Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə164/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   160   161   162   163   164   165   166   167   ...   219

 546 

ki, TQorbaçov hədər yerə atamın kölgəsini qılınclayır, 

Qorbaçov onun öhdəsindən gələ bilməzU.  Əksinə! Bunu isə 

mən özümdən əlavə edirəm. 

 

23 oktyabr, 1988-ci il 

 

Stalin haqqında uzun illərin düşüncələrinin məhsulu olan bu 



qeydlərmi bir gecənin içində - 23 oktyabr 1988-ci ildə kağıza 

köçürdüm. Zaman mənim bu sonuncu gümanımı doğrultdu. 

Ölməyən Stalin Qorbaçovu da devirdi. Gələcəkdə daha nələr 

baş verəcəkdir? Bəlkə onu "uzunölümlü" tiran yox, Tölməyən 

tiranU adlandıraq? 

 

15 mart, 1997-ci il 



 

*** 

Tarixin gedişatında obyektiv və subyektiv faktorlar, 

şəxsiyyətin rolu və real şərait haqqında danışmalı olsaq, ən 

parlaq nümunə kimi Xruşşov götürülməlidir. Stalin dövründə 

bir müstəqil  şəxsiyyət kimi o, bir elə  dəyərə malik deyildi, 

mövcud  şəraitdə funksional olaraq fəaliyyət göstərən 

adamlardan biri idi. Belə çıxır ki, şərait şəxsiyyətdən güclüdür. 

Ancaq Stalindən sonrakı dövrdə də o, əvvəlki iş yoldaşlarının 

öhdəsindən gələ bilmədiyi bir işi gördü – destalinizasiyanın 

əsasını qoydu. Görünür, hər halda şəxsiyyətdən də nəsə asılıdır. 

Müəyyən qeyd-istisnalarla bərabər, bunu Qorbaçov haqqında 

da demək olar. Məlumdur ki, "yenidənqurma" ideyaları onun 

beynində  hələ "yenidənqurmayaqədərki" dövrdə yetişmişdi. 

Yadıma gəlir ki, "Drujba narodov" jurnalının  əməkdaşı, 

Moskvanın siyasi məkanında kifayət qədər məlumata malik 

olan  şəxs, hələ Andropovun dövründə (yaxud Çernenkonun 

dövründə, indi dəqiq xatırlamıram), hər halda Brejnev dövrü 

qurtardıqdan sonra mənə demişdi ki, Moskva ziyalılarının 

bütün ümidi Qorbaçovadır, o, hakimiyyətə  gəlsə, çox şey 



 547 

dəyişəcək. 



*** 

1985-ci ilin mart ayında Qorbaçov hakimiyyətə  gəldiyi 

zaman Moskvada mən tbilisili erməni, rusdilli yazıçı, vaxtilə 

ssenari kurslarında bir yerdə oxuduğumuz Armen Zurabovla 

rastlaşdım, erməni yazıçılarının bir çoxundan fərqli olaraq, 

mənə elə  gəlir ki, o, şovinizmdən uzaq bir adamdır, sonrakı 

illərdə  də antiazərbaycan kompaniyalarının heç birinə 

qoşulmadı. Bəli, həmin zaman, Qorbaçovun hakimiyyətə 

gəldiyi ilk ayda hələ Tbilisi ilə əməllicə vidalaşmayan Armen 

vaxtının çoxunu Moskvada keçirirdi, Moskvada tanınmış 

evlərə gedib-gəlirdi, bir sözlə, paytaxtın siyasi iqlimi ilə kifayət 

qədər tanış idi. Mərkəzi  Ədəbiyyat Evində nahar süfrəsi 

arxasında yenidənqurma və  aşkarlıq haqqında fikirlərimizi 

bölüşürdük. Mən dedim ki, 56-cı ildən, XX qurultaydan sonra 

olduğu kimi siyasətdə bir çox dəyişikliklər gözlənilir. Armen: – 

Yox, – dedi, – çox böyük kardinal  dəyişikliklər baş  

verəcəkdir. Bu  dəyişikliklər 1917-ci il oktyabr inqilabı 

hadisələrinə bərabər olacaqdır. Hər şey kökündən dəyişəcək.  

Çox sonralar anladım ki, Armen yalnız proqnoz vermirmiş, 

sadəcə qabaqdan gələn illərdə hansı hadisələrin baş verə 

biləcəyi barədə  dəqiq məlumata malik imiş. Dolayısı ilə bu 

məni bir daha inandırdı ki, ermənilər, hətta fəal ictimai axından 

bir az kənarda qalan ermənilər belə siyasi proseslər barədə 

mükəmməl məlumata malikdirlər. 



*** 

Yenə  də  şəxsiyyətin tarixdəki roluna qayıdaq.  Şəxsi 

motivlərin gücünə revanş arzusuna düşərək, inqitam arzusu ilə 

yanan Yeltsini xatırlamaq lazımdır. Bəlkə  də bütün bunların 

gücünə o, böyük tarixi kataklizmlərin içində önəmli  bir fiqura 

çevrildi. Ümumiyyətlə, Sovet imperiyasının çökməsində  təbii 

ki, obyektiv tarixi səbəblərlə yanaşı, bir çox konkret 

şəxsiyyətlər də  əhəmiyyətli rol oynadılar. Xaricdə olanlardan 

Roma papasını, Bzejinskini, Reyqanı və Tetçeri misal çəkmək 



 548 

olar. Bzejinski və Voytilaya gəlincə, onlar üçün stimul rolunu 

damarlarından axan polyak qanı, etnik vətənləri olan Polşanı 

Sovet hegemonluğunun buxovlarından qurtarmaq arzusu 

oynadı. Reyqan və Tetçer öz aqressiv hərəkətləri ilə  həmişə 

gözlənilməz olan (Berlin divarı  və Berlin blokadası, 

Macarıstan, Çexoslavakiya, Əfqanıstan, Kuba böhranı, 

ölkədaxili repressiyalar, Saxarovun sürgün edilməsi, 

Soljenitsinin ölkədən qovulması  və s. və i.a.) əbədi təhlükə 

mənbəyini,  Şər imperiyasını  məhv etmək istəyirdilər. Ölkənin 

daxilində digər disidentlərlə yanaşı, mənim fikrimcə, dörd şəxs 

– Soljenitscn, Saxarov, Qorbaçov və Yeltsin həlledici rol 

oynadı. Və yenə  də, obyektiv tarixi faktorlarla yanaşı,  şəxsi 

motivlər də  əhəmiyyətli sambala və gücə malik idi. Əgər 

Soljenitsin öz vaxtında təqdim edildiyi Lenin mükafatını 

alsaydı, görəsən, Sovet ədəbi isteblişmentinə qatılmazdımı? 

Hökumətin səfeh siyasəti, burnundan uzağı görməyən 

məmurların təhdidləri Saxarovu da radikallaşdırdı. 



*** 

Yeltsin və Qorbaçovun qarşılıqlı münasibətlərinə  gəlincə, 

mənə belə  gəlir ki, Yeltsin vaxtında Siyasi Büronun üzvü 

seçilsə idi, Sovet tarixi tamam başqa yolla addımlayardı.  



*** 

Ola bilsin ki, mən problemi bir balaca sadələşdirirəm; Sovet 

imperiyası gec-tez çökəcəkdi. Ancaq bu subyektiv faktorlar 

olmasaydı, mənim fikrimcə, imperiya belə tez yox, daha gec 

çökəcəkdi. Yeri gəlmişkən, kommunist rejimində SSRİ-ni 

imperiya adlandırmaq Cinayət Məcəlləsinin müvafiq 

maddəsində  nəzərdə tutulduğu kimi, antisovet hərəkəti olardı. 

Ancaq sistem və ölkə özülündən laxlayan kimi, ilkin olaraq 

rusların özü (təbii ki, rus yazıçıları) minillik tarixə malik 

imperiyanın, rus, məhz rus dövlətinin məhvi barədə haray 

qaldırmağa başladılar. Eynihüquqlu xalqların birliyindən ibarət 

Sovet dövlətinin məhvindən yox, yalnız dominant xalqın 

məhvindən danışdılar. Beləliklə, hər şey öz yerini aldı. Məlum 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə