Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə158/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   154   155   156   157   158   159   160   161   ...   219

 528 

Sovet dövlətinin milli siyasəti ilə uyğun gəlməsi aşkar görünür. 



*** 

Əfqanıstan hadisələri zamanı  mən Asiya və Afrika 

ölkələrinin Həmrəylik Komitəsinin nümayəndə heyətinin 

başçısı kimi Kabulda idim, moskvalı alim-politoloq Aleksey 

Kivi də nümayəndə heyətinin tərkibində idi. Ən müxtəlif 

mövzularda fikir mübadiləsi aparmaq üçün imkan yaranmışdı. 

Məni təəccübləndirən o idi ki, bu yüksək sivilizasiyalı sovet 

adamı, kommunist tükünü də  tərpətmədən doğrudan-doğruya 

(şübhəsiz ki, özünə görə) hətta SSRİ-nin də yox, Rusiyanın 

müstəmləkə siyasətinə haqq qazandırır, bunu onunla 

əsaslandırırdı ki, Rusiyanın dəniz qıtlığı var və buna görə  də, 

bütün tarixi boyu isti cənub dənizlərinə çıxmağa cəhd göstərir. 

İki dünya okeanına çıxışı olan, Ağ  dənizdən Qara dənizə

Xəzər dənizindən Oxot dənizinə qədər uzanan Rusiya dənizdən 

qıtlıq çəkir? 

*** 

Müstəmləkə siyasətinə haqq qazandıran daha bir cəhd - 

arqument ondan ibarətdir ki, Rusiya öz sərhədlərinin 

təhlükəsizliyini təmin etməlidir. Taftalogiya olsa da, 

soruşuram, bu təhlükəsiz sərhədlərin sərhədi haradan keçir? 

Yeni ərazilər zəbt etdikdən sonra yeni sərhədlər müəyyənləşir 

və bu yeni sərhədləri qorumaq məqsədilə yeni-yeni istilalar 

üzrə strateji vəzifələr meydana çıxır – dünya xəritəsinə  ləkə 

kimi hopan və çoxdan özünün milli konturlarını itirən dövlət öz 

sərhədlərini haraya qədər uzatmaq niyyətindədir? Sərhədləri 

Qərbə, Cənuba, yaxud Şərqə uzatmasından asılı olmayaraq 

"təhlükəsizlik xətti" yeni-yeni ərazilərdən keçəcəkdir. Bu həvəs 

sonsuza qədər uzanacaq, Antraktidaya qədərmi? 

*** 

Hətta  ən ağıllı rusların təfəkkürünə hakim kəsilən belə bir 

imperiya düşüncəsi Rusiyanın özündə demokratik həyat 

tərzinin bərqərar olmasına  əngəl törədəcək, sivilizasiyalı 

ölkələrin ailəsinə qorxu və qamçı vasitəsiylə yox, bərabər 



 529 

şəkildə daxil olmağa mane olacaq. Bu təfəkkür tərzi Rusiyanı 

yenidən totalitarizmin ağuşuna atacaq. Bu artıq ictimai 

təfəkkürə sakitcə  və  oğrun-oğrun sirayət edir. Bütün bunlara 

baxmayaraq, mən yenə hesab edirəm ki, demokratik düşüncə 

tərzinin formalaşmasını dayandırmaq mümkün deyildir, çünki 

bununla yanaşı, hər  şeydən öncə texniki inkişaf, kütləvi 

ünsiyyət vasitələri ilə bağlı  universal dünyəvi inkişaf 

tendensiyası da mövcuddur. Təbii ki, bu çətin prosesdir, bayaq 

dediyimiz kimi, spiralabənzər yolu xatırladan bir prosesdir, 

ancaq qaçılmaz. 

*** 

Yaddan çıxarmaq olmaz ki, Rusiyada imperiya təfəkkürü 

ənənələrinin dərin kökləri vardır və bu Rusiyada ən ağıllı 

adamlar üçün də üzvi və  təbii anlayışlar sayılır. Hətta  ən 

savadlı  və dünyagörüşü geniş olan adamların digər xalqların 

milli taleyinə münasibətinin nümunəsi kimi Çaadayevin XIX 

əsrdə Polşada baş verən hadisələrə münasibətini göstərmək 

olar.  İşə bax, polşalıların özləri yox, məhz Çaadayev Polşa  

üçün hansı  həyat  şəraitinin yaxşı olmasını  qərarlaşdırır. Bu 

mənada dahi Puşkin də günahdan xali deyil. Düzdür, Polşaya  

münasibətdə tam ədalətli mövqe tutan Gertsen də var. Bir sitata 

fikir verin: "Rus liberal güruhu Polşanı müdafiə etdiyinə görə 

Gertsendən uzaqlaşanda, bütün "ziyalı 

cəmiyyəti" 

"Kolokoldan" üz döndərəndə  də, Gertsen yolundan dönmədi. 

O, Polşanın azadlığını müdafiə etməkdə  və II Aleksandrın 

cəlladlarını qamçılamaqda davam etdi. Gertsen rus 

demokratiyasının şərəfini xilas etdi. "Biz rus adamının şərəfini 

xilas etdik - o, Turgenyevə belə yazırdı – və buna görə  də 

çoxluğun tənəsinə tuş gəldik". Bu, Leninin sitatıdır. Bu gün adı 

mənfi planda çəkilən Leninə məxsus başqa bir sitat da var: "Biz 

milli fəxarət hissi keçiririk və buna görə  də, qul keçmişimizə 

nifrət edirik (mülkədar və dvoryanlar Macarıstan, Polşa və 

Çinin azadlığını boğmaq üçün mujikləri müharibəyə 

yollayanda), bugünkü qul vəziyyətimizə nifrət edirik. Bu 



 530 

zaman kapitalistlərlə  əlbir olan mülkədarlar bizi Polşa və 

Ukraynanı boğmaq,  İran və Çində demokratik hərəkatı 

batırmaq, bizim velikorus milli ləyaqətimizə  ləkə yaxan 

Romanov, Bobrinski və Pruşkeviçlərin dəstəsini gücləndirmək 

üçün müharibəyə  çəkirlər… "Digər xalqlara zülm edən xalq 

azad ola bilməz" – XIX əsrin ardıcıl demokratiyasının böyük 

nümayəndələri Marks və Engels belə yazırdılarU. Vladimir 

İliçin çoxcildli əsərlərində bir-birinə daban-dabana zidd olan 

bu kimi fikirləri tapmaq bir elə  çətinlik törətmir. Sitatın 

götürüldüyü məqalə isə çar hökmranlığı dövründə yazılmışdır, 

bu sözlərin müəllifi özü hakimiyyətə  gələndə, Azərbaycanda, 

Gürcüstanda və Ukraynada azadlığı boğmağa girişdi, biz hələ 

onun şagirdləri olan Stalindən Brejnevə qədər hökmdarların ən 

müxtəlif ölkələrdə – Polşada, Macarıstanda, Çexoslovakiyada 

və  Əfqanıstanda xalqların azadlığını, milli heysiyyətini, 

nəhayət, demokratik hərəkatı ayaqlar altına atmasını demirik. 

Bunlar azdırmı? Məsələ bax, bu yerdədir. Sözlər, sözlər, 

sözlər… İş, iş, iş… 

*** 

Ən kədərli fakt budur ki, bu həqiqətin  əks-sədası, 

başqalarının yerinə "yaxşı-pisdi" problemini, başqalarının 

yerinə onların necə həyat tərzi keçirməsi məsələsini həll etmək 

– bəşər tarixində tiran hökmranlığına qarşı mübarizə aparan ən 

cəsur şəxslərdən biri, böyük yazıçı Soljenitsinin "Rusiyanı necə 

qurmalı?" adlı traktatında da eşidilir. Bu əsər ağrı  və  əzabla 

yazılsa da, digər xalqların dərdini anlamaqdan uzaqdır, o yalnız 

öz xalqının başına gələn milli fəlakətlər üstündə köklənmişdir. 

Ancaq axı bu dünyada, xüsusən XX əsrdə  hər  şey bir-birilə 

bağlıdır. Deyək ki, Qarabağ konflikti ilə  əlaqədar  ədalətsiz 

fikirlər Rusiyanın öz taleyində  də  əks-səda verir. Mən nə 

yazdığımı gözəl  şəkildə başa düşürəm, həm də onu da başa 

düşürəm ki, bunları, bu fikirləri məhz Soljenitsinin cəsurluğu 

və özünü fəda etməsi sayəsində  dəyişən bir ölkədə yaza 

bilirəm. Nə gizlədim, mən Soljenitsin mənəvi təqibə  məruz 




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə