Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə175/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   171   172   173   174   175   176   177   178   ...   219

 579 

*** 

Həyat – məzmundur, incəsənət isə sözün geniş  mənasında, 

formadır. Həyatın məzmunu amorfdur, onu incəsənət  əridib 

qəlibə tökür və  əbədiyyətə  ötürür. "Həyat keçicidir, sənət 

daimi". Həqiqətdə də, belədir.  

*** 

İ.S.Bax alman bəstəkarları içində daha çox şərqlidir, rusların 

içində  ən  şərqlisi, mənim fikrimcə, Raxmaninovdur (mən, 

məsələn, Rimski-Korsakovda, Balakirevdə,Qlinkada, 

Borodində ("Poloves rəqsi") "şərq motivlərinin" 

mövcudluğundan danışmıram). Mən melodiya sisteminin 

özünü, səsləndirməni… nəzərdə tuturam. Baxda çox şeylər 

Şərqlə birbaşa  assosiasiya oyadır, mən hələ "prelüdiyaUyla 

TBayatı-ŞirazU arasında aparılan analogiyanı xatırlatmıram. 

*** 

Nəyə görə bir xalqın övladları öz qan qardaşlarına qarşı bir 

belə amansızdırlar? Erməniyə  bəslənilən nifrət bizim bir-

birimizə bəslədiyimiz nifrətin yanında nədir ki? 



*** 

Mən Xalq Cəbhəsini qadağan etmək, buraxmaq, 

ümumiyyətlə, qeyri-qanuni elan etmək təklifi ilə Milli 

Məclisdə  çıxış edən adamlarla razı deyiləm. Xalq Cəbhəsi 

bizim tariximizin bir hissəsidir,  şübhəsiz ki, müxalifətdə 

olduğu zaman  və hakimiyyətdə olduqları  qısa bir zaman 

çərəyinin acı  təcrübəsi ilə birlikdə. Bütün  bunların qiymətini 

zaman özü verəcək. Xalq Cəbhəsi ilə müstəntiqlər yox, 

tədqiqatçılar məşğul  olmalıdır. 

*** 

Uğradığımız uğursuzluqlarda həmişə başqalarını 

günahlandırmaq (biz bu cəhəti, deyəsən, ruslardan götürmüşük) 

öz gücünlə, bacarığınla öz taleyində  nəyisə  dəyişməyin qeyri-

mümkünlüyü ideyasına gətirib çıxarır. Belə çıxır ki, əgər bizim 

taleyimizi Qərb, Amerika, ruslar, yəhudilər, ermənilər, KQB, 

SRU və Mossad həll edirsə, nə yetəri gücümüz, nə ağlımız, nə 



 580 

də iradəmiz var. Onlar, doğurdan da, taleyimizlə bir belə 

oynayırlarsa, etiraf etməliyik ki, biz marionetkalarıq, ipimiz 

həmin güclərin əlindədir. 



*** 

Öz xalqının taleyi üçün məsliyyət  hiss edən  ciddi 

siyasətçilərin hamısını bir ucdan satqın adlandırmaq olmaz, 

bəziləri bu damğanı çox böyük həvəslə  Nəriman Nərimanova 

yapışdırırlar. Siyasət aləmində öz xalqının  şərəfini və  şəxsi 

ləyaqətini qoruyaraq ölən, ancaq yaşadığı  şəhəri xilas edə 

bilməyən Cavad Xan yolu və özünü Teymurun 9-cu qulu 

adlandıraraq ölkəsini xilas edən  İbrahim  Şirvanşah yolu 

mövcuddur. Fransız müqavimət hərəkatını təşkil edən, onun ilk 

ilhamvericisi olan Şarl de Qol yolu və öz adının tarixə biabırçı, 

ləkəli şəkildə düşməsi bahasına Parisi dağılmaqdan xilas edən 

Peten yolu var. Mən İbrahim, yaxud Peten kimi hərəkət etmək 

istərdim? Yox. Çünki mən siyasətçi deyiləm. 

*** 

"KoroğluU eposu ilə Şekspirin "Hamleti" arasında oxşarlıq 

var. Hər iki əsərin qəhrəmanları atalarının intiqamını alır. 

*** 

Xalqların müstəqilliyi ilə yanaşı,  şəxsiyyətin müstəqilliyi 

anlayışı da mövcuddur. Şəxsiyyətin müstəqilliyini də 

hökumətin və dövlətin qəsdindən qorumaq lazımdır. 

Şəxsiyyətin nə edib-nə etməmək barədə  qərar çıxarması, nə 

vaxt susması özünün və yalnız özünün müəyyənləşdirdiyi 

məsələdir.  Şəxsiyyətə edilən hər hansı  təzyiq, onun 

müstəqilliyinə edilən qəsd, həm də millətin özgürlüyünü məhv 

edir. Müstəqil millət addımbaşı ləbbeyk deyən itaətkar və asılı 

nəfərlərdən ibarət ola bilməz.  Əbülfəzin zamanında biz 

özümüzü ölkənin vətəndaşları, H.Əliyevin zamanında isə 

təbəəsi kimi hiss edirdik. Biz Əbülfəzi qəbul etməyə bilərik, 

ancaq o zaman biz, özümüzü prezidentlə eyni hüquqlu adamlar 

kimi hiss edirdik. İndi biz sözün əsl mənasında, sahibi olan 

ölkənin təbəələriyik. 



 581 

*** 

Biz biabır olmuş, iflasa uğramış  və dağılmışıq. Kimdir 

günahkar? 90% özümüz. Başısoyuqluğumuz, laqeydliyimiz, 

boşboğazlığımızın ucundan gözəl yurdumuzu viranə qoyduq. 

Olur ki, lider öz xalqına layiq olmur, belə halda deyirlər ki, hər 

bir xalq öz hökmdarına layiqdir. Ancaq olur ki, xalq öz liderinə 

layiq olmur. Heydər Əliyevin tarixi prosesləri anlaması və dərk 

etməsi səviyyəsi bu gün Azərbaycan ictimai fikrinin yetişdiyi 

səviyyədən qat-qat üstündür. Ümumən, hərdən televizora 

baxanda, onun rus rəhbərləri ilə yan-yanaşı durmasını görəndə 

bir anlığa unudursan ki, o, Moskvaya dağılıb-parçalanmış  və 

biabır olmuş bir ölkədən təşrif gətirib, görkəmi qalib 

görkəminə  bənzəyir. Erməniləri də qorxudan məhz budur, 

əsəbiləşirlər, elə bil ki, Azərbaycana istehza eləyən bunlar 

deyilmiş. Heydər  Əliyev,  şübhəsiz ki, MDB-yə girəcək, 

halbuki, bu, SSRİ əsarətinin başqa bir ad altında dirilən forması 

ola bilər. Mən MDB-yə inanmıram, ancaq H.Əliyevə inanıram, 

o, bütün variantları ölçüb-biçəndən sonra nəticə etibarilə MDB-

yə daxil olmağı  qərarlaşdırıbsa, demək, Azərbaycanın başqa 

çıxış yolu yoxdur. Bəs MDB-nin özü nə olan şeydir

hadisələrin sonrakı gedişinə  nə  vəd edir? Bu barədə "Denğ" 

qəzetindəki yazıları oxumaq yetər. Proxanovla general 

Açalovun söhbətini oxumaq kifayətdir ki, bizə hansı qismətin 

hazırlandığını təsəvvür edək. Rus patriotları yaman adamlardır, 

həmişə böyük bir dövlətin məhv olub getməsi barədə hay-küy 

salaraq özlərini də dolaşdırırlar, bu  məhvə sürüklənən  şeyin 

xilasını milli mahiyyətdə axtarıb-aramaq əvəzinə təzədən başqa 

millətlərin taleyi ilə məşğul olur, onların əvəzinə özlərinə sərf 

edən qərarlar qəbul edirlər. Mənə elə gəlir ki, bunun arxasında 

iki məqam var. Birincisi, milli tənhalıq qorxusunun hay-küy  

şəklində çatdırılmasıdır. Rus xalqı böyük millətlər arasında, 

olsun ki, ən tənha millətdir. Qərb onu öz ailəsinin bərabər üzvü 

kimi qəbul etmək istəmir, bu ailə, göründüyü kimi, son iki 

Dünya Müharibəsinin faciəvi dərslərindən sonra yaranıb və 




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə