Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə165/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   161   162   163   164   165   166   167   168   ...   219

 549 

oldu ki, ölkənin beynəlmiləl xarakteri haqqında bütün söhbətlər 

onun imperiya mahiyyətini pərdələməkdən ötrü ortaya atılan 

sözdən başqa bir şey deyilmiş.  



*** 

Yenə öz mövzumuza qayıdaq. Beləliklə, Qorbaçov Yeltsini 

Siyasi Büroya buraxmır, küsmüş Yeltsin özünün parlaq və 

iddialı xarakterinin gücünə inqitam almağa hazırlaşır. Bundan 

sonra, hökumət orqanları ona qarşı bütün yaramaz vasitələrdən 

– alçaltmadan tutmuş  təhqirlərə  qədər hər  şeydən istifadə 

edirlər, bütün bunlar onun intiqam hissini, özünütəsdiq 

iradəsini daha da gücləndirir və o, Qorbaçovun bütün 

qüsurlarından, xüsusən onun təbliğat maşınının küt işindən 

yararlanaraq hamının rəğbətini qazanır, cəmiyyətin  ən geniş 

təbəqələri arasında yüksək reytinqə malik olur. O, kütlənin 

gözündə  ən yaxşı hökmdar obrazına çevrilir və bu dalğanın 

axarı ilə  hələlik Rusiyada ən yüksək vəzifəni  əldə edir. Elə 

bunun özü də kifayət qədər böyük nailiyyətdir, yerdə qalanlar, 

necə deyərlər, texniki məsələdir, ağıllı siyasi manevrlərdən 

asılıdır. Artıq laxlamış Qorbaçovu darmadağın etmək üçün 

(xüsusən, avqust ayında baş verən yalançı putçdan sonra) hər 

şeydən əvvəl çürümüş strukturu dağıtmaq, Qorbaçovun hələ ki 

formal  şəkildə başçılıq etdiyi ölkədən yaxa qurtarmaq, yəni 

SSRİ adlanan məmləkəti dünya xəritəsindən silib-süpürmək 

lazım idi. SSRİ yoxdursa, demək, onun prezidenti də yoxdur. 

Ekzekusiya aktı Belovej meşəsində baş verdi. Əsrin bu 

hadisəsində subyektiv və obyektiv faktorların hansı nisbətə 

malik olmasını,  şəxsi və ictimai amillərin hansı nisbətdə rol 

oynamasını müəyyənləşdirmək tarixə  məxsusdur. Beləliklə, 

bütün bunlar XX əsrin  ən böyük imperiyalarından birinin 

darmadağın olması ilə nəticələndi. 

*** 

Bizim ölkəmizdə azadlıq probleminin açılmayan düyününün 

mahiyyəti hər şeydən əvvəl onda ifadə olunur ki, rus xalqı azad 

olmasa, say etibarilə azlıq təşkil edən digər xalqlar da azad 




 550 

olmayacaqlar. Ancaq rus xalqı yalnız o zaman azad olacaq ki, 

digər xalqlar azad olsun. Yadıma gəlir, Portəgizin o zamankı 

prezidenti Suareş Bakıda "Gülüstan" sarayındakı  qəbulda öz 

tostunda nə qədər sadə və elementar olsa da, çox dərin bir fikir 

söyləmişdi – Portəgiz totalitar rejimdən Salazarın çökdüyü 

zaman yox, öz müstəmləkələrindən imtina edəndə qurtuldu. 

İndi Marksı daha çox tarixi proqnozların qeyri-dəqiqliyi 

üstündə söymək moddadır, ancaq onun bir fikri tarixin bütün 

gedişi boyu özünü doğrultmuşdur – digər xalqları əsarət altında 

saxlayan xalq özü azad deyil. Mən dərhal etiraz eşidirəm - rus 

xalqını sistemlə qarışıq salmayın, rejimi rus xalqı ilə 

eyniləşdirməyin, bu rejim ona da, digər xalqlara da beləcə 

sırıdılıb. Mən nə  dəyişik salıram, nə  də eyniləşdirirəm. 

Doğrudur ki, rus xalqı daha acınacaqlı gündədir, ancaq o, digər 

xalqlardan fərqli olaraq çoxsaylıdır, buna müvafiq olaraq, 

demək, həm də güclüdür, o qədər güclüdür ki, indiyə kimi onu 

digərləri ilə  bərabər sıxıb saxlayan zəncirləri ilkin olaraq qıra 

bilər. Mən hələ onu demirəm ki, hakimiyyətin mərkəz 

anlayışını ifadə edən, yəni rus dövlətinin ənənəvi paytaxtı olan 

Moskvada digər xalqların nümayəndələrinin iştirak payı ilə 

müqayisə olunmayan dərəcədə böyük xüsusi çəkiyə ruslar 

malikdir. 

*** 

İqor Belyayev "Literaturnaya qazeta"da Sovet İttifaqının 

şərq respublikalarında yeni doğulan uşaqlara İslam kimi adların 

qoyulmasında  İslam fundamentalizmi qorxusunu gördüyünü 

yazmışdı, onun fikrincə, özbək rəqs ansamblının adının "Yalla" 

olması təsadüfi deyil, Allah sözünə yaxındır. Görün, nə qədər 

incə müşahidədir. Bəs onda nəyə görə  İ.Belyayev Mərkəzi 

Televiziyanın qarşısında Alla Puqaçova və Müslüm 

Maqomayevin çıxışlarının qadağan edilməsi barədə  məsələ 

qaldırmır - axı, Alla adı Allah sözünə  Yalladan da daha 

yaxındır, Müslüm isə elə müsəlman deməkdir. Belə olduqda, 

İslam fundamentalizmi təhlükəsi də öz-özünə aradan çıxar. 




 551 

*** 

"İsa deyirdi: "Xeyir iş görəndə, sağ əlin etdiyindən sol əlin 

xəbəri olmasın, gördüyün xeyirxah iş sirr kimi qalsın". 

Buddizmin sirli xeyirxahlığının mahiyyəti elə bundadır. Ancaq 

İsa deyir: "Sənin atan gördüyün işlərə kənardan nəzər yetirərək 

səni mükafatlandırar". Burada biz xristianlıqla buddizm 

arasındakı mühüm fərqi görürük. Allahın, yaxud şeytanın sizin 

əməlləriniz haqqında hər  şeyi bilməsi fikri mövcud olduqca 

zenbuddizm fəlsəfəsinə görə siz hələ "bizlərdən biri" hesab 

olunmursunuz. Bu fikirlə müşayiət olunan hərəkətlər 

təmənnasız deyillər. Kamil paltarda nə çöldən, nə  də içəridən 

baxanda tikiş yerləri görünmür: bu, bütöv bir əsərdir və heç kəs 

onun harda başlayıb harda bitdiyini dəqiq şəkildə deyə bilməz. 

Ona görə  də, zen fəlsəfəsində kamil, xeyirxah hərəkətin  əvəz 

veriləcəyi haqqında fikrə yer yoxdur".  

*** 

Çin filosofu ruhun bu vəziyyətini təsvir edərək aşağıdakı 

müqayisədən istifadə edir: mən, öz Daoma hər nə haqqında 

istəsə, maneəsiz olaraq düşünmək ixtiyarı verdim, dilimə isə nə 

gəlir danışmaq icazəsi. Mən, sadəcə, küləyə qoşularaq yarpaq 

kimi  şərqə  və  qərbə üz tutdum, kəsdirmədim ki, mən küləyi 

minib çapırdım, yoxsa külək məni. Külək, şübhəsiz ki, nəyəsə 

bağlı olmamaq təsəvvürünü ideal şəkildə verən  ən gözəl 

obrazdır. "Əhdi-cədidUdə oxuyuruq: "Külək, istədiyi yerə əsir" 

(Zen-buddist fəlsəfəsinin tədqiqatçısı T.Sudzukinin "Zen-

buddizmin 

əsasları" kitabından). Xeyirxah əməlin 

təmənnasızlığı barədə bizim də məsəl var, deyərlər ki, "Balığı 

at dəryaya, balıq bilməsə də, xalıq bilər". Mən uzun müddət bu 

fəlsəfənin tərəfdarı olmuşam, ancaq Sudzukinin kitabında zen 

etikası ilə tanış olduqdan sonra, (ondan da əvvəl 

Zavodskayanın zen əxlaqına aid kitablarını oxuyanda) 

anlamışdım ki, zenin təmənnasızlığı, hətta Allahdan belə 

mükafat gözləməmək – mənəvi kamilləşmənin  ən ali 

səviyyəsidir. 




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə