Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə162/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   158   159   160   161   162   163   164   165   ...   219

 540 

yeritməyə başladı. Parlaq təhsilə malik olan, bir neçə Avropa 

dillərini bilən, Avropanın özü ilə çox yaxşı tanış olan, nəzəri 

baxımdan savadlı, iti ağıllı, həm də  sərrast natiqlik 

qabiliyyətinə malik publisistlərlə  əhatə olunmuş, rus dilində 

çətinliklə danışan Koba içinin bütün hirs və hikkəsini çox 

primitiv qanqster oyununa – silahdaşlarını, kin saxladığı 

şəxsləri onların öz əlləri ilə, bir-birinin əli ilə aradan götürməyə 

sərf etdi. Yalan və alçaqlıq, xəyanət və satqınlıq, arxadan 

vurma (qoy lap Smolnı  dəhlizinin gizlin bir yerində olsun), 

qorxu və yaltaqlıq, kimisə  təhdidetmə, kimininsə  qılığına 

girmək. Bu gün aşkar edilən çoxsaylı  sənədlər,  ən müxtəlif 

tədqiqat və kitablar - həm SSRİ-də, həm də xaricdə çap edilən 

materiallar meydana çıxdıqdan sonra – Stalin obrazının  əsas 

cizgiləri az və ya çox dərəcədə aşkarlanır. Eyni zamanda Stalin 

fenomeni heç kəsin aça bilmədiyi bir bilməcəyə çevrilir. 

Təsadüfi deyil ki, çoxsaylı şahidlərin yanında baş verən ölümü 

ilə birlikdə  həyatı da çeşidli suallar dumanına bürünmüşdür. 

Onun fiziki baxımdan ölümü də çox çəkdi, amma öləndən 

sonra belə hadisələrin gedişinə təsiri bitmədi. Bu adam ölsə də

canı  çıxmayan, tarixin, necə deyərlər,  ən "uzunölümlü" 

tiranıdır. Rasputin kimi, Stalin də ölüm yatağında özünün aşkar 

və qeyri-aşkar qatillərinin gözündə qorxulu idi. Belə bir 

tragikomik əhvalat xatırlanır ki, Stalinin ölümünün şahidi olan 

Beriya guya deyib ki, tiran öldü. Bu zaman Stalin gözlərini 

açaraq hamıya dəhşətli nəzər salır və Beriya onun ayaqlarına 

düşür. Bu əhvalatdakı fantastika açıq-aşkar görünsə  də,  əsas 

olan onun mifoloji konturlarıdır və bu, Stalinin yenilməyən 

dəhşətli qüvvəsinin simvolik ifadəsinə çevrilir. 

*** 

Əlbəttə, Stalinin şəxsiyyətinə, onun xarakterinə Freyd təlimi 

ilə yanaşmaq mümkündür, hətta zəruridir. Psixoanalizin 

predmeti kimi Stalinin öz valideynlərinə münasibəti, onun atası 

barədə  əzabverici  şübhə kompleksini (doğrudanmı, o, Stalinin 

atası idi?), anasına yadlaşma, ona qarşı sırf ritual münasibəti və 




 541 

s. götürmək olar. Oğlanlarına laqeyd münasibət və  nəhayət, 

ikinci arvadına - Alliluyevaya münasibəti. Stalin heç zaman 

ona intiharını bağışlamamışdı, bu qadının gülləni ürəyinin 

başına sıxmasını Stalin məhz onun özünə – İosifə xəyanət kimi 

qəbul etmişdi. Onun anormal ağlı  təlqin edirdi ki, düşmənləri 

ona bu oyunu qura biliblər, arvadını Stalindən intiqam almaq 

üçün öz həyatına qəsd etməyə  məcbur ediblər. Və artıq 

həyatdan getmiş Alliluyevanın ölümünün hayıfını hər kəsdən – 

onu bu addımı atmağa məcbur edən adamlardan almağa 

başladı, Stalin öz silahdaşlarının arvadlarını (səciyyəvidir ki, 

məsələn, Orjenikidzeni, Molotovu, Kalinini, Poskerbışevi yox, 

məhz onların arvadlarını) zindana saldı. Buxarinə, qəribə 

yaxınlıq və mehribançılıq duyğusu ilə  və xüsusi qısqanclıqla 

(Stalin Buxarini cavan arvadı ilə görəndə demişdi: "Bu 

məsələdə  də  sən məni ötüb keçmisən") yanaşdığı bu şəxsə 

münasibətdə o, necə deyərlər, ürəyinin  ən dərin guşələrindən 

gələn TmərhəmətU hissini əsirgəməmişdi – ərini güllələtmiş, 

arvadını sürgünə yollamışdı.  İş yoldaşlarının arvadlarına qarşı 

bu nifrət və ümumən, onun qadınlara münasibəti Freyd 

psixoanalizinin çox dərin və mürəkkəb predmetini təşkil edə 

bilər. Birinci nikahdan olan oğlu Yakova heç cürə 

anlaşılmayan qısqanclıq hissi bəsləmiş  və faktiki olaraq onu 

Hitlerin baltasının altına itələmişdi. Və Stalinin oğlunun 

müharibədə ölməsindən sonra Siyasi Büronun üzvləri və 

Respublikaların rəhbərləri üçün oğullarının döyüşdə ölməsi bir 

növ TdəbəU çevrilmişdi.  

Bu, rəhbərə qarşı özünəməxsus loyallığın könüllü və ya 

məcburi  əlamətlərindən biriydi – arvadını itirib, biz də dul 

qalmışıq, oğlu müharibədə həlak olub, bu "bəla" bizdən də yan 

ötüşməyib. Yeri gəlmişkən, "bəla" sözündən dırnaqları atardım 

– kim olmağından asılı olmayaraq övlad itirən valideynlərin 

əzab çəkməsinə şübhə etmək günahdır. 

*** 

Ancaq Stalinin çəkdiyi dərdin səmimiliyinə necə 




 542 

şübhələnməyəsən ki, sevimli arvadının intihar etməsindən sonra

görünür, onun TxətrinəU Alilluyevanın ən yaxın qohumlarını qırıb 

çatdı, müharibədə ölən oğlu Yakovun arvadını sürgünə göndərdi, 

bacanağı və gənclik dostu Svanidzeni güllələtdirdi. 

*** 

Stalinin xarakterindəki patoloji zülmkarlıqla yanaşı, 

ikiüzlülük də  əsas cəhətdirmi? Özünün əsl və ya xəstə 

təxəyyülü ilə uydurduğu düşmənlərinə - rəqiblərinə qarşı 

göstərdiyi cəlladlıq və amansızlıq elə onlara - dostlarına və 

silahdaşlarına, onların ailə üzvlərinə qarşı büruzə verdiyi 

dəhşətli riyakarlıqla qəribə  şəkildə birləşir. O, öz fotosunu 

M.Tomskiyə bağışlarkən fotosunun arxasında ürək titrədən 

sözlər yazır - "dostum Mişa Tomskiyə", bu sözləri onu intihara 

məcbur elədiyi zaman və "dostu Mişanın" bütün ailə üzvlərinin 

öldürməsi  ərəfəsində yazır. Eyni üslubla vaxtilə  gənc Kobanı, 

sözün  əsl mənasında, ölümün cəngindən alan Məmməd  Əmin 

Rəsulzadənin qoca anasını, arvadını sürgünə yollayır, cavan 

oğlunu güllələtdirir. Mənə deyirlər ki, Stalinin Rəsulzadənin 

ailə üzvlərinin başına gətirilənlərdən xəbəri olmaya da bilərdi

yaxşı, Tomskinin, Orjenikidzenin, Svanidzenin, Yenunidzenin, 

ona  şəxsən yaxın olan bir çox şəxslərin ailə üzvlərinin başına 

gətirilənlərdən ki, xəbərdar idi. 



*** 

Təkrar edirəm, barəsində ölüm hökmü kəsilən ailə üzvləri, 

azyaşlı uşaqları haqqında o, hər şeyi bilirdi. Təsəvvür eləsək ki, 

doğrudan da, ataların günahı yüzdə-yüz sübut olunmuşdu, bəs 

onların arvadlarının, azyaşlı uşaqlarının günahı nə idi? 

*** 

"Oğul ataya cavabdeh deyil" - bunu Stalin bəyan etmişdi və 

uşaqları kiminsə övladları olduğu üçün güllələtdirirdi. Burada 

hansı  cəhət özünü daha çox büruzə verir – ifrat  amansızlıq, 

yoxsa tayı-bərabəri olmayan ikiüzlülük? 

*** 

Güman etmək lazım deyil ki, terror maşını öz-özünə 




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə