Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə161/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   157   158   159   160   161   162   163   164   ...   219

 537 

Buna görə  də, Stalini inqilabdan ayırmaq, təcrid etmək 

düzgün deyildir, onun əvvəlcə  əksinqilabçı, az qala çar 

rejiminin agenti, yaxud konyuktur ustası olması barədə 

versiyalar düz deyil. (Xruşşov dönəmində elə bu fikri sübut 

etməyə çalışırdılar). Yox, Stalindən  əksinqilabçı, yəni 

cəmiyyətdə mövcud olan tarazlığın saxlanmasının tərəfdarı 

çıxmazdı, çünki onun üçün inqilab ideyasının özü – intiqam 

almağın, zülm etməyin – dəhşətlərlə dolu bioqrafiyasının bütün 

bəlirtilərinin sinonimi idi. 

Stalinin  əlahiddə zalımlığı  təkcə mücərrəd formalı 

ümumdövlət ideyasında yox, həm də  şüurlu  şəkildə yeridilən 

sadizmdə idi. Milyonlarla insanın qətlə yetirilməsi haqqında 

sərəncam vermək (Hitlerin elədiyi kimi) rəqəmlərin kölgəsində 

konkret insan taleyini görməməkdir. Yox, Stalinin zalımlığı 

mücərrəd zalımlıq deyil, bu, onun ən yaxın tanışları, köhnə 

silahdaşları, onların ailə üzvləri, uşaqları, öz ailə üzvləri, hətta 

həyatını borclu olduğu insanlara tuşlanan bir zülmdür. Bütün 

bu yaxın adamları çarmıxa çəkilmiş,  əzab və  işgəncələrdən 

qıvrılan və  nəhayət, alçaldılmış, qırılmış, ayaqlar altına 

salınmış halda görmək arzusu – Stalinin daxilindən püskürən 

bir ehtiyac idi, onun ola bilsin ki, yeganə kef mənbəyi idi 

("Mayn Kayf" – kimsə Brejnevin trilogiyası ilə bağlı bu uğurlu 

ifadəni tapmışdı). 

 

*** 

Bəli, Stalinin bu gün mövcud olan məddahları onun gördüyü 

böyük-böyük işlərdən danışırlar. Müharibədəki qələbə, ucu-

bucağı görünməyən quruculuq işləri, geridə qalmış aqrar 

ölkənin dünyanın super dövlətinə çevrilməsi və bu səbəbdən 

bütün dünyanın həmin super dövlət və Stalin qarşısında tir-tir 

əsməsi. 

*** 

Quruculuq – mənəvi  əsaslardan məhrum olan, öz adını 

əbədiləşdirmək naminə  həyata keçirilən quruculuq Stalinin 



 538 

zamandan, tarixdən, Allahın özündən aldığı intiqamı idi. O, 

Allahı  hətta özünə  bərabər səviyyədə belə  qəbul etmək 

istəmirdi. O, Allaha belə özünün üstünlüyünü sübut etmək 

istəyirdi və  təkcə bütün bəşəriyyətin taleyi və ölümünə 

sərəncam vermək hüququ ilə yox, həm də quruculuq işləri ilə. 

O, təbiətə iqlimi də  sırımaq istəyirdi – süni meşələrin 

salınması, çayların axınının dəyişdirilməsi və s. Ancaq bütün 

bunlar – istilik-elektrik stansiyaları, zavodlar, fabriklər, 

dəmiryolları,  şəhərlər rus xalqını, yaxud SSRİ  tərkibində 

yaşayan digər xalqları daha xoşbəxt, yaxud heç olmasa, 

müəyyən mənada təminatlı edə bildimi? Hətta Stalin xalqın bir 

hissəsi üçün – nomenklatura üçün bunu bacardımı? Yox. 

Nomenklatura,  əvvəla, cəmiyyətin çox nazik təbəqəsidir, 

ikincisi, onun qeyri-sabitliyi, Kremlin verdiyi payı  həbs 

düşərgəsiylə  dəyişmək alternativi bu zümrənin belə firavanlıq 

içində yaşamasına heç bir təminat vermir. Təminat, müəyyən 

həyat səviyyəsi yaratmış olsa belə, hətta sosial təminatın, 

xüsusən müharibəyəqədərki dövrdə müəyyən mənada özünü 

göstərməsi axı  nəyin sayəsində  əldə olunmuşdu? Sürgünlərin 

hesabına, milyonlarla insanın qətlə yetirilməsi hesabına – 

əvvəla, kütləvi qətllərdən sonra cəmiyyətdə yeyənlərin sayı 

azalmışdı, ikincisi isə, fiziki cəhətdən məhv edilməyən  əhali 

pulsuz qul əməyinin daşıyıcılarına (fəhləyə yox, qula) 

çevrilirdi.  İndi həmin dövrdə, məhz müharibədən sonrakı 

dövrdə hər il qiymətlərin endirilməsindən danışırlar, bu mənim 

uşaqlıq yaddaşımda ilişib qalan bir nəsnədir. Yadımdadır, 

qiymətlərin aşağı salınması insanlarda necə ironiya yaradırdı, 

axı onsuz da heç kəsin almadığı, almaq istəmədiyi məhsulların 

qiymətini aşağı salırdılar.  İndi isə söhbət həmin hadisədən 

düşəndə, insanın naşükürlüyündən  şikayətlənirlər. Ancaq bir 

şeyi də yaddan çıxarmaq olmaz ki, milyonlarla sürgün edilmiş 

və  qətlə yetirilmiş insanlardan başqa, xalqın azadlıqda qalan 

hissəsi də öz daxilində sürgünə göndərilmişdi – öz içindəki 

məhbəsə, özünün təkadamlı kamerasına, içərisindəki sükuta, 



 539 

qorxuya, heç kəslə, hətta  ən yaxın adamları ilə ünsiyyət 

qurmamaq məcburiyyətinə 

məhkim edilmişdi. Stalin 

çoxmilyonlu xalqı kar və kor bir cəmiyyətə çevirmişdi və bu 

qorxu sindromu bir çox sonrakı  nəsillərin taleyinə  də hakim 

kəsildi və deyim ki, içərisində mənim özüm də olmaqla biz, bu 

günə  qədər həmin qorxu sindromundan yaxa qurtara 

bilməmişik. Yox, necə olmasa da, Stalin çox dahi bir insan idi, 

çünki o, təsəvvürə  gətirilməyən bir şeyi – "Homo sapyensin" 

təbiətini dəyişərək Xeyirdən üz döndərməyə  məcbur etmiş

üzünü Şərə doğru çevirmişdi. 



*** 

Qan dənizlərindən başqa, neçə-neçə  nəsillərin mənəvi 

axtalanması, hər  şeydən  əvvəl ziyalıların bu kökə salınması 

Stalin "mərhəmətinin" böyüklüyünə inanmağa qoymur. Axı bu 

günün ağır gerçəkliyindən səmimi şəkildə narazı olan adamlar 

nostaljiyə vararaq təkcə Stalin dövrünü xatırlamırlar, bir az da 

irəli gedərək o dövrün qayıtmasını arzulayırlar. Hər kəs 

ürəyində düşünür ki, buna yeni qurbanlar, repressiyalar, 

dəhşətli zülmlər bahasına nail olmaq mümkündürsə, onun 

özünün, ailəsinin və  ən yaxın adamlarının canı  və qanı 

bahasına olmayacaq. Aman Allah, bu sözlər necə  də tanışdan 

tanışdır, tarix bizə – kəsilib elə hey bir sinifdə qalan adamlara – 

eyni dərsi nə qədər keçəcək.  

*** 

Mənim fikrimcə, bir çox rəylərə  rəğmən Stalin termidora 

yol verməmişdi. Ancaq onun əl-qolu açılanda, yəni inqilabın 

ilkin mərhələsinə aid olan, cəmiyyət tərəfindən qəbul edilən 

şəxslər, məsələn, Leninə yaxın olan təkcə Trotski, Zinovyev, 

Kamenev, Buxarin yox, həm də Qorki və Krupskaya, hətta 

Kirov kimi potensial rəqiblər, potensial təhlükə  mənbəyi olan 

generalitet və milli ideyanın daşıyıcıları olan şəxslər (Sultan 

Galiyev, Nərimanov, B.Mdivani) ictimai və siyasi arenadan 

götürüldükdən sonra o, əvvəlcədən düşündüyü, ancaq ona 

məxsus siyasi səbrlə uzun müddət gizli saxlanılan niyyətini 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə