Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə163/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   159   160   161   162   163   164   165   166   ...   219

 543 

işləyirdi, onu hərəkətə  gətirən Stalin idi. Poskerbışevin 

arvadını, onun icazəsi olmadan həbs edə bilərdilərmi? 

Poskerbışevin arvadı həbs edildikdən sonra Stalin demişdi: "Bu 

nədi belə,  qaş-qabağın yernən gedir, sənə başqa arvad taparıq" 

–  bu sözləri Xruşşovun memuarlarından Stalindən gətirdiyi 

başqa bir cümlə ilə tutuşdurmaq olar. Stalin çoxdan nifrət 

bəslədiyi, narazı qaldığı  və görəndə  əsəbiləşdiyi Krupskaya 

haqqında, Nikita Sergeyeviçin şəhadətinə görə, bir dəfə belə 

deyib: "Axı kim deyib ki, Leninin dul arvadıdır? Biz Leninə  

başqa dul taparıq". Bu cümlə Qoqol qələminə layiq sözlərdir. 

Amma Qoqolun da ağlına belə bir şey gələ bilərdimi? Və  əsl 

həqiqətdə Leninin ölümündən 6-7 il keçəndən sonra  Nadejda 

Konstantinovnanın  əvəzinə Stasovanı, ya da Zemlyaniçkanı 

onun dul arvadı elan etmək istəyirdilər. Yeri gəlmişkən, 

Leninin dəhşətli (güllələmək, öldürmək, asmaq), yaxud sırf işlə 

bağlı sərəncamlarının içində belə bir incə qeyd - sual da vardır: 

"Mossovetin adından  İnessa Armandın qəbrinin üzərinə gül 

dəstəsi qoymaq olarmı?" Görünür, məşuqəsinin məzarına öz 

hesabına pul qoymağa xəsislik edib. 



*** 

Beləliklə, Stalinin qadınlara və dul arvadlara münasibətinə 

qayıdaraq demək olar ki, onun ölçüsündən yanaşdıqda, təkcə 

arvadların yox, həm də dul arvadların dəyiş-düyüş edilməsi çox 

normal bir hadisədir. Bu, belə demək olarsa, Stalinin insanlara

onların hisslərinə, həyati seçimlərinə  və talelərinə sayqısız 

münasibətinin kvintessensiyası idi. Bu kvintessensiya Stalinin 

dünyaya antiəxlaqi münasibətinin düsturuna çevrilmişdi: 

insanlar vintciklərdir, arvad, dul arvad, uşaqlar - vaxtaşırı 

olaraq dəyişdirilə bilən vintciklərdən başqa bir şey deyildir. 



*** 

Stalinin riyakarlığı  həm də ondadır ki, ağıllı adam kimi 

(şübhəsiz ki, o, ağıllı adam idi) hərəkətlərindən xəbəri olmamış 

deyildi. O, necə inana bilərdi, yaxud özünü inandıra bilərdi ki, 

Buxarin Lenini öldürmək istəyirmiş, yaxud Qorkini öldürüb. 



 544 

Yaxud Kirovun ölümünü təşkil edib. O, bilirdi ki, əvvəl-axır 

tarix bu prosesin əsl mahiyyətini üzə çıxaracaq (amma günü bu 

gün də  həmin o Tsəmimi etiraflarınU sirri və  səbəbi 

açılmayıbdır, görünür, Stalin bu mənada, doğrudan da, 

uzaqgörən imiş). Ancaq bütün bunlara baxmayaraq, ölümdən 

sonra şüurlu, yaxud qeyri-şüuri cinayətləri üçün mənəvi bəraət 

barədə düşünən Stalin nəsillər qarşısında özünü safa çıxarmağa 

cəhd göstərərək, xüsusən qocalıq illərində özünün imicini – 

humanist, xeyirxah, qayğıkeş  rəhbər, böyük Sovet ailəsinin 

atası imicini yaratmaqla məşğul idi. Bu gün biz onun 

cinayətləri haqqında müəyyən məlumatlara malik olduğumuza 

görə onun uşaqlarla çəkdirdiyi  şəkillər bizdə  dəhşətli ikrah 

hissi oyadır. Bu şəkillərin birində Stalin atasını öldürdüyü qızı 

qucaqlayıb. Totalitar dövlətdə tiran onunla əlbir olan şəxslər 

üçün modelə çevrilir. Yejov – qanlı Stalin cəlladı öz əli ilə 

öldürdüyü Tomskinin oğluna məhəbbət izhar edir. Beynəlxalq 

müsabiqədə qalib gələn skripkaçıya böyük məbləğdə pul 

mükafatı verilir və Stalin bu zaman zarafatından qalmır – sən 

əsl varlı adama çevrildin, küçədə görsən məni tanımazsan, heç 

salam da verməzsən – deyir. Ətrafdakı adamlar gülməkdən az 

qalır tumanlarını batırsınlar: gör bu adam necə sadə, geniş 

ürəkli insandır ki, uşaqlarla belə zarafatlar eləyir. 

*** 

Bax, Stalin mifi də  həmin bu portret cizgiləri və 

əhvalatlardan hörülmüşdür - bu, XX əsrin ən böyük mifidir. Bu 

dərindən-dərinə yalanla süstlənən mifdə  ən qorxulu şey odur 

ki, o, günü bu gün də yaşarıdır. O, bu qeydlərin  əvvəlində 

mənim xatırlatdığım anlayışa – mənfi yapışıqlığa – Stalin 

xarizmasının özülünə uyğun gəlir. Çoxları üçün sirri-xudadır 

ki, insan necə bu dərəcədə amansız, təsəvvür olunmayan 

dərəcədə qana susayan, insan əzablarından doymayan şəxsə 

çevrilə bilər. Ancaq tapmaca deyilmi ki, bu gün hamısı olmasa 

da, Stalinin cinayətlərinin çoxu açılsa belə, milyonlarla 

insanların qətlə yetirilməsində onun şəxsi günahı sübut olunsa 




 545 

belə, bir çox insanlar üçün Stalin şəxsiyyət kimi öz parlaqlığını 

saxlamışdır,  əvvəllər olduğu kimi, yenə  də onların kumiridir. 

Məsələ  təkcə qoca təqaüdçülərin öz gənclik illərinə  bəslədiyi 

nostaljidə deyildir. Məsələ demokratiya qarşısında özünü itirən 

insanların dəmir ələ ehtiyac duymalarında da deyildir. Məsələ 

heç də qul psixologiyasında, azad mənəvi seçim etməkdən, 

müstəqillikdən qorxan, yuxarıdan necə yaşamaq, duymaq, 

sevmək və nifrət etmək, nədən danışmaq və susmaq barədə 

göstərişlər gözləyən insanların psixologiyasında da deyildir. 

Məsələ ondadır ki, Stalinin törətdiyi cinayətlərin açılması onun 

şəxsi mənfi yapışıqlığını zərrə qədər də azaltmamışdır. 



*** 

Bu mənfi yapışıqlıq hələ də işindədir, onun şəxsiyyəti, sifəti, 

sarımtıl bığları  və sarımtıl kinli gözləri haqqında nə  qədər 

yazılsa da, bir çoxları üçün o, yenə də xeyirxah, kövrək ürəkli 

qoca, mavzoleyin tribunasında sarışın qız uşağını 

qucaqlayaraq, ona heyran kəsilən və onun heyran kəsildiyi 

xalqı salamlayan bir insandır. 

*** 

Bəli, Stalin, heç şübhəsiz ki, tarixdə ən uzunölümlü tirandır. 

1953-cü ilin mart ayının  əvvəlində onun xəstəliyi haqqında 

rəsmi xəbər yayılanda, hamı güman edirdi ki, günləri sanılıdır. 

Və bu qədər həyəcanlı gözləmələrdən sonra martın 5-də elan 

edildi ki, o, ölmüşdür. Ancaq ölümündən sonra da canlıların 

bədəninə vicvicə salan qorxu gücünə Stalin uzun müddət canlı 

olaraq qaldı. Onun canlı surətini  əbədi hifz etmək üçün 

bədənini balzamlayıb Leninlə yanaşı uzatdılar. Xruşşovun 

Stalini ifşasından sonra onu mavzoleydən kürüyüb atdılarsa da, 

o, təkcə XX deyil, XXII qurultaya qədər də yaşadı. O, bundan 

sonrakı bir çox qurultaylarda da sağ idi. O, Xruşşovu devirərək 

hakimiyyətə Brejnevi gətirdi və Brejnev onun soyadını dilinə 

gətirəndə, yüksək partiya - dövlət xadimləri ilə  ağzına qədər 

dolmuş Qurultaylar Sarayı alqışlardan lərzəyə  gəldi. O, 

bugünkü döyüşlərdə  də sağdır və S.Alliluyeva doğru demişdi 




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə