Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə157/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   153   154   155   156   157   158   159   160   ...   219

 525 

üçün on illər tələb edilsə də, hər halda tiraniyanı bir an içində 

təsdiq etmək olar. Demokratiya isə bir anın içində  bərqərar 

olmur, demokratik proseslər üzücü və uzun olur, tədrici 

xarakter daşıyır. Demokratik prosesin keçdiyi yolu spirala da 

bənzətmək olar. Demokratiya hərlənib-fırlanıb spiral kimi 

özünə qayıdaraq, hər bir yeni buğumda daha yüksək bir 

səviyyəyə qalxır. Demokratiyanı bilik kimi – əlifbadan tutmuş 

dərin və təkmil savad əldə edənə kimi, hesabdan ali riyaziyyata 

qədər – öyrənmək lazımdır. Demokratiyanı imperiya təfəkkürü 

ilə qaynaq etmək imkansızdır. 200 il bundan qabaq demokratik 

prinsipləri bəyan edən Amerikaya daha bir 100 il lazım oldu ki, 

qanlı  vətəndaş müharibəsinin içindən keçərək ictimai 

təfəkkürdə zəncilərin qul olmaması fikrini təsbit etsin və daha 

100 il lazım oldu ki, ağların və qaraların bir avtobusda yol 

getməsi, habelə onların bir məktəbdə oxuması kimi elementar 

bir fikir qəbul olunsun. Avropada azadlıq ideyasına daha çox 

bağlı olan Fransa uzun illər boyu əlcəzairlilərin azadlığa layiq 

olmaları fikri ilə razılaşmırdı. 

*** 

Yeri gəlmişkən, demokratiyanın təmiz, mücərrəd səciyyə 

daşıyan prinsiplərindən fərqli olaraq ictimai-siyasi təfəkkürdə 

dövr və zamanla müəyyənləşən həm azadlıq, həm də necə 

deyərlər, onu məhdudlaşdıran qüvvələr mövcud olur. Ptolomey 

epoxasında heliosentrik konsepsiya mümkün olmadığı kimi, 

demokratiyaya meylli qədim Afina cəmiyyətin də qulların 

həmin cəmiyyətin azad vətəndaşları ilə  bərabər hüquqlara 

malik olması fikri heç ağla gəlmirdi.  Necə ki, qara dərili 

qulların bərabər hüquqa malik olması ideyası Amerika 

demokratiyasının təməlini qoyan maarifçi ataların 

təfəkküründə özünə yer tapa bilmirdi. Dünyada ən qədim 

parlament demokratiyası, konstitusiya plüralizmi olan İngiltərə 

üçün imperiyanı qoruyub saxlamağın mümkün olmayacağı 

fikrini həzm etmək üçün bir əsr bəs etmədi. Əlbəttə, Britaniya 

imperiyasının iflası, heç şübhəsiz ki, İkinci Dünya 




 526 

müharibəsinin (əfsus ki, dünyada heç bir imperiya 

müharibələrin – dünya və  vətəndaş müharibələrinin qanlı 

kataklizmləri olmadan, öz uşaqlarını udan inqilablar baş 

vermədən çökmür) və yeni tendensiyaların dünya miqyasında, 

yeni qarşıdurmanın, ancaq hər  şeydən  əvvəl müstəmləkə 

xalqlarının özlərinin mübarizəsi, o cümlədən rus inqilablarının 

təcrübəsindən stimul alan mübarizə  səbəbinə baş verdi. 

Məsələn, Handinin ideyalarını  rəhbər tutaraq, müstəqillik 

uğrunda mübarizə aparan hindistanlıların apardığı qansız 

mücadilə  də unikal bir hadisə kimi göz önündədir. Çörçil 

deyirdi: TMən tarixə Britaniya imperiyasının süqutuna rəvac 

verən Baş nazir kimi daxil olmaq istəməzdimU. Ancaq bununla 

belə, Britaniya imperiyasının iflası ilə razılaşdı  və  İngiltərə  

ikinci dərəcəli dövlətə çevrildi. "İkinci dərəcəli dövlət" 

dedikdə, nə anlaşılır. Bu elə bir dövlətdir ki, öz vətəndaşlarını 

yüksək həyat səviyyəsi ilə  təmin edir, dünya miqyasında 

iqtisadiyyat, mədəniyyət və siyasət kimi sahələrdə öndə gedir

yeri gəldi-gəlmədi  əlini silaha atmır, amma lazım olanda güc 

də nümayiş etdirə bilir? Bəs məzlum dilənçi kökünə düşən, 

bayaq, lap son ana kimi hədələdiyi rəqiblərinə ("biz sizi dəfn 

edəcəyik" – Xruşşov amerikalılara belə demişdi) indi əl açıb 

dilənən bir dövləti super dövlət hesab etmək olarmı? 

*** 

Ancaq söhbət heç də bundan getmir, söhbət beynində çox 

möcüzəli bir şəkildə qardaşlıq, bərabərlik, azadlıq və 

demokratiya ideallarının bilərəkdən, yaxud sövq-təbii olaraq 

imperiya ambisiyaları ilə çulğaşdığı kifayət qədər proqressiv 

fikir sahibi sayılan ziyalıların təfəkkürünə demokratiyanın 

yeridilməsindən gedir. 200 il bundan əvvəl  ən yüksək 

alicənablıq hissini əks etdirən, azadlığa və müstəqilliyə bağlı 

olduqlarını  göstərən  şüarları hamıya elan edən,  əldə silah 

alman istilasına müqavimət göstərərək yüz il sonra öz 

torpaqlarının müdafiəsinə qalxan Fransanın  ən görkəmli 

adamları bütün bu nəcib hissləri "Fransız  Əlcəzairi"  şüarı ilə 




 527 

necə birləşdirirdilər? 



*** 

Mən bir çoxları kimi uzun illər  ərzində (bəlkə indinin 

özündə  də) inanırdım ki, Sovet dövlətinin ilkin şüarları  və 

çağırışları  əsl həqiqətdə Çar imperiyasının modifikasiyası 

ideyasına  əsaslanmırdı,  əksinə bu imperiyanın tərkibinə daxil 

olan millətlərin bərabərhüquqlu ittifaqına söykənirdi. 

Baxmayaraq ki, mənim qəlbimdə  həmişə bu fikrin 

düzgünlüyünə  şübhə hissi də baş qaldırırdı. Bu dövrün 

sənədlərində, ilk növbədə isə Leninin yazmış olduğu 

təlimatlarda Rusiyanın Bakı neftinə marağı açıq-aşkar  şəkildə 

görünürdü, bu da Şərqin əsarət altında qalan xalqlarına azadlıq 

verməyi vəd edən məlum  şüarı sual altına alırdı. XI Qızıl 

Ordunun komandiri Levandovskinin xatirələrində çox maraqlı 

faktlardan birisi budur ki, bu ordunun Azərbaycan  ərazisinə 

girməsi planı hələ inqilabi hökumətin bərqərar olmasından çox-

çox  əvvəllər hazırlanmışdı. Üstündən illər keçəndən sonra bu 

üsul 56-cı ildə Macarıstanda, bir az sonra isə  Əfqanıstanda 

təkrarlandı. Azərbaycan kommunist-sovet ekspansiyasının bu 

məlum modelinin tətbiqi üçün bir növ poliqon olmuşdu.  Ən 

dəhşətli fakt ondan ibarətdir ki, Azərbaycanın sözdə müstəqil 

elan edilməsindən dərhal sonra mərkəzdən pambıqçılığın 

planlaşdırılması, habelə neftin aparılması barədə göstərişlər 

verilir və bütün bunlar Ruisya Federasiyasının (o zaman hələ 

SSRİ mövcud deyildi) mənafeyi naminə edilirdi, əvəzində 

isə… TdirsəkU göstərilirdi. Sosialist Azərbaycanının uğursuz 

"spiker"inin (indiki anlayışla desək) Rusiya rəhbərlərinə 

müraciətində olduğu kimi: "Mı vam neftğ kaçay-kaçay, vı nam 

kulğtura kaçay-kaçay". "Kulğtura kaçay-kaçay" haqqında 

ayrıca söhbət aparmaq olar, ancaq mən sözügedən sinizmin bir 

məqamını qeyd etmədən ötüşməzdim: bu sinizm özünü yerli 

əhali ilə davranışda son dərəcə  nəzakətli və  təmkinli olmağı 

tövsiyə edən sənədlərdə göstərir, yəni elə et ki, ustalıqla aldat. 

Və bu kontekstdə köhnə çar rejiminin müstəmləkə siyasətinin 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə