Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə171/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   167   168   169   170   171   172   173   174   ...   219

 567 

İdeologiyalar çox zaman iqtisadi sistemdən daha 

uzunömürlü olur. Elm və texnikanın inkişafı ilə bərabər şəkildə 

təşəkkül tapan iqtisadi və siyasi sistemlər nəticədə konkret 

dünyəvi və dini doktrinaların əsirinə çevrilirlər (yeri gəlmişkən, 

dünyəvi ideologiyalar da müəyyən mənada dini çalardan 

məhrum deyillər). 

İdeologiya elə bir borcdur ki, cəmiyyət bunu özünün tarixi 

inkişafı boyu ödəməlidir. Nəyə görə? Görünür ona görə ki, 

mədəniyyət, incəsənət,  əxlaq,  ənənə, mənəvi davranış 

kodeksləri ilə ətə-qana dolan ideologiya insanların təfəkkürünə

onların məişətinə  dərindən-dərin nüfuz edir və  nəticədə  həyat 

normasına və yaşayış formasına çevrilir. Təsadüfi deyil ki, 

ideologiyanın yerindən laxlaması kütlə  tərəfindən kataklizm, 

ümumən, həyatın, dünyanın dağılması kimi qavranılır. Elə 

buna görə  də, deyək ki, ərəb və ya digər müsəlman ölkələri 

özlərinin daha uzaqgörən siyasi xadimlərinin  şəxsində islam 

fəlsəfəsinin doğruluğuna və bu ənənənin konseptuallığına iman 

gətirməyə  məcburdurlar. Yuxarıda adı xatırlanan həmin o 

uzaqgörən siyasi xadimlər anlayırdılar ki, bu dəyərlərə ifrat 

dərəcədə iman gətirilməsi müasir elmi-texniki təkamüllə 

ziddiyyət təşkil edir, bir çox hallarda isə onun inkişafını 

dayandırır. Bir çox dünyəvi ideologiyaların aqibəti elə belə də 

olur. 


 

70-ci illər 

 

 

*** 

Bu hissədə mən yenə də Ezop dilinə müraciət etməli oldum. 

Giriş hissəsində total ideologiya haqqında söhbət saldıqdan 

sonra elmi-texniki tərəqqiyə mane olan doktrinalar haqqında 

tezisimi  əsaslandırmaq üçün söhbəti  ərəb ölkələrinə keçirtdim 

(burada elə bir saxtakarlıq görmürəm, bir çox ərəb ölkələrində 

absurd səviyyəsinə çatdırılan dini doqmalar, sözün əsl 



 568 

mənasında, müasir təkamülə  əngəl törədir). Bu passajdan 

sonra, bir çox dünyəvi ideologiyalara istinad edərək mən, 

əlbəttə ki, üzümü ilk növbədə Avropa, Asiya, Afrika və  hətta 

Latın Amerikası  məkanında hökmranlıq edən kommunist 

ideologiyasına tuturam). – Sonraların haşiyəsi. 



*** 

Ləyaqət hissi – ləyaqətsizliyi  şirnikdirən bir çox tələlərdən 

qurtulmaqdır. Mən özlərini məğrur göstərən insanlar tanıyıram 

ki, hansısa real rütbənin, vəzifənin, yaxud hansısa gəlirin əldə 

edilməsi naminə bu məğrurluqdan və ləyaqətdən imtina etmək 

zərurəti yarananda çox asanlıqla adına məğrurluq, ləyaqət 

deyilən hisslərin üstündən xətt çəkir, həmin qiymətli şeyləri – 

rütbəni, gəliri…  əldə etdikdən sonra isə yenə  də maskalarını 

taxırlar. Və necə olsa da, bizim dövrün təfəkkür və  əxlaqını 

dəqiq ifadə edən "kasıb və xəstə olmaqdansa, sağlam və varlı 

olmaq yaxşıdır" ifadəsini mən belə işlədərdim: "kasıb və mərd 

olmaq daha yaxşıdır". 



*** 

Yer üzündə mövcud olan peşələrdən Tanrıya ən yaxın olanı, 

mənim fikrimcə, sənətkar-yaradıcının  əməyidir. Tanrı – 

yaradıcıdır, din xadimləri olsa-olsa, Tanrının  şərhçiləridir. 

Dövlət xadimləri, sərkərdələr, istilaçılar dünyanı, bəli, onların 

yaratmadığı dünyanı ya özlərinəməxsus şəkildə sahmana salır, 

ya həzm-rabedən keçirirlər. Kəndli Tanrı-təbiətin ona verdiyi 

torpağı (dövlət onun əlindən almayıbsa)  əkib-becərir. Fəhlə 

Tanrının düzüb-qoşduğu elementlərdən nəsə tikir,  yaradır. 

Həkim insanları Tanrının göndərdiyi bədbəxtlikdən qurtarır, 

müəllim dərs deyir, hakim hökm çıxarır. Yalnız sənətkar 

Tanrıya oxşadığı üçün öz dünyasını yaradır və bu dünyanın 

bütövlüyü də, rəngarəngliyi, çoxölçülülüyü, digər başqa 

xüsusiyyətləri də artıq sənətkarın istedadının ölçüsündən 

asılıdır. Özünüz baxın, məgər Homerin, Firdovsinin, 

Tolstoyun, Balzakın yaratdığı epik dünya bütöv bir aləm 

deyilmi? Dostoyevskinin, Rembrantın yaratdıqları dünya dərin 



 569 

deyilmi,  Şeksprin, Bethovenin yaratdıqları ehtiraslar dünyası, 

Rablenin, Servantesin, Qoqolun şişirdilmiş dünyaları, 

Dantenin, Mikelancelonun yaratdıqları fantastik dünya, 

Bosxun, Kafkanın, Dalinin sürrealist dünyası, Pikasso və 

Şostakoviçin deformasiyaya uğramış dünyası, Nizami, Füzuli, 

Bayron, Lermontov, Şopenin romantik dünyası, Puşkinin, 

Motsartın, Çexovun şəffaf və  təmiz dünyası, xokku və 

tankaların dünyası, Li Bonun, impressionistlərin xəfif dumana 

bürünmüş dünyası… Bizim real dünyamızdan geri qalmayan 

rəngarəng bir dünya... 

*** 

Sovet normativ estetikası  sənətkarın yaradıcılığını, 

yaradıcılıq prosesinin özünü, yazıçılar, rəssamlar, bəstəkarlar

kinorejissor və aktyorları sənət predmetinə çevirmək hüququnu 

inkar edirdi. Bunlar sosialist realizminin marginal sferasına aid 

edilirdi. Halbuki, dünya sənətində bu mövzular mühüm yer 

tutur. Kino sənətinin  ən böyük əsərlərindən biri Fellinini T8 

1/2U filmi sənətkarın gücsüzlüyünə  həsr olunmuş güclü 

örnəkdir. Fellini də, ona qədər Çaplin də  dəfə-dəfə sirk 

mövzusuna müraciət etmişdilər. XX əsrin dahiyanə 

romanlarından biri, bəstəkarın həyatına həsr edilmiş "Doktor 

Faust" romanını, darıxdırıcı olsa da, monumental "Jan Kristof" 

romanını yada salaq. "Usta və MarqaritaUnın qəhrəmanı 

yazıçıdır. Yeri gəlmişkən, Bulqakovun Sovet ədəbiyyatında 

çıxdaş olmasının səbəblərindən bəlkə elə birisi də budur. 

Yazıçılar və rəssamlar haqqında bir çox şah əsərlər mövcuddur. 

Yalnız Sovet tənqidi onları ədəbi prosesin kənarına tullamışdı, 

mərkəzdə isə  təkcə "Sakit Don" yox, "Sementlər", 

"Hidrosentral", "Qara metallurgiya" da dururdu, mən hələ 

"Qızıl ulduz kavalerlərini" demirəm. Və bütün bunlar sonradan 

əmək və  həyat qəhrəmanlarına çevrilən səfillərdən ustacasına 

yazmağı bacaran Qorkinin xeyir-duası ilə edilirdi: ona elə 

gəlirdi, yerdə qalan yazıçılar da onun kimi yazmalıdırlar. 

*** 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə