir. Yazanda bütün 

ümidimi sözlərin zəncirvari reaksiyasına bağlayıram, – söz 

sözü, cümlə cümləni, abzas abzası… çəkir.  



*** 

Mənim yaddaşım başdan ayağa qəbiristanlığa çevrilmişdir, 

burada daha qəbir yeri qalmayıb, bircə yer, bircə boş  qəbir 

görsənir – mənim öz məzarım. 



*** 

Mən hələ öz xalqımın faciəsindən, minlərlə ölən,  şikəst 

olan, evsiz-eşiksiz qalan, qovulan, güclə dolanan, küçələrdə 

səfillik edən, maşınların qabağına qaçıb şüşə silməklə bir neçə 

manat çörək pulu qazanmaq istəyən uşaqlardan danışmıram. 

Budur müstəqillik və azadlığımız? Budur arzusunda 

olduğumuz işıqlı  gələcək? Bizə qalan keçmişdir. Bizə qalan 

hamının, hamının canlı olduğu xatirələrdir.  

İnsanın iki həyatı var, yer üstündəki həyatı  və  mənim 

əqidəmə görə, o biri dünyadakı həyatı. 



*** 

Ancaq sənətkar üçüncü həyatını da yaşayır – əgər 

yaradıcılığında öz yaddaşını, öz keçmişini  əks etdirib 

diriltməyə gücü çatırsa... Mənimçün həmişə təskinlik olub ki, – 

bəlkə  də bu, dünyada ən böyük dinlərdən də böyük bir 

təskinlikdir, – Marsel Prust sayağı, iki həyat – real həyatı  və 

kağız üzərindəki həyatı yaşamaq mümkündür. Zamanı saxlaya 

bilmək, itmiş zaman axtarışında daha bir ömrü başa vurmaq 

hesabına zamana güc gəlmək yalnız sənətdə mümkündür. 

Sənətdə qazanılan zaman insanın bu dünyadakı həyatını o biri 

dünyada fərz edilən həyatı ilə birləşdirən körpüdür. Bütün 

hallarda incəsənətdə  əks etdirilən həyatdır. Yaddaş  və keçmiş 

sənətdə yüksək səviyyədə  təcəssüm etdirilibsə, bu 

ölümsüzlüyün elə özü deməkdir. Olsun ki, bu çox sadə bir 

sözdür, ancaq bu fani dünyada başqa bir təskinlik varmı? 



 505 

*** 

Hər hansı bir rus nəyisə soruşmağı sevir, Gertsenin 

təbirincə, "Kimdir müqəssir?" sualını verməyi xoşlayır. "Nə 

etməli?" bu sualı Çernışevski vermiş və Lenin təkrar etmişdir. 

"Rus elində kimin günü xoş keçir?" – Nekrasovun sualıdır. 

"Sənətkarlar, siz kiminləsiniz?" – Qorki bu sualla insanları 

seçim qarşısında qoymağa cəhd göstərmişdi. "Yaxşı nədir, pis 

nədir?" sualını Mayakovski verib. Qonşumuz Vanya dayı 

üçüncü badədən sonra qırsaqqız olub əl çəkmir: "Mənə hörmət 

eləyirsən?" ruslara xas olan bu sualların içində Pasternakın 

dilindən çıxan, dahiyanəliyi və sadədilliyi ilə fərqlənən bir sual 

da var: TƏzizlərim, indi hansı minillikdir?U. Hər halda 

Pasternak xoşbəxt adam idi ki, minillikləri ayıra bilmirdi… 

*** 

Bax budur, keçən ilin sonuna beş  dəqiqə qalıb və  mən 

həyəcanla özümə sual verirəm: hansı ili qarşılayırıq: 1997-ni, 

yaxud 1937-ni? 

 

31 dekabr, 1996 

 

*** 

Bu gün 40 il bundan əvvəl olduğu kimi, mən Azərbaycanda 

ən cavan yazıçıyam. 

*** 

Tarix Allahın dözümüdür. 



*** 

"Oqonyok"da Bulat Okudcava ilə müsahibə verilmişdir. 

Sual: "Bu gün 60-cıların idealına necə yanaşırsınız?" Cavab: 

"…Gənc "yetmişincilər" "altmışıncıların"  əlindən yaman 

əsəbidirlər. "Altmışıncılardan" yazanda onlara elə gəlir ki, nəsə 

böyük bir şey icad edirlər, yaddan çıxarırlar ki, atalarla oğullar 

arasında mübahisə çoxdanın davasıdır. Burada heç bir kəşf-

filan yoxdur. Təbii ki, "altmışıncılar" öz dövrlərinin övladları 

idilər. Onlar inqilabçı olmadılar. Onlar həmin  şəraitdə yaşaya 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə