Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə147/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   143   144   145   146   147   148   149   150   ...   219

 494 

böyüklüyü - böyük Ermənistan haqqında xülyayla tarixi 

məzlumluq, inciklik və məhkumluq arasında yalnız boşluq var?  

Burada, doğrudanmı, təbii, ya süni kədərdən başqa həyatın 

rəngarəng spektrindən heç nə yoxdur? Yaxşı yadımdadır, bir 

neçə il qabaq Eçmiədzində olanda hər addımbaşı guya 

TsoyqırımıU qurbanlarına qoyulan abidələrlə rastlaşırdım və 

bu məni heyrətləndirirdi. Bu abidələr niyə belə çoxdur, – deyə 

soruşdum. Bax bu abidə erməni  əsilli amerikan milyonerinin 

hədiyyəsidir, bu isə fransız, bax o biri italyan ermənisinin 

hədiyyələridir - mənə belə cavab verirdilər. Doğrudanmı, sizin 

tarixinizdə  işıqlı, nikbin bir hadisə olmayıb ki, dünyaya 

gözünüzü açan kimi keçmişin məhz bu üzünü – dərdi,  əzabı, 

qırğını, matəmi yada salıb ağlayırsınız? 

Üstündən bir neçə il keçəndən sonra Parisdəki "Fiqaro" 

qəzetinin müxbirinin suallarına cavab verərkən dedim ki, 

Yerevanda keçirilən mitinqlərdə  səsləndirilən bəzi  şüarlar 

mazoxizm təsiri oyadır: "Rus-Türk-Azərbaycan blokunu 

erməni qanına batıraq", yaxud "rus əsgərini bizə güllə atmağa 

məcbur edək". Bakıda mənimlə görüşən müxbir mənim 

sözlərimi öz bildiyi kimi belə  təqdim etmişdi: TAnar bəyan 

edir ki, bütün ermənilər mazoxistdirU və bu cümlə çap olunar-

olunmaz aləm dəydi bir-birinə. Bundan sonra mənə 

Ermənistandan təhdidedici məktublar gəlməyə başladı, bu 

məktubların bir neçəsində erməni terroristlərinin qətlə yetirdiyi 

şəxslərin siyahısı verilirdi: biz Ənvər Paşanı, Camal Paşanı, 

Tələt Paşanı (qətlin vaxtı  və yeri göstərilirdi) öldürmüşük, 

əlimiz sənə  də çatar. Zəng edib arvadımı qorxudurdular ki, 

tezliklə məni qətlə yetirəcəklər. Ən dəhşətlisi isə uzaq Qarabağ 

kəndlərinin birində yaşayan kəndlinin savadsız rus dilində 

yazdığı məktubu idi. Demə, bu uzaq kənd sakini nəinki fransız 

qəzeti "Fiqaro"nu oxuyur, həm də "mazoxizm" sözünün də 

mənasını gözəl anlayırmış və bu ifadəmə görə məndən inciyib. 

Məsələ  şişib-şişib Sov.İKP MK-ya, Qorbaçova çatdı. 

Azərbaycan və erməni deputatları ilə görüşündə (o zaman mən 



 495 

İttifaq səviyyəli deputat deyildim) Ermənistan Yazıçılar 

Birliyinin sədri Vardqes Petrosyan (sonralar Yerevanda öz 

evinin kandarında  şübhəli bir şəraitdə  qətlə yetirilmişdi) bu 

məsələni Qorbaçovun diqqətinə çatdırdı, məni erməni fobiyası 

yaratmaqda, milli düşmənçilik toxumu səpməkdə 

günahlandırdı. Bu məclisdə  məni Mirzə  İbrahimov müdafiə 

etdi. Bunu yaddan çıxarmaq olarmı?  

Bu da yadımdadır ki, hələ bu hadisələr baş verməmişdən çox-

çox  əvvəl, daha dəqiqi Qarabağ konfliktinin başlanmasından bir 

neçə il qabaq Suren Ayvazyan adlı bir nəfər Sov.İKP MK-ya 

haqqında film çəkdiyimiz Qaçaq Nəbinin adına hədyanlar 

yazmışdı. Bunu eşidən kimi, mən S.Ayvazyanın  əlində  dəstavuz 

etdiyi yalançı faktlar barədə Sov. İKP MK-ya məktub yolladım. 

Üstündən bir az ötəndən sonra o zaman bizim MK-da işləyən, 

rəhmətlik Qəşəm Aslanov məni dəvət etdi və dedi ki, sənin 

məktubun Sov. İKP MK-ya çatıb, ona münasibət yaxşıdır, Qaçaq 

Nəbi haqqında film ekranlara buraxılacaq. Ancaq Qəşəm bu 

sözləri də əlavə etdi: "Ancaq unutma ki, Sov. İKP MK-nın sənin 

məktubun baxılan şöbəsində on altı erməni işləyir, onlar bunu nə 

vaxtsa sənin yadına salacaqlarU. Qəşəmin sözü doğru çıxdı. 

*** 

Yağış yağır – bu, kökündən dəyişilmiş dünyada mənə tanış 

olan yeganə nəsnədir (televiziya verilişlərinin birində dediyim 

və "Qırmızı limuzin" hekayəsində işlətdiyim bu fikri sonralar, 

1996-cı ildə "Arqumentı i faktı" qəzetində sitat gətirmişdilər). 

Yadıma gəlir ki, o vaxt hakimiyyətdə Xalq Cəbhəsi idi, həmin 

televiziya verilişindən sonra Vaqulya (V.Səmədoğlu) mənə 

zəng eləyib dedi ki, sən getdikcə  mənim  şerlərimə daha çox 

bənzəyirsən. "Yəni o mənada ki, heç kəs heç nə başa düşmür? 

– Atmaca ilə cavab verdim: – Nə  məni, nə  sənin  şerlərini? – 

Yox. O mənada ki, getdikcə  sən də  mənim  şerlərim kimi 

kədərli olursan. 



*** 

Onlar əvvəlcə mənə nifrət edirlər, sonra isə bu nifrətə səbəb 




 496 

axtarmağa başlayırlar. 



*** 

İctimai fikir quru yerdə hazırlanmır, onu illər boyu 

formalaşdırırlar.  Əgər senzuranın aradan götürüldüyü bir 

dövrdə  nə zamansa qadağan olunmuş, yaxud qara siyahılara 

salınmış  və ya xaricdə çap olunmuş  əsərlər (onlar yəqin ki, 

mövcud olmayıb) üzə çıxmırsa, bu gün müstəqil Azərbaycanın 

mövcud ictimai fikrini yetişdirən yeganə  mənbə bizim leqal 

ədəbiyyatımız sayılmalıdır. Bu ədəbiyyatın dəyəri isə  təkcə 

onun ictimai əhəmiyyət daşıması ilə yox, həm də yüksək 

estetik bədii səviyyəsi ilə  şərtlənir. Demək olar ki, altmışıncı 

illərdə  ədəbiyyata gələn nəslin bir neçə nasirlərinin səyi 

hesabına yaradılan gözəl nəsr nümunələrinə Azərbaycan 

ədəbiyyatında daha əvvəllər rast gəlinməyib. Axı bu faktı necə 

inkar etmək olar, yaxud belə bir tarixi ədəbi faktın üzərindən 

necə sükutla keçmək olar? Olmaz, ancaq buna cəhd edənlər 

var. Görünür, altmışıncıların  ədəbi ideyaları  təkcə özlərinin 

davamçılarını deyil, həm də davamçı olsa da, bu varisliyi 

dananları, öz kökünü və  mənbəyini inkar etməyə çalışan 

opponentlərini də yetişdirmişdir. Nə  qədər qəribə olsa da, 

totalitar dövrün ictimai təfəkküründəki bəla – relikt halında bu 

gün də yaşayır: nankorluq və keçmişə münasibətdə naşükürlük, 

özündən  əvvəl  gələnin kökünü baltalamaq, yerlə-yeksan 

etmək, mövcud olan hər  şeyi bir düsturun üzərinə  gətirmək, 

Keçmişdən keçib bu günə gəlib çıxan, hələ yaşayan, nəfəs alan 

hər şeyi – zoğları, pöhrələri qırıb çatmaq ehtirası. 

Totalitar keçmişə totalitar münasibət – bizim yaşadığımız 

dünyanın elan edilməsə  də, görünməz bir əllə idarə olunub 

fəaliyyət göstərən əsas şüarı bax budur. Daha dəqiq desək, belə 

bir təfəkkür tipi ki, onu təkidlə cəmiyyətə sırımaq istəyirlər. 

 

Yanvar, 1993 



*** 

Bizim nəslin – altmışıncıların faciəsi Sovet sistemində  və 

Brejnevin hakimiyyəti dövründə ümidlərimizin boşa 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə