Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə143/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   139   140   141   142   143   144   145   146   ...   219

 482 

boğazdır, amma su yox, quru boğazıdır. 



*** 

Stalinin avam xalq kütləsi üçün cəlbedici xüsusiyyətlərindən 

daha biri – onun dəyərləndirmədə sabitliyi, həyat, siyasət, 

iqtisadiyyat, fəlsəfə sahəsinə aid məlumatları  bəsitləşdirməyi, 

onları, məsələn, yaxşı-pis, qara-ağ, dost-düşmən tipli yığcam 

işarələrlə ifadə etmək bacarığıdır. 



*** 

Bəli, Stalin mifdir. Arqumentlərin, dəlil-sübutların, hətta 

təkzibedilməz faktların,  şahid ifadələrinin köməyilə miflə 

mübarizə aparmaq mümkün olan iş deyil. Çünki mif və 

gerçəklik – dünyaya iki fərqli baxış, iki fərqli qavrayış 

üsuludur. Onlar bir-birinə  qəti  şəkildə uyğun gəlmir. Məkrli 

Amerika imperializminə qarşı mübarizə stereotipləri ilə beyni 

dolan bir çoxlarını  İslamla xristianlığın qarşıdurması 

kontekstində  Səddam Hüseynin hərəkətlərini adekvat şəklində 

qiymətləndirməyə inandırmaq çətindir. Azərbaycanda 

Səddamın real vəziyyət və gerçəkliyin istənilən arqumentini 

qulaqardına vuran bu qədər fanatik tərəfdarları varkən Stalin 

toya getməlidir. 

Stalin mifi kütləvi  şüura bir neçə  nəsil boyu hesablanmış 

ehtiyatla bərabər yeridilmişdir. Onun ardıcılı isə özünü əsl hava 

terroristi kimi aparır: təyyarəni partladaram, özüm də, bütün 

sərnişinlər və ekipaj da məhv olub gedər (yəni mən ölsəm, bütün 

ölkəm məhv olar, bizimlə  bərabər isə bütün dünya). Hava 

terroristləri kimi şantajın yerimədiyini və öz həyatının təhlükə 

altında olduğunu anladıqdan sonra tüpürdüyünü yalamağa başladı. 

Bu hərəkəti ilə o, az qalmışdı ki, cahil tərsliyi ilə heç nə qanmayan 

tərəfdarlarını məyus etsin. (12 il sonra Səddamın bu xislətini həyat 

özü təsdiq etdi. – 2004-cü ilin qeydi). 

*** 

Bu sistemi Stalinmi yaradıb, yoxsa sistem Stalini yaradıb? Əgər 

bu sualı bir neçə il qabaq versəydik, o, Sovet cəmiyyətinin 

əksəriyyəti tərəfindən dəhşətli bir təhqir kimi qəbul edilərdi. 




 483 

Cavab,  şübhəsiz ki, sərt və birmənalı olardı: bax bu şeytan və 

cəllad Stalin total təqib, danos, repressiya, dəhşətli cəzalar, 

təfəkkürü iflic edən, iradəni sındıran, gecə  həbsləri ilə qorxu 

toxumları səpən, ölü sükut zonası yaradan sistemi yaratmışdır. İndi 

isə vəziyyət tamamilə dəyişmişdir - əksinə Stalinin özünə sistemin 

doğurduğu bir hadisə kimi baxılır. Bir zaman yeni sənədlər (daha 

doğrusu, köhnə  sənədlər) meydana çıxanda aydın oldu ki, bütün 

bu dəhşətlər hələ Lenin epoxası ilə başlamışdı – tarixdə ilk həbs 

düşərgələri, çar ailəsinin qətli, din xadimlərinin kütləvi həbsi, 

amansız qırmızı terror, dəhşətli qərarlar, insafsız fərmanlar, insana 

qənim teleqramlar – güllələmək, rəhm etməmək, öldürmək, 

asmaq, boğmaq… 

Belə olduqda, sual meydana çıxır: – Leninmi bu sistemi 

yaratmışdı, yoxsa sistem Lenini? Nəzərə alsaq ki, başçı olsa da, 

Lenin inqilabi hərəkatın, oktyabr hadisələrinin və yenicə 

qurulan hökumətin fiqurlarından biri idi, nəzərə alsaq ki, hətta 

ən böyük siyasətçinin də  şəxsiyyəti öz-özlüyündə tarixin 

gedişini dəyişdirə bilmir, olsa-olsa ona bu və ya digər dərəcədə 

təsir göstərir, onda məntiqi nəticə alınır – sistem, sözün geniş 

mənasında, tarixin özü Lenini, leninizmi və bundan doğan 

Stalini və stalinizmi yaratmışdır. Tarix Lenini və Stalini seçdi 

və öz iradəsini onların vasitəsilə yeritdi. Sistemə belə  şəxslər 

lazım idi. Hansı sistem, hansı tarix? Şübhəsiz ki, çar 

Rusiyasının sistemi, onun tarixi. Görünür, bu sistem o qədər 

pozğun, insana qənim idi ki (bu gün monarxiya ovqatı üstündə 

köklənən bütün nostaljiyə – poruçik Qolisın və Kornet 

Obolenski haqqında mahnılara baxmayaraq), onu dağıtmaq, 

yerlə-yeksan etmək lazım gəldi, bunu isə bolşeviklər çox 

böyük uğurla həyata keçirdilər. Bəs onları  nəyə görə söyüb 

damğalayırlar? Görünür, tarixin özünün məntiqi bundan 

ibarətdir ki, öz şər potensialını tükədən bir zülm sistemi öz 

yerini formaca fərqli olsa da, mahiyyət etibarilə insana nifrət 

təbliğ edən digər sistemə verir. Qum saatının işləmə prinsipi. 

Yuxarı aşağıya, aşağı yuxarıya çevrilir. Dünən heç kəs olan, bu 



 484 

gün  ən qüdrətli  şəxsə çevrilir. Növbəti dövr yetişməyincə, 

əqrəblər fırlandıqca fırlanır, qum saatından qum töküldükcə 

tökülür. 

Görünür, bu qapalı faciə dairəsindən yeganə çıxış yolu zülm 

etməmək fəlsəfəsidir ki, bunu vaxtilə L.Tolstoy Rusiyanın 

yaxın gələcəyindən  narahat olaraq demişdi. Həmin  əqidəni 

apardıqları mübarizənin mənəvi təməli kimi götürən 

Hindistanda Mahatma Qandi və Amerikada Martin Lüter Kinq 

ona  əsaslanırdılar ki, sözügedən təlimdən, bu əsas prinsipdən 

Rusiyada olduğu kimi imtina etmək… dəhşətli  şeylərin 

meydana gəlməsinə yol açır. 

Bu gün yalnız bu fəlsəfə, yalnız bu mənəvi mövqe nifrətlə 

ləbələb dolan ölkəni xilas edə bilər. Reaktorlar (nüvə  və 

ekstremist) bir anın içində nəinki Rusiyanı və SSRİ məkanını, 

bütün dünyanı dağıda bilər, bütün bəşəriyyəti fiziki və mənəvi 

baxımdan darmadağın edə bilər. Özünün mənəvi ölümünü 

anlamayan bəşər  əhli fiziki cəhətdən qırılır, yoxsa insanların 

mənəvi ölümü nəticəsində onlar məhz özlərinin fiziki məhvinə 

hissiyyatsız və laqeyd şəkildə yanaşırlar? 

 

8 avqust, 1991 

 

*** 

Axundovun asıb-kəsməyən monarxdan narazılığı əks etdirən 

müdrik "Aldanmış  Kəvakib" pritçası bu gün konturları aydın 

şəkildə cızılan psixoloji fenomeni nişan verir – insanlar qeyri-

şüuri  şəkildə zalım hökmdarın gəlişini arzulayırlar (fərqi 

yoxdur monarx olsun, yaxud böyük bir idarənin müdiri olsun), 

çünki bu adamların yarımçıqlıq kompleksi belə bir 

özünətəlqinlə tamamlanır ki, onlar gücə tabedirlər, başqa çıxış 

yolu görmürlər. Yaxud belə bir özünətəlqin – təsəlli daha 

humanist bir formada meydana çıxır: bəli, bax mən o filankəs 

kimi uca-uca zirvələri fəth eləyə bilmədim. Ancaq mən zalım 

deyiləm, heç kəsə pisliyim keçməyib, heç kəsi bədbəxt 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə