Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə155/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   151   152   153   154   155   156   157   158   ...   219

 519 

Frankoya qarşı vuruşmuş, sonra fransız müqavimət hərəkatının 

sıralarında faşizmə qarşı döyüşmüş, şah rejiminin zindanlarına 

girmiş, 30 il Avropada sürgün həyatı keçirmişdir; o, əqidəsinə 

görə sosial-demokrat olmuşdur. Onların hamısı  həyatdan 

getmiş, Xomeyni isə İranda baş verən hadisələrdən sui istifadə 

edərək, kiçik Paris şəhərlərindən biri olan Nofl-le-Şatedən 

telefonla əlaqə saxlayıb şah devriləndən sonra İrana dönmüşdü. 

İrana çatar-çatmaz belə bir bəyanatla çıxış etmişdi: "Mən sizə 

deyirəm, Məhəmməd Rza Pəhləvi satqındır, satqın olduğu üçün 

də qaçıb getdi, bütün sərvətlərimizi küləyə sovurdu, ölkəmizi 

xaraba qoydu, onu qəbiristanlığa çevirdi". 

Bəxtiyar xəbərdarlıq etmişdi: ölkə yenidən qara diktatura 

dövrünə, bəlkə də feodalizmə qayıda bilər. 

Bu da onun sözüdür ki, mən və doktor Səncabi arzulayırdıq 

ki, heç olmasa dörd otağımız olsun və milli cəbhənin baş 

qərargahı lövhəsini asıb təşkilat yarada bilək.  İndi ki, azadlıq 

var, Səncabinin dediyi nədir? Məgər o, siyasi mübarizə 

aparmaq istəyir? Bəs nəyə görə, təşkilati işlərlə  məşğul 

olmaqdansa, durub-oturub cənab Xomeyninin əlini öpür? Biz 

köhnə  və  yıpranmış diktaturanın  əvəzinə yenisini, quduz 

diktaturanı istəmirik… Seçkilər elə indicə keçirilsəydi, on 

seçicidən yəqin ki, doqquzu Xomeyniyə səs verərdi, altı aydan 

sonra isə, sakitlik bərqərar olandan sonra hamı başa düşərdi ki, 

Xomeyniyə nisbətən şah toya getməliymişU.  

Kitabın müəllifi Bəxtiyar haqqında rəğbətlə danışsa da, 

siyasi baxımdan onu uzaqgörən olmamaqda suçlandırır. 

Mənim fikrimcə, siyasətçilər indi eynək taxırlar (mən 

məcazi mənada deyirəm). Bəziləri uzaqgörənlik eynəyi taxırlar. 

Onlar gözlərinin qarşısında baş verənləri görmür və buna görə 

də uğursuzluğa düçar olurlar. Ancaq onlar burunlarının altında 

baş verənlərlə müqayisədə uzaq perspektivi daha yaxşı seçib 

ayırırlar. Digərləri isə yaxını daha yaxşı görə bilirlər – onlar 

böyür-başlarında baş verən hadisələri çox yaxşı görsələr də, 

uzağı duman içində görürlər. Görünür, Bəxtiyar da ətrafında 



 520 

baş verən hadisələri görə bilməmiş, perspektivdə baş 

verəcəkləri isə, səhvsiz duya bilmişdi. 

*** 

Yeri gəldi-gəlmədi, mənsub olduğun xalqın həssaslığı 

haqqında, dünyada ad çıxarmasından danışmaq ayıbdır, qoy 

bunu həmin  əməllərin bəhrəsini görən və bu barədə öz fikri 

olan digər xalqlar danışsınlar (çeçenlər, balkarlar, qaraçaylar, 

Krım tatarları, kalmıklar və s.). 



*** 

Doğrudanmı, dövlətin böyüklüyü onun coğrafi xəritədə 

tutduğu ərazi ilə ölçülür? 

*** 

Şəxsiyyətin tarixdə rolu nədən ibarətdir? Bəzən bunu çox 

şişirdirlər, hesab edirlər ki, bir şəxsiyyət tarixin gedişini 

kardinal  şəkildə  dəyişə bilər. Bəzən də onun rolunu, məsələn, 

Tolstoyun Napoleona münasibətində olduğu kimi, sıfra 

endirirlər. Tolstoy Napoleonu tarixin olsa-olsa adi bir aləti 

hesab edirdi. Mənim fikrimcə,  şəxsiyyət-tarix tərəzisində 

obyektiv və subyektiv faktorlarının tənasübünün  əyani və 

zaman baxımından yaxın nümunəsi mövcuddur – Xruşşov. 

Stalin dövründə Xruşşov xalqlar rəhbərinin Ukraynada adi 

icraçısı  və loyal funksioneri idi, Moskva partiya təşkilatında 

nəzarətçisi, siyasi büroda Stalinin əl quzusu, başqalarından 

yalnız yaxşı  rəqs etməyi ilə seçilən bir şəxs idi. Başqa 

keyfiyyətlərinə görə yerdə qalan şəxslərdən bir elə 

fərqlənmirdi. Burdan çıxış edib demək olar ki, şəxsiyyət 

(Xruşşov) tarixi müstəvidə bir elə əhəmiyyət kəsb etmirdi, hər 

halda sovet tarixinin Stalin dönəmində. Çox gözəl. Ancaq 

Stalin ölən kimi, onun xələflərindən biri olan Xruşşov əvvəlcə 

öz rəqiblərinin çox ciddi müqavimətini qıraraq, təkcə siyasi 

olimpin zirvəsinə yüksəlməklə qalmadı, həm də bir-birinin 

dalınca yerdə qalanların hamısını vurub aşırdı,  ən  əsası isə 

yarımçıq olsa da, bir çoxlarına qarşı  çıxaraq rejimin köklərini 

laxladıb cəmiyyəti prinsip etibarilə tam fərqli bir müstəvi 



 521 

üzərinə gətirə bildi. Məhz XX qurultayın tribunasına çıxmaqla 

tarixin cahanşümul gedişini müəyyənləşdirə bildi, bu isə  nə 

qədər  əzablı  və ziqzaqlı olsa da, Şər imperiyasının tam iflasa 

uğramasıyla nəticələndi.  Şəxsiyyət, doğrudan da, Tarixin 

gedişatında əhəmiyyətli rola malikdirsə, bəs nəyə görə Xruşşov 

bu rolu Stalin dövründə oynaya bilmirdi? Yox, əgər onun, 

doğrudan da, heç bir rolu yoxdursa və  hər  şeyi Tarix 

müəyyənləşdirirsə, görəsən, bu Tarix hansı prinsiplərdən çıxış 

edərək islahatçı kimi ətrafdakı minlərlə insanın içindən məhz 

Xruşşovu – ağlı, təhsili, iradəsiylə heç kəsdən fərqlənməyən bir 

şəxsi seçdi? (Beriya, Malenkov, Kaqanoviç, Molotov… da var 

idi axı). Tarixin bu seçimi nə ilə  əlamətdardır?  Şəxsiyyət öz-

özlüyündə bir dəyərə malikdir, yoxsa onun imkanları müxtəlif 

dövrlərdə müxtəlif  şəkildə  əyaniləşir? Bəs necə olmasa da, 

şəxsiyyətin bu imkanlarının meyarı  nədir?  İnsanlar öz 

hərəkətlərində  nə  dərəcədə müstəqil və  məsuliyyətlidirlər və 

onların bu əməlləri Zamana nə dərəcədə təsir göstərə bilir? Bu, 

dünyanın özü kimi qədim olan bir sualdır: iradə azadlığı, ilahi 

niyyət, varlığın bilinməzləri… 



*** 

3 oktyabr, 1987-ci ildə mən SSRİ Yazıçılar İttifaqının təşkil 

etdiyi beynəlmiləlçilik problemlərinə həsr olunmuş beynəlxalq 

simpoziumda çıxış etdim. Burada – Leninqradda, yeri 

gəlmişkən, gözəl türk yazıçısı Səmum Qocagözlə tanış oldum. 

Axşamüstü mən və Maqsud İbrahimbəyov onu şama dəvət 

etdik. Səmum Qocagöz solçu idi, Türkiyə zindanlarında 

yatmışdı, SSRİ-yə onu dostluq münasibətləri bağlayırdı, bizim 

ölkəmizə o, ilk dəfə idi ki, dəvət olunurdu. Deyirdi ki, indi, 

xüsusən yenidənqurma başlayandan sonra SSRİ-də baş verən 

çox  şey onda rəğbət doğurur, ancaq o, belə bir beynəlmiləl 

simpozium keçirən  şəxslərin Bolqarstanda Todor Jivkovun 

millətçi rejimini müdafiə etməsini heç cürə anlamır, o Todor 

Jivkov ki, bolqar türklərinə qarşı  əsl faşist siyasətini yeridir, 

məcbur edir ki, bütün türklər bolqar adlarını götürsünlər, onlara 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə