Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə159/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   155   156   157   158   159   160   161   162   ...   219

 531 

qalarkən onun müdafiəsi naminə bir kəlmə  də yazmadım 

(əleyhinə  də heç nə yazmadım). Bəlkə  də indi, icazəli cəsarət 

dönəmində onun mühakimələri ilə mübahisəyə girməyə mənəvi 

haqqım çatmır. Ancaq mənə görə Soljenitsinin mübarizəsində 

məqsəd bu idi ki, hər bir şəxsə onun düzgün saymadığı 

fikirlərlə mübahisə etmək hüququ verilsin, o, öz 

mühakimələrini irəli sürə bilsin. 



*** 

Rus xalqını isti dənizlərə  çəkən səbəblər içərisində  təkcə 

tarixi və strateji məsələləri hallandırmaq düzgün deyildir, 

burada sırf bioloji amil də vardır. Yayda Qara dənizin, yaxud 

Xəzər dənizinin çimərliklərində olmaq kifayətdir ki, günəş 

görməyən adamların buludsuz səmaya və isti dəniz dalğalarına 

genetik həsrətini başa düşəsən. Bu, milli xarakterin bütün 

genetik strukturuna qeyri-şüuri  şəkildə sirayət edən bədənin 

ehtiyacıdır. Bütün dünyada şimallı turistləri cənub dənizləri 

özünə cəlb edir, ancaq bununçün İslandiya, yaxud İsveç dünya 

kommunizminin təntənəsi adı ilə Maltanı və ya Balear adalarını 

öz  ərazisinə qatmaq fikrinə düşmür.  İslandiya da, İsveç də, 

ABŞ-da – bu ölkələrdə mütləq əksəriyyət təşkil edən orta sinfi 

cənub ölkələrinə  səfər etmək, orada istirahət etmək və bütün 

mövcud iqlim şəraitindən həzz almaq imkanı ilə  təmin etmiş, 

ancaq heç zaman bu gözəl yerlərə tank və  təyyarələrini 

göndərməmişdir. Öz xalqını layiqli xoşbəxtliklə  təmin etmək 

istəyən Rusiya heç bir ritorik yalana və demaqogiyaya əl 

atmadan da Yer kürəsinin istənilən nöqtəsində arzulanan qonaq 

ola bilər, bir şərtlə ki, o, başqasının torpağını zəbt etmək fikrinə 

düşməsin. 

*** 

Yadıma gəlir ki, "Qurtuluş" adlı primitiv səviyyəli filmdə 

Stalin "mən  əsgəri generala dəyişmirəm" sözlərini dilinə 

gətirəndə kinozal necə alqışlara qərq oldu. Bu sözləri deyəndə 

o,  əsirlikdə olan oğlu Yakovu nəzərdə tuturdu, onu faktiki 

olaraq əzablı, işgəncəli ölümə məhkum edərək marşal Paulyusa 




 532 

dəyişmək təklifini rədd edirdi. 

Zalda mənimlə yanaşı, kənddən sanki elə indicə  gəlmiş 

yeniyetmə  uşaqlar oturmuşdular. Onlar dayanmadan əl 

çalırdılar, onlardan biri dedi: "Ay sizin... hələ bir şəxsiyyətə 

pərəstişdən danışırsınız!" Və bütün bunlar Xruşşovun guya 

Stalini darmadağın etməsindən – XX qurultaydan sonra, 

Stalindən sonrakı epoxada baş verirdi. Bu sözləri həmin 

epoxanın təmsilçiləri deyirdi. Bu uşaqların qəzəbinin ünvanı 

partiya, dövlət, cəmiyyət, rəhbərlər, nəhayət, antistalinizm 

pafosu idi. (Ümumən, totalitar cəmiyyətdə  hər hansı  məişət 

problemi üstündə yaranan cüzi narazılıq belə hirsə, qəzəbə 

dönərək bütün dövlət sisteminə qarşı çevrilir: dəlləkxana bir 

neçə gün idi ki, nəyə görəsə bağlanmışdı, hamı kommunal 

təsərrüfatının rəhbərliyini yox, ümumilikdə Sovet hökümətini 

söyürdü. Yadıma gəlir, iki tələbə küçədə dövlət 

piştaxtalarından alma aldılar. Onlardan biri almanı dişlədi, sən 

demə, alma qurdlu imiş, oğlan ürəkdən deyinirdi: "Çürük 

hökümətin alması da çürük olar"). 

*** 

Təzədən Stalin mövzusuna qayıdaq. Guya ki, hansısa 

mücərrəd dövlət marağı naminə  oğlundan, konkret insani və 

mənəvi motivlərdən imtina etmək,  əslində  həmin mücərrəd 

ideyanı yaxın bir insanın həyatına qarşı qoymaqdır. Stalinin 

özü də  həmin o qeyri-insani, qeyri-əxlaqi ideyanın dəhşətli 

təcəssümü deyildimi? 

*** 

Mənfi yapışıqlılıq – müəyyən səhnə ampluasına malik olan 

aktyorlara tətbiq edilir. Teatr termini olan bu sözlə  mən 

Stalinin obrazını  səciyyələndirmək istərdim. Uzun illər boyu 

mən özümdən asılı olmayaraq həmin obraz haqqında düşünüb-

daşınmaqdan usanmıram. 



*** 

"Gecə düşüncələri"nin bu hissəsində uzun illər boyu Stalin 

haqqında düşündüklərimi, dəlil və fikirlərimi, onun bizim 



 533 

taleyimizdə oynadığı rol barədə mülahizələrimi bir yerə 

yığmağa çalışıram – bir şey də var ki, Stalin mövzusu o qədər 

mürəkkəb, o qədər çoxölçülüdür ki, hətta son illər işıq üzü 

görən  ən qalın kitablar belə bu mövzunun miqyasını  və bu 

problemin bütün aspektlərini  əhatələyə bilməz. Mənim özüm 

də belə bir şeyə iddia etmirəm. Diqqətinizə təqdim etdiklərim 

sadəcə Stalin haqqında düşüncələrimdən ayrı-ayrı 

fraqmentlərdir. 

*** 

Bütün inqilablar güya ki, yaratma, qurma naminə olsa da, 

ancaq və ancaq dağıtmaqdan, dağıdılmaqdan başlayır. Leninin 

dahiliyi (bu ifadə - həmin düşüncələrin qələmə alındığı illərdə 

təfəkkürümə hakim kəsilən ifadə klişəsi idi. İndi bu sözləri mən 

o vaxtın anlamında işlətməzdim, halbuki, indinin özündə  də 

Lenini dahi, ancaq şər dahisi hesab edirəm. Buna baxmayaraq, 

həmin sözü 25 il bundan əvvəl – 70-ci illərin ortalarında qəbul 

etdiyim kimi saxlayıram), beləliklə, Leninin dahiliyi dağıtma 

prosesinin öz içindəcə quruculuğun müəyyən cücərtilərini 

yaratmağa qadir idi; o, dağıdılmalı olan şeylə qurulacaq şey 

arasındakı uçurumu dərinləşdirmək istəmirdi. Mümkün olan 

dərəcədə yeni şeyi keçmişin xarabalıqları üstündə yox, hifz 

olunmuşların yarımçıq təməli üzərində  qurmağa cəhd 

göstərirdi. Mədəniyyət sahəsində bir neçə nümunə bu fikrin 

doğruluğunu təsdiqləyir. (Bolşoy Teatra münasibət, keçmiş 

mütəxəssislərin bəzilərinə göstərdiyi qayğı, müəyyən şəxslərin 

monumental təbliğatı, o cümlədən  ŞeytanlarUın müəllifi 

Dostoyevskiyə  də abidə qoymaq fikri). Ziddiyyətli, siyasi və 

fəlsəfi baxımdan təkəbbürlü olsa da, öz millətinin dühası kimi, 

L.Tolstoya hörmətlə və hətta fəxarətlə yanaşması və s. Leninin 

kifayət qədər savadlı davamçıları - Buxarin, Çiçerin, 

Lunaçarski, qəribə  səslənsə  də  dəhşətli çekist repressiyaları, 

amansız qırmızı terrora mənəvi bəraət qazandıran Dzerjinski 

belə müəyyən dərəcədə  həmin yolla getməyə  cəhd 

göstərmişlər. Oktyabr çevrilişinin dağıdıcı stixiyası isə daha 




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə