Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə153/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   149   150   151   152   153   154   155   156   ...   219

 513 

qəzetində çap olunmuşdu) onun iş yoldaşları, o cümlədən Bakı 

jurnalisti Q.Oqanovun fəal müdaxiləsi ilə  Fərhad üçün 

obstruksiya yaratdılar, onu pisikdirdilər və uzun illərdən bəri 

işlədiyi qəzetdən ("Sovetskaya kultura") qovulmaq məsələsini 

qaldırdılar. Mən, "Sovetskaya kultura" qəzetinə  Fərhadı 

müdafiə etmək üçün məktub yazdım, məktubu mənimlə 

birlikdə Maqsud İbrahimbəyov,  Əkrəm  Əylisli və  Fərhad 

Bədəlbəyli imzaladı. Düzdür, məktub heç bir nəticə vermədi. 

Fərhad oradan çıxarıldı. Ancaq Sisiyanovun "Gəncə" sözünü 

xalqın yaddaşından silib-süpürmək niyyəti də baş tutmadı. Bu 

gün xalqın yaddaşında təkcə Abbasabad və Yelizavetpol kimi 

adlar yox, həm də son illərin Kirovabad sözü də yaşamır. 

Gəncə isə min il bundan əvvəllər mövcud olan Gəncədir. 



*** 

Üç  əbədi sual var ki, cavabsızdır.  İkisi fiziki dünyayla 

mövcudluğun mahiyyəti – zamanın əvvəli və sonu ilə bağlıdır. 

Məkan harada başlayıb, harada qurtarır? Üçüncü sual  sosial 

xarakterlidir: azadlıq nədir, azadlığın məhdudlaşdırılması  nə 

deməkdir? Təsəvvür edək ki, mən camaatı azadlığın 

məhdudlaşdırılmasına çağırıram. Buna qadağa qoymaq azadlığı 

boğmaqdır, icazə vermək onu məhv etməkdir. 



*** 

İnsanın təbii keyfiyyətləri sırasında onun təbiətinə xas olan, 

azadlıq və müstəqillik problemləriylə bağlı üzə  çıxan ikili 

münasibəti göstərmək olar. Yaxud başqa sözlərlə desək, bu 

münasibət demokratiya və tiranlıq  şəklində zühur edir. İnsanı 

kiminsə onun üzərindəki hökmranlığı  əzəndə onun təbiətində 

asılılığa nifrət hissi baş qaldırır və o, azadlıq və demokratiyaya 

susayır. Azadlığı, daha doğrusu, seçim azadlığını əldə etdikdən 

sonra o, çoxvariantlı seçim qarşısında özünü itirir, qəti qərar 

qəbul etməkdən çəkinir. Bundan başqa, demokratiya 

başqalarına da özünəməxsus rəyə malik olmaq imkanı verir, 

olsun ki, bu rəy sənin rəyinlə üst-üstə düşməsin, onunla əkslik 

təşkil etsin. İdeya, fikir, söz və əməl mübarizəsində qalib gələ 



 514 

bilməsən, hər  şey gözünə anarxiya şəklində görünəcək, bütün 

bunlar sənə  əvvəlcə sövq-təbii təsir bağışlasa da, sonra tam 

şüurlu  şəkildə istəyəcəksən ki, hamı üçün vahid ictimai 

davranış formasını, qayda-qanunu bərqərar edən möhkəm  əl 

gəlsin. Bu möhkəm  ələ  sən də, sənin opponentlərin də tabe 

olsun (razılaşsalar da, razılaşmasalar da). Yəni öz 

hərəkətlərinin məsuliyyətini başqalarının üzərinə qoyursan – 

elə buradan da asılılıq, başqalarının iradəsinə tabe olmaq istəyi 

cücərir. Həmin hisslər təzədən səni sıxıb suyunu çıxarır, azad 

olmaq arzunu boğur, insana xas olan azadlıq ehtirasını xıncım-

xıncım edir. 



*** 

Yeri gəlmişkən, azadlıq deyilən  şey təsəvvür olunan qədər 

də sadə  və birmənalı deyildir. Azadlıq, doğru deyirlər ki, 

anarxiya deyil. Ancaq icazəli azadlıq da azadlıq deyil. Bu 

problemlə bağlı bir neçə  məlum nümunəni xatırladaq. Volter 

deyirdi ki, mən heç vaxt sizin rəyinizlə razılaşmaram, ancaq 

həyatımı verərdim ki, siz onu demək imkanına malik olasınız. 

İkinci analogiya – bu, bir az kobud analogiyadır – mənim 

yumruğumun azadlığı sənin burnunun bir neçə millimetrliyində 

qurtarır. Və  nəhayət, uzun illər boyu məndə  dərin təəssürat 

oyadan və müxtəlif  şəraitlərdə  dəfələrlə  təkrar etdiyim sözlər. 

ABŞ-da olarkən hansısa dini xadimin çıxışını dinlədim (təbii 

ki, tərcümədə). Bu o vaxt idi ki, Amerika həyəcan içində 

yaşayırdı. Ağ Evin qarşısında Uotorqeyt münaqişəsi özünün ən 

yüksək məqamına yetişmişdi, bura bizi ekskursiyaya 

aparmışdılar, təəccüblənirdik ki, turistləri Amerika 

Prezidentinin iqamətgahı olan Ağ Evə ekskursiyaya gətiriblər. 

Prezidentin dairəvi kabinetinə  və bir çox vacib dövlət 

kabinetlərinə baş  çəkdik. Maqsud bələdçidən Niksonun yataq 

otağının harada olmağını soruşurdu. Elə Ağ Evin ərazisindəcə, 

az qala prezidentin kabinetində bizə kağız ötürdülər, orada 

yazılmışdı: "Amerikanı yalançı Niksondan xilas edin", Ağ Evin 

qarşısında isə  əllərində Niksonun əleyhinə plakatlar və onun 



 515 

portretləri, bir də əynində zolaqlı türmə geyimi çəkilmiş, türmə 

barmaqlıqları arxasında təsvir edilən o vaxtkı vitse-prezidentin 

(səhv eləmirəmsə, Aqnyu) portretini tutan piket var idi. 

Televizorda keşişin çıxışında ömrüm boyu yadımdan çıxmayan 

sözlər isə bax, budur: "Amerikanın Atlantika sahilində, Nyu-

Yorkda Azadlıq heykəli ucalır. Gərək biz başqa bir 

monumental abidəni – Məsuliyyət heykəlini Amerikanın o biri 

tərəfində Sakit okean sahilində, məsələn, San-Fransiskoda 

ucaldaq, ölkəmiz azadlıqla məsuliyyət arasında yaşadığını dərk 

etsin, çünki məsuliyətsiz azadlıq ola bilməz". 

*** 

Yuxarıdakı qeydlərin altına tarix qoymasam da, onların 80-

ci illərin ikinci yarısına aid olduğu aydındır, bu zaman SSRİ-də 

yenidənqurma və  aşkarlıq dövründə demokratik alternativ, 

düşüncə azadlığının müəyyən toxumları peyda olmağa 

başlamışdı. Ancaq bu günlərdə (1997-ci ilin martında) 

"Literaturnaya qazeta"da (5 mart – Stalinin ölümü günü) 

rəhmətlik Andrey Sinyavski – Abram Tersin "Dissidentlik 

şəxsi təcrübə kimi" adlı böyük essesini oxudum. Mənim bir çox 

düşüncələrimin Sinyavskinin fikirləri ilə üst-üstə düşməsi məni 

bir o qədər də  təəccübləndirmədi – bunun özünəməxsus izahı 

var, axı biz eyni zamanda və eyni bir cəmiyyətdə yaşamışıq – 

təəccüblü olan onların Dostoyevskinin fikirləri ilə üst-üstə 

düşməsində idi. Etiraf edim ki, həmin fikirləri xatırlamırdım. 

Bunlar mənim,  şübhəsiz ki, çox-çox əvvəllər mütaliə etdiyim 

"Karamazov qardaşları" romanından idi. Bəla da elə budur – 

kitablara bir daha üz tutmaq imkanın olmayanda özün üçün 

sərbəstcə mühakimələr yürüdür və guya bəzi-bəzi həqiqətləri 

də yenidən TkəşfU edirsən. Ancaq məlum olur ki, bu 

həqiqətlər haqqında sənə qədər də deyilib və onları səndən çox 

əvvəl kimlərsə  kəşf edib. Nəhayət, Sinyavskinin essesində 

Dostoyevskinin adının xatırlandığı yerə qayıdaq: "Bəlkə 

Dostoyevskinin dahi inkivizatoru belə bir fikrində haqlı idi ki, 

insanlar azadlığı sevmir, ondan qorxurlar, onlar bu həyatda 




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə