Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə160/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   156   157   158   159   160   161   162   163   ...   219

 534 

çox Trotski və Stalinin şəxsiyyətində  qərarlaşmışdı. Trotskini 

və Stalinin özünü inqilabın mahiyyətindən, onun məntiqindən 

ayırmaq düzgün deyildir. Vəhşilik, kor ehtiraslar, dağıdılan 

şeyə nifrət olmadan dağıntını təsəvvür etmək mümkün deyildir. 

Trotski və Stalin inqilabın kor ehtirasıdır,  əlbəttə, fərdi 

fərqlərlə, xarakterlərindəki, talelərindəki, həyat 

təcrübələrindəki ayrı-ayrı nüansları  nəzərə almaqla. Stalin 

dönəmində Trotskini, Xruşov dönəmində Stalinin özünü 

inqilaba düşmən kimi qələmə vermək cəhdləri həqiqətə uyğun 

deyildi. Hər ikisi inqilabın mahiyyətini təcəssüm edirdilər. 

Trotskidə romantik-ibarəli, Stalində isə konkret-dəftərxana 

üslubu  şəklində.  İstənilən kor ehtiras qanunauyğun  şəkildə 

dəhşətli amansızlığa, bu da öz növbəsində  məqsədə, 

şəxsiyyətin özünüifadəsinə  və özünütəsdiqinə çevrilir. Sadizm 

vasitə yox, məqsəd olur. (Halbuki, hər hansı  məqsədə çatmaq 

yolunda vasitə kimi də ondan istifadə yolverilməzdir). İnqilab 

cəngavərinin – "Dəmir Feliksin" romantik haləyə bürünmüş 

xofu zaman keçdikcə eybəcərləşir, təbii  şəkildə Yejov-Beriya 

kimilərin vulqar, heyvərə, iyrənc, eyni zamanda isə  şəxsi 

tamahının  əsiri olan əməllərinə çevrilir. Dzerjinskini istənilən 

sifətdə  təsəvvür etmək olar, ancaq sənədli sübutlar aşkara 

çıxarıldığı halda belə mən, onun üçün qadın təşkil edən hansısa 

aradüzəldəni (necə ki, Beriyanın şəxsi yavəri Sərkisyan edirdi) 

olduğunu təsəvvür edə bilmərəm. (M.C.Bağırova qarşı sürülən 

ittihamlardan biri də onun Beriya ilə dostluğu idi. Bəli, Bağırov 

Beriyanın sədaqətli dostu, hətta onun törətdiyi bir çox qanlı 

cinayətlərin iştirakçısı idi, ancaq Beriyanın oğraşı o yox, 

Sərkisyan idi). 

*** 

İctimai quruluşun təkmilləşdirilməsi uğrunda start götürən 

hadisələr və onun kifayət qədər radikal bəlirtiləri – inqilabi 

təmizləmələr, yaxud bu evfemizmin arxasında duran 

milyonlarla insanın qətlə yetirilməsi – tarixdə analogiyası 

olmayan alçaqlıq və çirkabda təcəssüm edirdi. 




 535 

*** 

Qeyri-əxlaqi durum, təkcə  mənəviyyatsız prinsiplər yox, 

həm də tamamilə başqa "dəyərləri" təsdiq edən, şüurla işlənib 

hazırlanan antihumanist prinsiplər insanlığın min illər boyu 

yaratdığı xeyir və şər anlayışını ayaqlar altına saldı. Belə çıxır 

ki, hansısa mücərrəd sinfi məqsəd, yaxud sinfi həmrəylik 

naminə Manu və ya Hammurapidan başlamış, Roma 

hüququndan tutmuş bu günlərə qədər, istinasız olaraq ən böyük 

dünya dinlərinin Şər saydığı satqınlıq, alçaqlıq, xəyanət, yalan 

və s. kimi hərəkətlərə yol vermək mümkündür. 

Xatirimdədir, Bakıda xeyrat məclisində artıq yaşlaşmış 

çekistlərdən biri danışırdı ki, Azərbaycanda 20-ci ilin aprel 

ayından sonra onun ən yaxın dostu qaçaq kimi dağlara 

çəkilibmiş. Həmin dövrdə onu tutmaq, başçılıq etdiyi dəstəni 

dağıtmaq bir elə asan deyildi. Bu iş  həmin sözləri danışan 

adama tapşırılmışdı. Bu adam dostunun yanına gedərək əsl kişi 

sözü, dost sözü ilə onu dağlardan düşürdü, ona tam 

təhlükəsizlik zəmanəti verərək hökumət orqanlarına tabe olmaq 

üçün dilə gətirdi. "Bəli, zaman o zaman idi" – ÇK veteranı öz 

sözlərini bitirdi və çaydan bir qurtum aldı. Mənim üçün ən 

qəribə hadisə o idi ki, bu adama öz əhvalatını bitirmək, sona 

qədər danışmaq lazım deyildi, görünür, məclisdəkilərin hamısı 

üçün bu əhvalatın sonluğu məlum idi. Bircə, deyəsən, mən 

məsələnin sonluğunu başa düşməmişdim. Soruşdum: "Bəs bu 

qaçağın başına nə  gətirildi?". "Necə  yəni nə? – yaşlı çekist, 

sözün əsl mənasında, təəccübləndi – güllələdik, getdi".  

Bir daha təkrar edirəm, ən dəhşətlisi odur ki, üstündən 60 il 

ötməsinə baxmayaraq, bu adamda elədiyi hərəkət barədə bu 

hərəkətin yüzdə-yüz açıq alçaqlıq olması barədə zərrə qədər də 

şübhə yaranmamışdı. "Hər  şey inqilab naminə edilirdi", 

görünür, bu adam uzun ömrü boyu düşünüb-düşünüb heç nə 

anlaya bilməmişdi. Biz isə, bu gün cəmiyyətimizin dərin-dərin 

köklərinə sirayət edən yalanı, ikiüzlülüyü görəndə 

təəccüblənirik, gənc nəslin heç bir səbəbi olmayan sinizmini, 




 536 

digər nəsillərin də nifrət və  qəzəb hissindən yoğrulduğunu 

görəndə, az qalır gözlərimiz hədəqəsindən çıxsın. Həmin 

cəmiyyətin sinfi "əxlaqı" məhz bu əsaslar üzərində – yalan və 

satqınlıq, amansızlıq və  xəyanət, çuğulçuluq və alçaqlıq 

üzərində qurulmuşdu. Qisasçılıq,  şübhəgirlik, vəhşət, 

amansızlıq kimi keyfiyyətlər elə zəruri tərkib hissələri idilər ki, 

Stalin və onun əlaltıları, bu "qandan xörək bişirən aşbazlar" bir 

çox nəsillər üçün qida məhsulları hazırlayırdılar. Təbii ki, bu 

əxlaqı qəbul edə bilməyən şəxslər üçün yeganə vasitə bu işdə 

iştirak etməmək, sükut, çox zaman uğursuz olsa da, 

gerçəklikdən qaçmaq, öz daxili qürbətinə  çəkilmək, gözdən-

könüldən uzaq olmağa çalışmaq, başqa sözlə desək, 

unudulmaqda xoşbəxtliyi bulmaq idi. 



*** 

Trotski və Stalin mövzusuna qayıdaraq, onların birinin 

digərindən fərqini anlamağa çalışanda düşünürəm ki, birincisi 

həmin kor ehtirası – cəmiyyətdən narazılığı və bununla da onun 

içində ilan kimi yatan intiqamı ifadə edirdi, bu ifadədə cavan, 

hələ kamala çatmamış şəxsin emosional cəhətləri qabarıq ifadə 

olunurdu (baxmayaraq ki, Trotski oxumuş  və ayıq-sayıq 

siyasətçi idi). O, bütün gizlin ehtiraslarını üzə  çıxarmışdı. 

Stalində isə həmin emosional hiddətin əsər-əlaməti də yox idi 

(bəlkə onun kindən başqa, ümumiyyətlə, heç bir emosiyası yox 

imiş. Stalinin içindəki  əsl və yalançı incikliklərdən qidalanan 

və içini yandırıb yaxan bu kin ətrafı da qarsıyırdı), yaxud onun 

emosiyası o dərəcədə  dərinlərdə gizlənmişdi ki, bunların 

varlığından heç özünün də  xəbəri yox idi. Bunun əvəzində, 

emosional ehtirasın çölə püskürməsi ilə birlikdə  (əsl Qafqaz 

temperamentinə  məxsus üslubda) ölçülü-biçili, ardıcıl, uzaq 

tarixi perspektivə hesablanmış, öz iradəsinə tabeetmə sistemi, 

əzmə, zülmetmə mexanizmi var idi. Zülm birdəfəyə 

qurtarmırdı, hissə-hissə, etapla icra edilirdi: son məqsədə 

çatmaq naminə. 



*** 


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə