Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə170/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   166   167   168   169   170   171   172   173   ...   219

 564 

şovinist, irqçi və Rusiyada yaşayan xalqlara münasibətdə 

göstərdiyi müstəmləkəçi baxışlarını  rədd edirəm. Ümumən, 

həm insanlara, həm də xalqlara aid edilən bərabərsizlik ideyası 

mənə yaddır. Bayağı beynəlmiləlçilikdən bıqsaq da, bu daha 

pisdir. Haqq-ədalətin lap son məqamına vaqif olmaq iddiası da 

vaxtilə  İsanın qınadığı  təşəxxüs deyilmi? (Müəllif yeri gəldi-

gəlmədi  İsanın adından istifadə etsə  də). Heç zaman təsəvvür 

eləməzdim ki, Qərb sivilizasiyasının zəkalarından biri 

(dünyadan xəbərsiz olmağımızın aqibəti budur) belə 

antidemokrat, monarxist, şovinist və  təkəbbürlü olarmış. Biz 

isə, Jirinovskiyə  təəccüblənirik. Berdyayev Jirinovskinin 

birbaşa sələfidir, halbuki, o, bundan xəbər tutsaydı, 

təəccüblənərdi, necə ki, Nitşe öz ideyalarının Hitlerin 

interpretasiyasında belə yozulmasının  şahidi olsaydı, dəli 

olardı. Biz azərbaycanlıların coğrafi qonşular baxımından bəxti 

UyamanU gətirib. Kimsə  xəyallarında dənizlərdən-dənizlərə 

uzatdığı ölkəsi haqqında sayıqlayır, başqa birisi ölkəsi real 

olaraq dənizlərdən-dənizlərə yox, okeandan-okeana qədər 

uzansa da, özgəsinin bir qarış torpağına da tamah salır. Burada, 

şübhəsiz ki, xalqlar - qonşular yox, onların ideoloqları, düşüncə 

sahibləri və ziyalıları, yəni xalqın düşünən başı nəzərdə tutulur. 

Belə deyək, Çaadayevdən, Slavyanofillərdən tutmuş 

Berdyayevə  qədər, Soljenitsinə  qədər. Hətta Leninin xalqların 

TbərabərliyiU haqqında ikiüzlü ideyasında da bir belə 

həyasızlıq yoxdur. 



*** 

"Nezavisimaya qazetaUda (28 aprel, 1994) Kremlin Georgi 

zalında ictimai sazişin imzalanması haqqında məlumat 

verilmişdi. Altında "Vladimir Jirinovski onun adını daşıyan 

Vodkanı prezidentə aparır" sözləri yazılmış  şəkil də vardi. 

Sonra mətn gəlir: "Müqaviləyə imza atmağa söz verən 

Vladimir Jirinovski mərasimə bir saat qalmış Kremlə  gəlir və 

digər imza atan şəxslərdən fərqli olaraq əli dolu gəlir. O, əlində 

iki  şüşə "Jirinovski" vodkasını tutmuşdu. Bəyan edir ki, rus 



 565 

qaydasınca bunları prezident və baş nazir üçün gətirib". Üç il 

bundan qabaq mən "Literaturnaya qazetaUda çap edilən 

məqaləmdə belə bir sual vermişdim: "Cənab Jirinovski Boris 

Nikolayeviçin sağlığına badə qaldıracaqmı?" Bu da cavabı. 

*** 

Franko  İspaniyası. 30 il idi ki, İspaniyanın üzərinə gecə 

zülməti çökmüşdü və bu radio diktorunun sözləri ilə elan 

edilmışdı: "Bütün İspaniyanın səması buludsuzdur". Bir günlük 

böcəyə elə  gəlir ki, həmişə gündüzdür (yaxud gecədir), çünki 

gündüz doğulan böcək gecə düşməmiş ölür. Yaxud əksinə. 

Diktatura rejimində doğulan və böyüyən nəsil digər mövcudluq 

formasını təsəvvürünə gətirmir. Ona elə gəlir ki, bu elə həyatın 

normal axınıdır. Franko epoxasında böyüyən bir çox uşaqlar, 

gələcək məşhur yazıçılar, məsələn, Qoytisolo, Matute digər 

dünyanın mövcudluğundan xəbərdar idilər. Ümumən bu, yer 

üzündə doğulan, ancaq ürəyinin dərinliyində "heç ola bilməz 

ki, biz  kainatda tək olaq", – deyə düşünən bütün insanlara xas 

bir duyğudur.  



*** 

Elm və incəsənət… Elm – krossvordun doldurulmasıdırsa, 

incəsənət ilahidən azad olan, hansısa qəfəs və  məhdudiyyət 

tanımayan buxovsuz sözdür. 

Krossvord söz qandalıdır, hərflərin təkadamlı kamerasıdır. 

Elmdə  təbiətin proqramlaşdırdığı qanunlar mövcuddur, onları 

açmaq və krossvordun xanalarını doldurmaq lazımdır. Elmdə 

elə bir ixtira yoxdur ki, əvvəl-axır açılmamış olsun. 

İncəsənətdə  hətta  ən dahiyanə  sənət  əsərləri belə yaranmaya 

bilərdi. Nyutonun qanunu kəşf olunmasaydı, elm bugünkü 

səviyyəsinə yetişərək bir belə inkişaf edə bilməzdi.  İncəsənət 

hətta  Şekspir olmasaydı belə, yaşayıb inkişaf edərdi. Düzdür, 

bu halda o, müəyyən mənada kasıblaşardı, ancaq bu, tamam 

başqa mövzunun problemidir. 



*** 

Kitelin hər bir düyməsini, yaxud çəkmənin qırışlarını belə 




 566 

təsvir edən naturalist heykəltaraşlıq mənə heykəltaraşın yox, 

daha çox daş, mərmər, qranit və bürüncdən nəsə tikən dərzinin, 

yaxud çəkməçinin işini xatırladır. 



*** 

Hər hansı ideologiyanın (kommunist, islam, yaxud 

pantürkist) təqdimində millətlərin qovuşması, yaxud vahid dil 

haqqında söhbətlər (qeyri-real olduğu üçün təhlükəsi azdır) 

kiməsə uzaq perspektivdə cəlbedici görünə bilər. Necə deyim, 

Vavilon qiyamətinə qədərki dünya haqqında arzulara bənzəyir. 

Ancaq müasirliyin konkret kontekstində bu fikirlər vaxtaşırı 

olaraq dominant bir millət tərəfindən digər xırda xalqların 

əzilməsi formuluna müncər edilir. Əsas dini xadimlər – 

iranlılar ümumislam birliyi şüarı altında bu istiqamətdə  iş 

görməyə can atırlar, ancaq son nəticədə belə bir ümumislam 

birliyi fars dili və  mədəniyyətinin bütün digər qeyri-farsların 

üzərində hakim kəsilməsi kimi anlaşılır. Eynilə bir zamanlar 

Sovet xalqının gələcək dili haqqında söz düşəndə heç kəsin 

ağlına gəlmirdi ki, məsələn, ümumi dil kimi udmurt dili 

götürülə bilər, yaxud ən azı belə bir dil rus, ukrain, altay, yaxud 

digər dillərin bərabər  şəkildə  iştirakı ilə formalaşdırıla bilər. 

Yox, əlbəttə ki, bu məsələdə aydın şəkildə əvvəlcədən nəzərdə 

tutulurdu ki, yerdə qalan bütün dillər məhv olub gedəcək, 

ortada bircə rus dili qalacaq. Şübhəsiz ki, SSRİ  məkanında. 

(80-ci illərdə bu sözləri qələmə alarkən, mən təsəvvür etmirdim 

ki, yeni dövrün, türk intibahının gəlişi ilə daha bir məsələ ilə – 

Azərbaycan-türk dilinin hansısa ümumtürk dili ilə əvəzlənməsi 

məsələsi ilə üzləşəcəyik. Aydındır ki, bu dil İstambul-türk 

dilinin, deyək ki, yakut, yaxud tuvalıların dili ilə 

calanmasından ibarət olan bir dil kimi yox, məhz İtambul-türk 

dili kimi təsəvvür edilir. Axı bizə  ən yaxın olan Türkiyə 

türkləri belə Azərbaycan-türk dilindən bircə  kəlmə  qəbul 

etmirlər. Bizim türkcəmizdəki "açar" sözü nə qədər uğurlu olsa 

da, yenə yunan mənşəli "anaxtar" sözünü işlədirlər). 



*** 


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə