Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə154/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   150   151   152   153   154   155   156   157   ...   219

 516 

çörək, avtoritet və möcüzə kimi dayaqlar axtarırlar?  İnsanlar 

kimin qarşısında  əyilməyin fərqinə varmadan günlərin birində 

öz azadlıqlarını verdikləri hansısa nüfuzlu şəxsin qarşısında 

əyilmək istəyirlər…T Bundan sonra Sinyavski özü əlavə edir: 

"Qərb disidentlərinə münasibətdə konformizmin əsas təhlükəsi 

ondan ibarətdir ki, insanlar birlikdə baş  əyməli olduqları 

ümumi büt axtarışına çıxıblar". 



*** 

Deyirlər: üslub elə insanın özüdür. Ancaq üslub həm də 

cəmiyyət deməkdir. Bu gün bizim dona bürünmüş 

cəmiyyətimizin üslubu demaqogiya və ritorikadır. Sözün 

magiyası – Natiqlərin nitq irad edərkən işlətdikləri cadugərlik 

nümunəsi. Bu ölkənin  əbədi xəstəliyi olan bürokratiya ilə 

bərabər cəmiyyət uzun illərin susqunluğundan sonra söz içində 

itib-batıb. Belə  cəfəng sözlərin içində qurunun altıda bir 

hissəsini təşkil edən məmləkəti batırmaq olar. İndi cəmiyyət 

söz xəstəliyinə tutulub, necə ki, əvvəllər lallıq azarına mübtəla 

olmuşdu. Klişelənmiş söz cərgələri – anlayışlar – bunlar elə 

təfəkkürün qəlibləridir. Ritorik fiqurlar – bunlar reallığın 

yalançı  əlamətləridir. Heç nə ifadə eləməyən ritorik pasajlar. 

Ritorika demaqogiyanın bədii-publisistik, orator ifadəsidir. 



*** 

Sözlər, sözlər, sözlər… daha nə qalır? Yenə  də Hamlet 

demişkən, yerdə qalan sükutdu bəlkə? Daha dəqiq söyləsək: 

"Bundan sonra – sükut". Yaxud Hamletin yox, öz sözlərimlə 

desəm: "Ən yaxşısı sükutdu bəlkə?" 

*** 

Bu qədər söz axını, hirs, "hay-küy və hiddətdən" sonra bu 

cəmiyyətin uzun müddət inadkarlıqla burnundan vurub 

itələdiyi dəyərlərə qayıda bilərikmi – zülmə qarşı zor 

işlətməmək  – Tolstoyun, M.Handinin, Martin Lüter Kinqin 

həqiqətinə tapına bilərikmi? 



*** 

Yazıçı-eksperimentatorun kitabını oxudum. Bu kitab 




 517 

laboratoriya  ədəbiyyatı yox, laboratoriya kolbasında yaradılan 

ədəbiyyatdır. Bəzən kitab oxuyanda eynək lazım olur, bu kitab 

üçün isə mikroskop tələb olunur. Ancaq mikroskopla oxuyub 

kitabdan nə zövq almaq olar, üstəlik mikroskopun özü ilə nəyi 

ayırd etmək olar ki. Burada hər  şey qeyri-müəyyəndir, aydın 

olan  şey isə maraqlı deyildir. Aydın olmayan şeyin yeganə 

TdəyəriU elə namüəyyənlikdir, aydın olan şeyin isə heç bir 

dəyəri yoxdur. 

*** 

"Kənd yazıçılarının" bütün şəhər intellegensiyasına 

bəslədiyi nifrətin səbəbi həyat nemətləri əldə edilərkən qismətə 

düşən pay üstündə, eyni zamanda, – bəlkə  də ilk növbədə  

mənəvi dəyərlərin – kitab, muzey və konsertlərə 

münasibətlərdə taleyin ədalətsizliyinə görə dərin və qeyri-şüuri 

bir hissiyyatdadır. "Biz bu torpağın üzərində kartof əkib yer 

becərəndə, siz Rilkedən tutmuş Lorkaya qədər bütün yazıçı-

şairləri oxuyurdunuz". 

*** 

İntellegensiyaya qarşı  bəslənən bu aqressivlik ruhən 

aristokrat olanlara qarşı  qısqanc münasibət bəsləməyin  əbədi 

səbəbidir, eyni zamanda isə bu təkcə intellegensiyanın yox, ona 

qarşı kor bir qəzəblə  çıxan bütün insanların başına gələn 

sonsuz bədbəxtliklərin səbəbidir. "Bizim ziyalıların 80%-ni 

güllələmək lazımdır", – "Azadlıq" qəzetinin səhifələrində 

oxuculardan biri belə yazır. "Mədəniyyət sözü gələndə  əlimi 

tapançama atıram" – Hitlerin ideoloqlarından biri belə demişdi. 

TYaman ağıllısanU – sovet dönəmində ucu-bucağı 

görünməyən növbələrdə eynək taxanlara istehzayla belə 

deyirdilər, bu sözü tramvay növbələrində sürücü və 

konduktorlar, piştaxta arxasında satıcılar və taleyin hər  şeyi 

ziyalılara verib, onlara qıymaması üstündə şikayətlənən hər kəs 

deyir və dedikcə usanmır, onlara elə  gəlir ki, ziyalılar bu 

adamların başına gələn hər bir bədbəxtliyin səbəbidir ki, var. 

Mayakovski "nəyə görə  fəhlələr sizi oxumur və başa düşmür, 



 518 

ziyalılar isə dişinin dibindən çıxanı deyir" sualına belə cavab 

vermişdi: "Fəhlələr məni oxumursa, nə bilirlər ki, məni başa 

düşmürlər. Ziyalıların məni söyməyinə  gəldikdə isə, "ziyalı" 

sözü elə söyüşdür də...U Ziyalıların tərifini Sabit Rəhman öz 

komediyalarının birində belə verir: "Marks yaxşı deyib ki, 

ziyalıdan adam olmaz". Yeri gəlmişkən, bu, Marksın ziyalılara 

münasibətinin bəlkə də ən doğru-düzgün ifadəsidir. Uzun illər 

boyu sovet mentalitetində belə bir düstur yaranıb 

formalaşmışdı: fəhlələr, kəndlilər və onlara xidmət edən 

ziyalılar. Görürsünüzmü, ziyalıların rolu xidmət 

göstərməsindədir.  Ancaq ziyalılığa düşmənçilik çox zaman 

kənardan yox, onun öz içindən, öz mahiyyətini ya qorxu, ya da 

populist təsəvvürlər ucundan satmağa hazır olan 

kollobrasionistlər tərəfindən bəslənilir və elə onların öz içindən 

qaynayıb çıxan bu kor qərəz hissi gec-tez bütün ziyalıların da, 

qeyri-ziyalıların da, yarımziyalıların da başında çatlayır. Bu 

zaman o, hamını  əzib məhv edir, hətta nəyə görə ölməsinin 

səbəbini kəsdirməyən insanların da əzib suyunu çıxarır. Bircə 

gec, lap gec dərk edilən günah hissi qalır ki, daha bunun 

izahının da heç kəsə isti-soyuğu yoxdur. Ziyalılığın 

manqurtluğu – təkcə avtomat, tank, hakimiyyət və  qələmlə 

silahlanmış istilaçılarla  əməkdaşlıq etməkdən ibarət deyildir. 

Bu həm də  zülm, nadanlıq səltənətinin hökmranlığı ilə 

barışmaq, maarif işığının üstünə ayaq alıb yeriməkdir. Belə bir 

ziyalı tipini C.Məmmədquluzadə ölməz "Ölülər"ində poçt 

müdiri və müəllim obrazlarında dəqiq ifadə etmişdir. 

 

*** 

Dünən (8 fevral, 1985-ci il) Mirzə  İbrahimovun mənə 

yolladığı A.B.Reznikin "İran" kitabını oxudum (Şah rejiminin 

iflası. Moskva, Siyasi ədəbiyyat nəşriyyatı, 1983). Bu kitabda 

çoxlu maraqlı faktlarla üzləşdim. SAVAK-ın türməsində yatan 

Ayətullah Taleqani amansız cəzalara düçar olmuşdur. Atası 

Rza şah tərəfindən öldürülən Şahpur Bəxtiyarın özü İspaniyada 




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə