Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə172/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   168   169   170   171   172   173   174   175   ...   219

 570 

Günəş dünyanın rəssamıdır. Günün müxtəlif vaxtlarında o, 

doğmasıyla, saçdığı  şəfəqlər və kölgəsiylə dünyanın 

görünüşünü dəyişdirir. Biz Günəşi rəssamla yox, işıqçıyla 

müqayisə edərdik, çox böyük bir projektorun filtrini dəyişəndə 

görürsən ki, bütün dünya – təpələr, evlər, pəncərələr, ağacların 

yarpaqları, dəniz belə əlvan rənglərə tutaşdı. 

*** 

Ağıllı kral ətrafının ləyaqətli olmasının qayğısına qalır. 

Ancaq görünür, əksər kralların ağlı yalnız kral olana qədər 

işləyir. Yerdə qalan boş şeydir. Burda təkcə "məndən sonra lap 

dünyanı sel-su bassın" ifadəsi yox, həm də "ətrafımdakıları sel 

aparsın" deyimi yerinə düşür, kimə  nə olur-olsun, Nuhun 

gəmisində olduğu kimi təkcə mən sağ qalım. 

Elementar məntiqdir – sən, doğrudan da, hamıdan ağıllı, 

müdrik və böyüksənsə, sənin ağlın, müdrikliyin və böyüklüyün 

digər şəxslərin ağlını, müdrikliyini ötüb keçməlidir. Alçaqların, 

səfehlərin və yaltaqların arasında böyük olmaq hünər deyil. 

Brilyant da digər qiymətli  əşyaların içində daha parlaq işıq 

saçır, adi şüşələrin arasında onun özünün də parıltısı sönür. 

Mən daş-qaş mütəxəssisi deyiləm, bəlkə  də qiymətli daşlar 

üçün bu fikir heç də aksioma deyildir, ancaq hakimiyyət 

sferasında yüzdə-yüz həqiqətdir. 



*** 

Rus klassikləri niyə belə qaşqabaqlı, tündməcazdırlar? 

Lermontov, Qoqol, Dostoyevski, Qriboyedov, həyatının son 

illərində moralistə çevrilən Tolstoy qaraqabaqdırlar. Bu 

ənənənin XX əsrdəki davamçıları Soljenitsin və  kənd 

yazıçılarıdır. Doğrudur, Puşkin və Çexov bu ənənədən kənarda 

qalırlar. 

 

2 yanvar, 1993-cü il 



 

*** 

İnsanlar birdən-birə müdrikləşdilər. Elə bil ki, bir az əvvəl 




 571 

bütün bu biabırçılığı bunlar eləməmişdilər. Elə bil, bütün 

bunlar heç olmayıb. Elədiklərindən peşman da olmayıblar. Yeri 

gəlmişkən, indi tövbə  də ikiüzlülüyün formalarından birinə 

çevrilmişdir. Vaxt var idi insanlar günah işlədərdilər, sonra 

tövbə eləməyin zamanı  gəldi. Məşhur Bibliya mətnini bizim 

zəmanə belə formulə edərdi: "Günah zamanı, tövbə zamanıU. 

Roman üçün gözəl addır. İndiyə qədər yazılmamış kitabların 

uydurulan adlarının sayına görə  mən, heç şübhəsiz ki, bütün 

zamanların və xalqların  ən məhsuldar yazıçısıyam. Yaxşı ki, 

məndə  hələ özünəironiya hissi qalıbdır. Axı  mənim 

kolleqalarımdan bir çoxu məhz xəstəliklərin  ən dəhşətlisinə – 

özünəvurğunluğa mübtəla olublar (bu da təbii ki, natamamlıq 

kompleksinin tərs üzüdür). Həmişə Çexovun bu sözlərinə 

təəccüblənirdim ki, mən qul xislətini canımdan  damcı-damcı 

vurub çıxartdım. Hələ yeniyetmə yaşlarından şən, deyib-gülən 

və davakar Antoşa Çexontedən qulmu olardı? Ancaq hər bir 

yazıçı, doğrudan da, öz canından təkcə qul xislətini yox, quldar 

xislətini də – özünün hamıdan yuxarıda dayanması haqqında 

loğva imici qovub-çıxartmalıdır.  Düzdür, yazıçılıq sənəti öz-

özlüyündə elitar sənətdir və yazmaq bacarığı nadir istedaddır. 

Ancaq bu xüsusiyyət yazıçılıq istedadının sahibində özünü 

hamıdan yuxarıya qoymaq hissiyatını doğurmamalıdır. 

Dünyada Tanrıdan uca və Tanrıdan başqa tək olan yoxdur. 

Dünən Şərq və Qərbin dünya mədəniyyətinə verdikləri töhfə 

barədə mübahisə edirdik. Bu gün axşam saat 9-da işıqlar 

söndü. Mən düşündüm ki, bu qədər lənətlədiyimiz Qərb 

olmasaydı, indiyə  qədər də axşamlar  şam işığına möhtac 

qalardıq. Düzdür, səhər olcaq təbiətin  ən böyük çilçırağı – 

Günəş doğacaq. Bəlkə elə Şərq məhz təbiətin təbii şəkildə dövr 

etməsinə bel bağlayır, burada Günəş, istədin-istəmədin, onsuz 

da vaxtı gələndə zülmətin yerini tutur. Günəş əbədidir. Günəş – 

işıq və hərarət mənbəyidir, üstəlik heç bir bəşəri ixtira nə onu 

əvəz edə bilər, nə  də yerini tuta bilər. Qərbdə isə  əbədi 

Günəşdən başqa, hələ bir gecənin zülmət qaranlığını işığa qərq 



 572 

etmək üçün elektrik enerjisini düşünüb tapmaq, ərzağı soyuq 

quyuların içində yox, məhz soyuducuda saxlamaq üçün də nəsə 

düşünüb tapıblar. Hələ televizoru demirəm. Mən mütləq 

şəkildə  nə  Şərqin, nə  də  Qərbin tərəfdarıyam. Mən nə  şərqçi, 

nə  də  qərbçiyəm. Mən dünyaçıyam. Dünyanın bütün 

zənginliyini, onun mədəniyyətini, mövcud dinlərin bütün 

dəyərlərini ehtiva etmək istəyirəm.  

Hələ bu qaranlıqda düşünürəm ki, bizim milli 

xarakterimizdəki özünə yer alan başısoyuqluq onunla 

əlaqədardır ki, təbiətdən, yaxud Allahdan bir çox şeyləri biz 

müftəcə almışıq. Son dərəcə  zəngin və gözəl torpağı, 11 təbii 

iqlim qurşağından 9-nun mövcud olduğu ərazini – bu ərazidən 

heç kənara çıxmasan da, səfər etməsən də, bütün dünyanın 

iqlim qurşaqlarını hiss edə bilərsən. Musiqi zənginliyi, necə 

deyim, başlı-başına buraxılıb. Burada heç bir konkret müəllif 

mövcud deyildir. Muğam nə qədər desən, şərqi nə qədər desən. 

Əbədi folklora gəlincə, eyni vəziyyətlə rastlaşırıq – füsunkar 

bayatılar və anonim janrlar – götür istifadə elə.  

Düşüncələrimin bu məqamında qaranlığın içindən işıq 

çırtladı  və  dərhal televizor işə düşdü. Moskvadan hansısa 

əyləncəli proqramı göstərirdilər, məsxərə  hədəfi Lenin idi, 

hansısa hamamda xorla Sovet İttifaqının himnini oxuyurdular. 

Keçmişi tənqid etmək, dağıtmaq, məhv etmək olar və 

mümkündür, ancaq artıq bu dünyadan köçmüş və buna görə də 

durub sənə cavab verə bilməyən adama məsxərə etmək 

günahdır. Yeri gəlmişkən, belə bir qələndərlik rus milli 

xarakterində oturuşmuş xüsusiyyətlərdən birinə çevrilmişdir; 

Bu dəhşətli günlərdə Tgünümüz necə  də  şəndir,  şəndir…" 

nəqaratını oxuyurlar. Bunun 37-ci ildə Stalinin kəsdiyi 

hökmdən nə  fərqi var ki: "Yaşamaq günü-gündən gözəlləşir, 

fərəhli olur". Doğrudan da, "Taun içində kef məclisi"ni Puşkin 

yazıb. Hələ bir deyirlər də – gülüş öldürür. Ölüm az imiş kimi, 

təzə bir edam növünü də  kəşf ediblər. Bir də belə deyirlər: 

"Bəşəriyyət öz keçmişindən gülə-gülə ayrılır". "Gülə-gülə, bəli, 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə