Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə156/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   152   153   154   155   156   157   158   159   ...   219

 522 

ana dilində danışmağı qadağan edir, türk dilində olan məktəb 

və qəzetləri qapadır. Mən dedim ki, Jivkovu mən də əsl faşist 

sayıram, Maqsud isə özünəməxsus yumorla türk yazarını 

sakitləşdirdi: "Mən Bakıda  şəhərdənkənar kəndlərin birindəki 

bağ evində yaşayıram, orada mənə hamı hörmət edir, – dedi, – 

mən kənd sakinlərinə itlərin adını  dəyişib Todor Jivkov 

qoymağını təklif etdim və bu adı harda bərkdən çəksən, itlər o 

saat hürüşürlərU. Qocagöz sarsılmışdı: "Türk mətbuatında 

hökmən bu barədə yazacağam". 



*** 

Mənim çıxışım  şifahi olsa da, tezisləri durur. Orada dedim 

ki, şəxsiyyətəpərəstiş dövründə pərəstişdən danışmaq mümkün 

deyildi, bu anlayışın özü cəmiyyətin o dövrdə  qərarlaşan 

təfəkkürünə yeriməmişdi. Xruşşovun dövründə Stalin 

şəxsiyyətinə pərəstişin adına istənilən söyüşü yağdırmaq olardı, 

ancaq biz güman etmirdik ki, volyuntarizm dövrünü yaşayırıq. 

Yəni bütün həyatı boyu proza ilə danışmasına təəccüblənən 

Molyerin qəhrəmanı kimi, volyuntarizm dövründə yaşadığımızı 

kəsdirmirdik. 

Nəhayət, durğunluq dövründə, qulağımızın dibinə  qədər 

donub qaldığımız dövrdə bilmirdik ki, məhz bu dövr sonradan 

durğunluq adlanacaqdır. Onu da bilirdik ki, nəinki bu dövrü

volyuntarizm dövrünü də, hətta şəxsiyyətəpərəstiş dönəmini də, 

ümumən sovet tarixinin müxtəlif dövrlərinin heç birini tənqid 

etmək olmazdı. Uzun illər  ərzində ilk dəfədir elə bir dövrdə 

yaşayırıq ki, (düzdür, onun nə vaxt sona çatacağını və bundan 

sonra necə adlanacağını bilmirik) onu, içində yaşaya-yaşaya az 

da olsa, tənqid edə bilirik. Bu dövrdə bizə demokratiyadan 

danışırlar, onu da eşidirik ki, demokratiya ağzına gələni 

danışmaq deyil. Çox gözəl, amma icazəli demokratiya da 

demokratiya sayıla bilməz. 



*** 

Elə günü bu gün, üstündən illər ötəndən sonra yox, içində 

yaşadığım dönəmi özüm üçün müəyyənləşdirməyə  cəhd 



 523 

edirəm: cəmiyyətimiz nə  cəmiyyətdir, biz hansı ideyanın 

daşıyıcılarıyıq – bizim cəmiyyətimiz, ideyamız bütün 

çaşqınlıqlarına, qanlı cinayətlərinə, faciəvi, dəhşətli səhvlərinə 

baxmayaraq, tarixin inkişafında daha yüksək bir mərhələdir? 

Yaxud tarixin öz yolundan sarpmasıdır? Mənə belə gəlir ki, bu 

suala birmənalı şəkildə cavab vermək olmaz, şübhə də həmişə 

bəhrəsiz olmur, yeri gəlmişkən deyim ki, şübhələnməyin zərəri 

barədə fikir – Platonovun qəhrəmanı  şəkkak Makara lənət 

olsun – sırf dini təfəkkürdür və marksist təlimə daha çox məhz 

təfəkkürün dini modeli ziyan vurmuşdur. Sadəcə, bir 

peyğəmbərin  əvəzinə digərləri gəldi, kimlərsə  cənnəti filan 

yerdə  vəd eləyirdilər, indi cənnət başqa yerdə  vəd olunur – 

baxın, ən qabaqcıl təlimdə çox şey doqmalarla üst-üstə düşür. 

Beləliklə, mənim fikrimcə, demokratiya – təfəkkürün istər dini, 

istərsə  də sektant-sxolastik doqmalardan yaxa qurtarmasıdır. 

Məhz, sənin özünəməxsus  əqidənə qarşı  şübhələnməyin 

demokratiyaya doğru ilk addımdır. 

Paradoks: Marksizm-leninizm dövlət ideologiyasına (yəni 

dinə) çevrilməsə idi, inkişaf baxımından, müxtəlif  şəraitlərdə 

dəyişikliyə  uğramaq, planetin ən müxtəlif guşələrində 

uyğunlaşma prosesi keçirmək, dəyişən dünya ilə bərabər olaraq 

təbəddülat nöqteyi-nəzərindən çox şey qazana bilərdi. Deyək 

ki, xristianlıqda olduğu kimi. Çünki marksizm hakim 

ideologiyaya çevrilərək dövlət strukturları ilə  bərabər 

cəmiyyətin inkişafı boyu baş verən bütün qüsur və 

ədalətsizliklərinə  şərik çıxır. Başqa sözlə desək, alternativ və 

müxalif bir ideya kimi öz cazibəsini itirir. 



*** 

J.P.Sartr 1963-cü ildə Praqada deyirdi: – "Mənim fikrimcə, 

hər bir əsrdə yalnız bir böyük mövzu mövcud olur. Məsələn, 

bizim  əsrdə  qərarlaşan roman mövzusu – XVI əsrin məhsulu 

olan TDon KixotU və XIX əsrin məhsulu olan THərb və SülhU 

kimi – yalnız bir mövzu ola bilərdi – 1917-ci ildən etibarən 

bizim günlərə  qədər sosializmin təcrübəsi. Bizim əsrin baş 



 524 

mövzusu budur… İnsan həyatının kontekstindən baxanda, 

dəqiq söyləməli olsaq, bizim yüzilin romanının mövqeyindən 

nəzər yetirdikdə, azacıq da olsa şübhə yeri qalmır ki, Stalin 

deformasiyası ilə  bərabər sosializm baş mövzuya çevrilir… 

Mütləq  əxlaq yoxdur. Yeganə meyar təcrübədir, inqilabi 

təcrübə. Bu, o deməkdirmi ki, məqsəd vasitəyə  bəraət 

qazandırır? Yox, yenə  də yox. Belə ki, düzgün olmayan, 

yerində  işlənməyən vasitə  məqsəddən yayınmaqla nəticələnə 

bilər. Hegel yazırdı: "Məqsəd ona nail olmaq üçün istifadə 

olunan vasitələrin məcmusudur". Bir anlığa təsəvvür edək ki, 

dünyanı xilas etmək üçün sistematik şəkildə yalan danışmaq və 

mistifikasiyalar irəli sürmək tələb olunur. Bu vasitələrin 

köməyi ilə azad olan cəmiyyət bizim təsəvvür edə biləcəyimiz 

cəmiyyətdən son dərəcə fərqli bir şey olardı. Bu, hər gün yalan 

danışıb mistifikasiyalara uyan insanlar yığımından ibarət bir 

cəmiyyət olardı. Bu, tamamilə yabançılaşmış insan 

cəmiyyətinə çevrilmiş olardı. İnqilabi intellektualın da vəzifəsi 

ondan ibarətdir ki, istənilən anda vasitə qarşıya qoyulan 

məqsədə uyğun gəlmədiyini hiss etdikdə, bunu bəyan etsin". 



*** 

Millətçilik səhrada yeganə  ağac olmaq arzusudursa, 

beynəlmiləlçilik meşədə müstəqil ağac olmaq arzusudur

müxtəlif meyvə bitirən, yarpaqları, kökü, gövdəsi fərqli olan, 

ancaq birlikdə yer övladları olan, eyni havanı udan, ümumi 

günəşli səmanın altında demokratiya atmosferini təmiz 

saxlamağa çalışan şəxslərin arzusu. 

*** 

Demokratiya sivilizasiyanın öz-özünə meydana gələn, 

özözünü tənzimləyən bir fenomeni olsa da, burada hansısa bir 

metafizik qorxu da gizlənmişdir, çünki demokratiya çoxluğun 

rəyidirsə, çoxluq isə demokratiyaya qarşıdırsa, bu son dərəcə 

mürəkkəb sillogizmi necə  həll etməli – antidemokratik 

çoxluğun iradəsinin təsdiqi demokratiyanın təntənəsi, yoxsa 

məhvidir? Tiran hökmranlığının tam təntənəsinin qərarlaşması 




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə