Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə174/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   170   171   172   173   174   175   176   177   ...   219

 576 

edən kütləni bu ideoloji "qəfəsin" içində o vaxta qədər 

saxlayırlar ki, sərbəst düşünmək, fikir yürütmək tərzinin özü 

yerli-dibli yoxa çıxsın. Xalqın adından danışmaq səlahiyyətini 

qazanmaq naminə elə eləməlisən ki, xalqın özü birdəfəlik 

sussun, ya da dili tutulsun. Belə olduqda, bir də görürsən ki, 

insan təbiətinə əzəldən xas olan cəhətlər – ikiüzlülük, xəbislik, 

yalançılıq, çuğulçuluq… gül açdı, gülzar oldu. Bütün bunlar 

demokratik rejimdə yoxa çıxmır, ancaq həmin  şəraitdə bütün 

bunlar haqqında heç olmazsa, danışmaq mümkündür. 

Totalitarizm – sükutla xəlvət bağlanan əhd-peymandır. "Böyük 

demokrat" Leninin təbirincə desək, inqilab yox, demokratiya 

özünü məhz öz postulatlarından qorumalıdır. Yaxşı ki, türk 

hərbçiləri, doğrudan da, dahi insan olan, Türkiyəni qurtaran və 

quran, onun demokratik inkişaf yolunu müəyyənləşdirən və 

Türkiyənin müdafiə mexanizminin əsaslarını  işləyib ortaya 

qoyan Atatürk ideallarının fədailəridir. Doğrudur, burada etiraz 

etmək olar ki, Məhəmməd daha böyük insan idi, onun 

doktrinası əsrlərdən artıqdır ki, ürəklərə hökm edir. Ancaq kim 

təsdiq edə bilər ki, müasir islam fundamentalistləri tərəfindən 

təftiş edilən XX əsrin siyasi reallıqları bu gün islam 

ideyalarına, doğrudan da, uyğun gəlir. Axı konkret tarixi və 

coğrafi zəmində inkişaf tapan bu din digər tarixi epoxa və 

coğrafi məkanın meydan oxumasına laqeyd qala bilməz. Bəlkə 

İslamın zəif damarı ondadır ki, digər dinlərlə müqayisədə o, 

fərqli tarixi və coğrafi məkana çətin uyuşur (halbuki, bu sözün 

özündə bir az mənfi çalar olmamış deyil). Konkret şəkildə 

desək, İslama ayrıca bir din kimi yox, pravoslav, katoliklik və 

xristian protestantlığı kimi vahid monoteist dinin bir qolu kimi 

baxmaq olar. Və bu gün Türkiyəni xilafət dövrünə döndərmək 

istəyənlər  əlləri yerdən-göydən üzülmüş xurafatçılar və 

fanatiklərdir, yaxud Türkiyənin məhvində maraqlı olan xarici 

qüvvələr tərəfindən yaxşıca ödənc verilən adamlardır. Belə bir 

tendensiyanın qorxusu ondadır ki, o, çağırış kimi demokratik 

rejimdən zəncir çeynəyən qüvvələrə ünvanlanıb.  İnsanlar 



 577 

etdikləri seçimin səhv olduğunu anladıqları zaman (demokratik 

oyun qaydaları ilə şərtlənən) artıq çox gec olur. Nəticə etibari 

ilə isə totalitarizmin qələbəsi ilk növbədə onun fanatiklərinin 

başında çatlayan bir faciəyə çevrilir – bütün inqilabçı  və 

fundamentalist liderlər bir-birinin ətini yeyir, bunu anlayanda 

isə gec olur – o zaman həmin adamlar SAVAK-ın, yaxud 

KQB-nin divarları arasında çürüyürlər. Daha bir cəhət. 

Antidemokratik rejimlərin üzdə olan fiqurları öz quru canlarını 

xilas etmək məcburiyyətində qalanda isə nifrət etdikləri 

demokratik rejimli ölkələrdə siyasi sığınacaq tapırlar.  

Yaxud, qaçmaq baş tutmadıqda, öz əlləriylə qurduqları 

rejimin tələsinə düşdükdə ölüm saatını gözləyə-gözləyə indiyə 

qədər törətdikləri, yol verdikləri səhvləri götür-qoy etməyə 

azca da olsa vaxt tapırlar, ya da bəxtləri gətirsə, avtomobil, 

yaxud təyyarə  qəzasına düşürlər ki, kədərli aqibətlərinin 

səbəbini düşünməyə belə macal da qalmır.  

Nəyə görə inkişaf etmiş Türkiyə  İrana təsir göstərmir, 

xurafatçı  İran isə Türkiyənin ictimai təfəkkürünə soxulmaq, 

orada özünə yer eləmək istəyir? Ona görə ki, demokratiyanı 

zəif salan faktlar olsa da, içəridən oyulan və gec-tez külü göyə 

sovrulan totalitar rejimlərdən fərqli olaraq bu quruluşlarda bir 

sabitlik vardır. Ona görə  də totalitar rejimlər zəlzələdəki kimi 

bir anın içində yerlə-yeksan olur.  Axı  zəlzələ  də adi gözlə 

görünməyərək yerin təkində illər boyu yığılıb qalır. Qərb 

demokratiyasına gəldikdə, XX əsrdə özünün stabilliyinə görə 

o, iki şəxsə borcludur – Stalinə  və Hitlerə. Ona görə ki, Çin 

xunveybinlərinin tərəfdarları tipli qərb intellektualları, 

məsələn, Sartr, boğaza qədər azadlıq içində olanda anlayırlar 

ki, onların ölkəsində demokratiyanın alternativi nə ola bilər və 

şəxsi azadlıqları və həyatları üçün nəylə nəticələnə bilər.  

*** 

Hər inqilabın ilk döyüşü yaddaşla, tarixlə, mədəniyyətlə, 

mənəviyyatla apardığı döyüşdür. İnqilab öz xəstəliyini – tarixi 

yaddaşının skleroz olmasını bütün cəmiyyətə yoluxdurmağa 




 578 

can atır. Bizim gerçəklik – Azərbaycan gerçəkliyi də istisna 

deyildir. Dünən heç nə olan birisi bu gün hamıdan artıqdır və 

dünən adı-sanı olanlardan başlayır intiqam almağa. Məlum 

modeldur – "kökünə  qədər dağıdaq, sonra isə…" Nə sonra? 

Sona nə olacaq ki? Heç nə... 

Zəlzələdən, dağıntıdan, yaddaşın məhv edilməsindən 

sonra… 


*** 

Azərbaycanın bugünkü rəhbərlərinə xaricdə  vətənimizin 

layiqli imicini yaratmağın lazım olduğunu izah etmək 

faydasızdır, onlar hələ bu sözün (imic) özünü anlamırlar.  



*** 

Birinci Dünya müharibəsində döyüş dövlətlər arasında 

aparılırdı,  İkinci Dünya müharibəsində – ideologiyalar 

arasında, indi isə etnoslar arasında. Üçüncü Dünya müharibəsi 

gedir – Yuqoslaviya, Moldova, Qarabağ, Osetiya, Abxaziya…  

*** 

Çoxlu fakt və  sənədlərin açılmasından sonra başa düşürəm 

ki, anam necə cəsur qadın olub və ailəsinin başına gələn bütün 

faciəni bir dəfə də dilə gətirməyərək bizi şərdən-xatadan necə 

qoruyub. Bu gün xalqımıza qərəz, kin-küdurət yox, tövbə, 

bağışlama, intiqama susamamaq gərəkdir.  



*** 

Bu, Azadlıq meydanıdır, yadıma mitinqlərdən daşan günlər 

düşür, bir az öncə isə Brejnevin adına keçirilən bayramlarda 

gecələr boş meydanda səs gücləndiriciləri işə salaraq 

ümumxalq "sevincini" məşq edirdilər, alqış sədaları, şüarlar… 

bütün bunlar necə də absurd teatrı xatırladırdı. İstərdim ki, bu 

meydanda Azadlıq və  Məsuliyyətin simvolları kimi 

(Amerikada olduğu kimi, bir tərəfdə Azadlıq, o biri tərəfdə 

Məsuliyyətə qoyulan abidələr) iki abidə ucaldılsın – iki çinar 

əkilsin. Azadlıq Çinarı  və  Məsuliyyət Çinarı – qoy onlar 

gözlərimizin önündəcə boy atsınlar, rəmzləri olduqları 

anlayışlar kimi boyaboy yüksəlsinlər.  




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə