Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə176/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   172   173   174   175   176   177   178   179   ...   219

 582 

yaşayır. O, Avropa Birliyindən daha genişdir. Bura 

anqlosakson xətti üzrə  təkcə ABŞ, Kanada yox, onlardan 

tamamilə uzaq və yad olan Yaponiya da daxildir. Çünki bu ailə 

zəngin üzvlərin ailəsidir, Rusiya isə kasıb olduğu üçün buraya 

buraxılmır. Hələ onu demirik ki, o, uzun müddət özünü lazım 

olan  şəkildə aparmamışdır. Hələ  də Rusiyaya uzun müddət 

ərzində başqalarının canına yeritdiyi alçaldıcı qorxunu 

bağışlamırlar.  İslam və ümumən, Asiya dünyasında da 

Rusiyanın yeri yoxdur. Onun yeri slavyan  ailəsində, düşmən 

Polşa, Çexoslovakiya, dişlərini qıcıtmış Ukrayna, laqeyd 

Belorusiya, demək olar ki, xəyanət etdiyi Serbiya və vaxtaşırı 

olaraq Rusiyanı satan Bolqariya ilə birlikdə  təsəvvür edilmir. 

Pribaltika ölkələrinin, Moldaviyanın, Macarıstanın, 

Rumıniyanın nifrəti… Dostu olmayan Gürcüstan və ikiüzlü 

şəkildə arabir yaltaqlanan, əsl həqiqətdə ona hamıdan çox 

nifrət bəsləyən Ermənistan. Yerdə qalır yalnız  Orta  Asiya 

respublikaları  və  hərəkətlərindən heç nə anlaşılmayan 

Azərbaycan. Bax bu itaətkar ölkələr dinc durmayanda 

Rusiyanın səbr kasası  daşır. 

İkinci məqam burnunun ucunda hiss edilən NATO təhlükəsi 

qarşısında keçirdiyi qorxu hissidir. 

Ancaq əgər patriotlar  Rusiyanın bu gün, doğurdan da, Qərb 

əsarətində olmağına səmimi  şəkildə inanırlarsa, onda bu 

boyunduruğun altına digər millətləri çəkməkdənsə, birinci qoy 

özləri xilas olsunlar. Rusları və erməniləri  olsun ki, bir başqa 

xüsusiyyət də yaxınlaşdırır – azadlığın dadını bilməmək, yəni o 

mənada ki, bu hissi litvalılar, gürcülər və çeçenlər bilir. 

Ermənilər bütün tarixləri boyu güclü ağaların qarşısında – 

istəyir Osmanlı imperiyası olsun, istəyir  İran, yaxud Rusiya 

olsun, – boyun əyiblər və bu yolla həm də dünyanın min bir 

bicliyindən, hiyləsindən keçərək, mənəvi köləliklərinin 

intiqamını alaraq dünyadakı mövcudluqlarını  təmin ediblər… 

Və bütün lovğalıq natamamlıq kompleksindən və "güc varsa, 

ağıl lazım deyil" kor-koranə inamından irəli gəlir. Anlamırlar 



 583 

ki, qul da güclü ola bilər. Azadlıq – hər  şeydən öncə daxili 

keyfiyyətdir. Bəs mənim yazıq, bədbəxt, aldadılmış  və 

biabırçılığa düçar olmuş    xalqım?!  O, öz başısoyuqluğunun, 

həyata kefcil münasibətinin, həqiqi və yalançı  uğurlarıyla bəsit 

şəkildə lovğalanmasının,  əsl və yalançı  qəhrəmanlarına 

tapınmasının, hər addımbaşı  qəhrəman keçmişiylə, dünyada ən 

şanlı tarixə,  ən zəngin mədəniyyətə yiyələnməsiylə 

öyünməsinin qurbanıdır… Bu da axırı… 

*** 

Rusdilli azərbaycanlı ziyalıları imperiyanın keçmişinə çəkən 

qüvvə  nədir belə? Ötən 70 il ərzində biz daxilən bütöv, 

hərtərəfli ziyalı    nəsli yetişdirə  bilmədik, elə bir zümrə ki

onun üçün ana dili  istənilən vəziyyətdə özünütəsdiqin  əsaslı 

qarantına  çevrilsin. Bax burada çox şeyləri uduzmuşuq, zəif 

yerimiz buradır. Xalq Cəbhəsinin bir illik hakimiyyəti zamanı 

buraxılan səhvlər nəticəsində ziyalılara elə bir zərbə  dəydi ki, 

o, təzədən imperiyanın, kommunizmin, sosializmin… nə bilim, 

daha nələrin  ağuşuna atılmağa hazır idi, təki öz mövqeyini, 

çörəyini qoruyub saxlasın. 

*** 

J.Berje və L.Povelinin "Kahinlərin sabahı" (Moskva, MİF 

nəşriyyatı, 1991, səh 12) kitabından: "Flaqelliantlar – 

günahlarını bilib özünə qamçı vurduranlardırU. XIV əsrin 

ikinci yarısında İtaliyanı çuğlayan kütləvi tövbə hərəkatı. Ucu-

bucağı görünməyən, bütün zümrələri  əhatə edən xalq kütləsi 

özünü şallaqla döyərək bütün İtaliyanı gəzib-dolaşırdı. 1348-ci 

il taunundan sonra bu hərəkat Alplardan aşaraq Qərbi 

Avropaya adladı. Katolik kilsəsi əvvəlcə bu hərəkata xeyir-dua 

versə də, sonralar onunla tonqallar çataraq mübarizə apardı. 



*** 

Çox zaman ona nə deyildiyinin fərqində olmur, çünki 

özüylə ləbaləb doludur. 

*** 

Motsartın musiqisini Motsart yazıb, Baxın musiqisini – 




 584 

Allah. Albioninin Adajiosu da ilahi əsərdir. Baxın xoralları, 

Vivaldinin musiqisi, Şubertin "Ave Mariyası" – bütün bu 

möcüzələri doğurub-yapan xristian mədəniyyətinə necə 

düşmən gözüylə baxasan? 

*** 

Bütün inqilablar, nəhayət, imperiyaların və diktatorların 

yaranması ilə bitir – Roma imperiyası, Fransa inqilabından 

sonrakı  Napoleon. Oktyabrdan sonra doğulan Stalin. Və indi 

bütün yenidənqurmalardan, azadlıq və demokratiyadan sonra 

Yeltsin imperiyasının növbəsidir. Yeni Yeltsin 

konstitusiyasının mayasında imperialist əxlaqı var. Stalin və 

Brejnev konstitusiyaları toya getməlidir bunun yanında. Burada 

xalqların yalandan da olsa, öz müqəddəratını  təyinetmə 

hüququna yer yoxdur. 



*** 

İlya Qlazunov yazır: "Rusiya heç  zaman heç bir ölkəni zəbt 

və istila etməmişdir". Məşhur rəssam heç olmazsa Tretyakov 

qalereyasına baş  çəkib orada Surikovun "Sibirin Yermak 

tərəfindən istila edilməsi" əsərinin qarşısında dayanaydı, yaxud 

boş vaxtlarında L.Tolstoyun "Hacı Murad" əsərini oxuyaydı. 



*** 

Hər hakimiyyət sənətkara gizlin, yaxud açıq-aşkar kin 

bəsləyir, çünki əqli cəhətdən  ən geridə qalmış hakimiyyət 

sahibləri də anlayır ki, o, olsa-olsa müəyyən qısa vaxt çərəyi 

daxilində hökmlüdür. Həqiqi sənətkar  əsrindən yuxarı dayana 

biləndir. Bax buna görə  də çox qısa bir zamanın hakimləri 

sənətkardan öc almalıdır. Sənətkarın zamandan asılı olmamağı 

onların əsəblərini gəmirir, onlara öləri olduqlarını xatırladır. 



*** 

Saat 17.00. Gəmimiz Poros adasından yola düşür – sahil 

boyu dənizdə gün qüruba enərkən forma və  rəngini itirən 

meşəli təpələr görünür – bunlar nə müvafiq ölçülü heykəllərə, 

nə  də  rəngləri aşıb-daşan rəsm  əsərlərinə  bənzəyir. Bu, artıq  

xalis qrafikadır, dağların silueti hamar, qaranlıq və tünd, həm 




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə