Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə169/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   165   166   167   168   169   170   171   172   ...   219

 561 

sərhədlərinə yaxınlaşdığı Qafqazlarda da baş verə bilər". Bu 

fikrə islam dünyasının özünün baxış bucağından nəzər 

yetirməli olsaq necə? Axı, islam dünyası üçün ən böyük 

təhlükə, məhz Rusiyanın onun sərhədlərinə yaxınlaşmasıyla 

əlaqədardır. Son iki əsrin hadisələrini necə unutmaq olar: 

Rusiya-İran, Rusiya-Türkiyə, Qafqaz müharibələri, biz hələ 

Əfqanıstanda və Çeçenistanda aparılan müharibələri demirik. 



*** 

İspaniyada  şəhəri xristian ordularına verməli olan ərəb 

sərkərdəsi ən uca bir yerdə durub əlindən çıxan şəhərə baxaraq 

ağlayırmış. Anası ona deyib: "Kişi kimi əlində saxlaya 

bilmədiyin şeyə görə arvad kimi ağlama". 

*** 

İnqilab qələbə çalanda, inqilabçılar  ən pis hökmdarlara 

çevrilirlər – onlar dözümsüz və amansız olurlar. Alçaltmalar, 

təqiblər, əzab və  məşəqqətlər, saysız-hesabsız məhrumiyyətlər 

onların təbiətində ifrat aqressivlik və qisasçılıq duyğuları 

oyadır, onların ürəyində haqq-ədalətə bir damcı da yer qalmır. 

Onlara işgəncə verən rəqiblərinə  bəslədikləri nifrəti bütün 

dünyanın üstünə yağdırırlar. 

İncəsənət sahəsində heç bir uğura yiyələnməyən 

qrafomanlar siyasət sahəsində  ən qərəzli insanlara çevrilirlər, 

onlar özlərinin doydurulmayan şöhrətpərəstlik azarlarının 

əvəzini hər  şeydən öncə incəsənət xadimlərindən, ümumən 

ziyalılardan çıxmağa cəhd göstərirlər. 

*** 

Deyəsən, Brext söyləyib ki: "Qəhrəmanları olmayan 

cəmiyyət bədbəxtdir, qəhrəmana ehtiyacı olan cəmiyyət 

bundan da bədbəxtdir". Doğru fikirdir. Hər hansı normal 

cəmiyyət qəhrəmanlardan və satqınlardan yox, adi, normal 

insanlardan ibarət olur. Hər bir xalqın içində  qəhrəman da

satqın da, xain də,  əclaf da az deyil, ancaq əksər etibarilə 

normal insanlardır. Sistem yalançılar, xainlər, rüşvətxorlar və s. 

bu kimi nadürüstlər üçün şərait yaradanda mənəvi mühitdəki 



 562 

balans pozulur, normal insanların bir hissəsi buna davam 

gətirməyərək  Şərin tərəfinə keçir, yaxud qaçılmaz 

qütbləşmənin səbəbinə qurbanlıq qoyuna çevrilirlər. Qurbanlıq 

qoyuna çevrilən bu insanları sonra qəhrəman kimi öyürlər, 

ancaq həmin insanlar sadəcə öz həyatlarını yaşamaq istəyən 

normal insanlar idi. Lilian Helmanın kitabının adı xoşuma 

gəlir: "Əclafların zamanı". Bəli,  əclafların zamanında adi 

insanın qəhrəmana çevrilməsinə bircə addım qalır.  

*** 

Hal-hazırda, yenidənqurma və 

aşkarlıq dövründə 

"Səlahiyyətli orqanların ünvanına" göndərilən gizli donoslar – 

hansısa subyektin antidövlət, antikommunist və antisovet 

fəaliyyətindən bəhs edən donoslar indi yeni dövrün antixalq, 

antimillət və antidini ittihamlar verən donoslar ilə əvəz edilib. 

Bu kimi donoslar mitinqlərdə, yığıncaqlarda, efirdə, qəzet 

səhifələrində səsləndirilir. 

Aşkarlığın daha bir uğuru budur ki, gizli donosların yerini 

aşkar donoslar tutub. 

 

*** 

Canilərin mərhəməti sayəsində  şükürlər olsun ki, hələ  də 

sağıq. Sağ olsunlar ki, bizi soymağa, üstümüzdəkiləri 

oğurlamağa və öldürməyə vaxt və fürsət tapmayıblar. Axı 

asayiş qoruyucularından müdafiə  mənasında hansısa köməyi 

ummaq yersizdir – maşınını oğurlasınlar, səni oğurlayıb sonra 

da öldürsünlər – bundan sonra nə maşının qayıtmasına, nə  də 

caninin tapılaraq cəzasına çatmasına ümid yeri yoxdur. 

Oğurladılar, öldürdülər – nə olsun ki. Ümid yalnız canilərin 

mərhəmətinədir, bir də  qəzavü-qədərə – əcəlin çatıbsa, 

öləcəksən. 



*** 

Napoleon boyca ondan hündür olan nazirlərindən birinə 

(deyəsən, Taleyrana) demişdi: "Sən məndən hündür olsan da, 

cəllad başını  kəsən kimi bizim aramızdakı  fərq ortadan 




 563 

götürüləcək". Bizim günlərin siyasətçiləri və ədəbi "cırtdanları" 

səviyyəcə Napoleondan çox-çox aşağı olsalar da, orta həddən 

hündür olan insanları sözün həm həqiqi, həm də  məcazi 

mənasında xoşlamırlar, özlərindən ağıl, intellekt, bacarıq, 

məşhurluq, hətta elementar abır baxımından üstün olan 

şəxslərin başını kəsməyə hazırdırlar; təkcə ona görə ki, ətrafda 

olanların hamısından uca dursunlar. 



*** 

Hər hansı bir şəxsə qarşı alçaqlığa haqq qazandırmaq olmaz 

ki, bu adam sənə daha böyük pisliklər etmişdir. Alçaqlıq elə 

alçaqlıqdır, bunun müvafiq səbəb və motivlərə heç bir dəxli 

yoxdur. 

*** 

Ölüm də mühacirətdir, öz mahiyyəti, aqibəti və  nəticəsi 

etibarilə ən dəhşətli mühacirətdir. Söhbət intihardan gedirsə, bu 

könüllü mühacirətdir, ölümün səbəbi edamdırsa, avtomobil 

qəzası, xəstəlik və qocalıqdırsa, bu məcburi mühacirətdir. 

*** 

Dünyada mövcudluğumun faciədən yoğrulmuş mahiyyəti 

onunla şərtlənir ki, qaynar təbiətim baş verən hadisələrə laqeyd 

qalmağa imkan vermir, hadisələrin fəal iştirakçısı olmağa isə 

soyuq ağlım qoymur. 

*** 

Yeganə müəllif Allahdır. Həyat adlı kitabın müəllifi. Biz isə 

bu kitabın oxucularıyıq. Oxuduqlarımızı bir-birimizə danışırıq.  

*** 

Berdyayevin "Bərabərsizliyin fəlsəfəsi"  əsərini oxuyuram. 

Bir  şəxsiyyət kimi o, məni məyus etsə  də, bir filosof kimi 

özünə qarşı hörmət yaradır, buna da səbəb odur ki, digər 

filosoflara baxanda bu adamın  əsərlərinin dili sadə  və 

anlaşıqlıdır. Onun antisosialist, daha doğrusu, antikommunist 

baxışlarını, həyata sinfi yanaşmanı  qəbul etməməsini 

bölüşürəm, fikirlərindən boyaboy görsənən dini-mistik 

düşüncələrinə laqeydəm, ancaq onun son dərəcə millətçi, 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə