Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə144/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   140   141   142   143   144   145   146   147   ...   219

 485 

eləməmişəm. Amma bu böyük başçı (fərqi yoxdur hökumətin, 

yoxsa idarənin başçısı) da xeyirxahdırsa, demək, bizim 

gərəksizliyimizi sübut edir. Bu çox dəhşətli bir hadisədir. Biz 

qorxduğumuz adamlarla daha rahatıq, nəinki hörmət etdiyimiz 

adamlarla. Bax burada yenə fiziki ölümündən otuz altı il 

keçəndən sonra da Stalinin diri qalması məsələsi ortaya çıxır. 

 

1989 

 

*** 

Dərdin adam elədiyi adamlar da var, dərdin zalımlaşdırdığı 

adamlar da… Bu sonuncular təkcə doğmalarının ölməyindən yox, 

başqalarının hələ də sağ qalmağından yasa batırlar.  

 

*** 

Dövlətin və cəmiyyətin mədəniyyətə münasibəti Xala xətrin 

qalmasınU prinsipi üzərində yox, "insan təkcə çörəklə yaşamır" 

iradəsi üzərində qurulmalıdır. Üstəlik çörək məsələsinin özü də 

sən deyən şəkildə yoluna qoyulmayıb.  

*** 

Cinsi əlaqə kimi bədii əsər də müəllifin qurtulmağı və rahat 

olmasıdır. Müəllif, doğrudan da, mühüm və özü üçün olsa da 

məhrəmanə bir şey yaradaraq daxili aləminə yığışan yükdən - 

dərddən-qəmdən, qüssəli xatirələrdən, tənhalıq hissindən, gecə 

qarabasmalarından, ölüm qorxusundan azad olur. O, tövbə 

edirmiş kimi, bütün bunları öz sənəti vasitəsilə digər  şəxslərə 

müraciət formasında ifadə edərək canını qurtarır və rahatlıq 

tapır. Bunun özü gözəl bir işdir. Sənətə içindəki HƏR  ŞEYİ 

verərkən o həm də sevgi hissiyatından, ruhun dadlı əzabından, 

ümid və illüziyalardan, nə  qədər faciəli olsa da, bu həyatdan 

vəcdə  gəlməkdən, xoşbəxtlik vədlərindən və  təsəlli 

ümidlərindən azad olur. Bu isə kədərlidir, çox kədərlidir. 

*** 

Nəyə görə müxtəlif insanlar keçmişə  fərqli qiymətlər 




 486 

verirlər? Ona görə ki, ötüb gedən bütün KEÇMİŞ üçün eyni 

zaman yoxdur. Kimlər üçünsə əvvəlki rejim əl verirdi və onlar 

bu zamanı  həzin qüssə  və nostalji ilə xatırlayırlar. Digər 

insanlar və onların doğmaları üçün isə bu keçmiş yalnız 

faciələrdən yoğrulub və buna görə  də onlar həmin keçmişdə 

baş verən hər  şeyə nifrətlə baxırlar. Ancaq insan 

psixologiyasının paradoksallığı ondadır ki, Sovet dönəmində 

hətta çox acınacaqlı vəziyyətdə yaşayan insanlar belə bəzən bu 

keçmişi həzin bir qüssə ilə xatırlayırlar. Bu isə, insanın ictimai 

varlıq olmasından yox, bioloji təbiətindən irəli gəlir: hətta 

məşəqqətlər içində başa çatan gənclik illəri də zaman 

keçdikdən sonra xoş həyəcanla xatırlanır. 

*** 

Bir çox dinlərdə olduğu kimi, müəyyən ideoloji sistemlərdə 

də insan həyatı, mövcudluğun özü inkar edilir. Bu nöqteyi-

nəzərdən insan həyatı ondan ya zaman, ya da məkan etibarilə 

kənarda hər hansı bir uğurun qazanılması üçün olsa-olsa yalnız 

bir alətdir. Yer üzərində baş tutmayan cənnət ideyası, 

kommunizmin vəd etdiyi gələcək xoşbəxtlik, minillik Reyx. 

Ancaq hər bir insan həyatı heç kəsin görə bilmədiyi finiş 

xəttinə qədər estafet ağacı ilə qaçış – bu estafetin gələcək nəslə 

ötürülməsindən ibarət olan qaçış deyildir. Bu yolun hər bir 

parçası  hər bir insan üçün onun mövcudluğunun doldurduğu 

bütöv dünyadır – beşikdən tabuta qədər. Təkrar edirəm, yolun 

bir parçası yox, bütöv yol. İnsan öləndə onun üçün bütün tarix 

ölür. İnsan həyatının təsdiqi kimi, onun dəyəri və təkrarsızlığı 

kimi humanizmin bütün mahiyyəti bu fikirdədir. Bütün gerçək 

dünyanı, özünün bütün əməllərini cənnətə giriş, yaxud digər 

insanlar üçün işıqlı  gələcəyin inşasına başlamaq sınağı kimi 

götürmək – mən bunu anlamıram. 



*** 

Ancaq ayrı-ayrı  şəxslərin xoşbəxtliyi və rifahı dövlətin 

xoşbəxtliyinə və onun çiçəklənməsinə təminat verə bilər, yaxud 

əksinə. Yəni belə bir fikir qəbuledilməzdir ki, dövlətin 




 487 

xoşbəxtliyi və rifahı, habelə onun güclənməsi naminə onun 

vətəndaşlarının hər birinin həyatı və taleyi qurban verilməlidir. 

Əks halda biz elə bu kimi hadisələrlə daha çox üzləşirik, 

dövlətin imperiya və hakimlik ambisiyaları naminə onun 

vətəndaşlarının bütöv bir nəslinin həyatı qurban verilir. 

Ümumən götürdükdə isə, dövlətin qazandığı var-dövlət guya 

onun öz xeyrinə tutulur və iqtidar tərəfindən onun lazım bildiyi 

şəkildə  və vicdanının rəva gördüyü qaydada bölüşdürülür. 

Cəmiyyət varlı adamların hakimiyyətə yiyələnməyi üzərində 

qurulur və  həm də  əlinə qara qəpik də çatmayan insanların 

üzərində. Quldarlıq cəmiyyətində belə bir ictimai qayda 

mövcud olsa da, bu işdə heç bir riyakarlıq yox idi və o zaman 

heç kəs demirdi ki, dövlət qulların maraqlarına xidmət edir. 



*** 

İnsanın bütün davranışı inam və etibar üzərində 

qurulmuşdur. Dini təfəkkürdə belə bir inanış var ki, ölümdən 

sonra həyat mövcuddur. Əvəzin verilməsi və cəza. Bir tərəfdən 

baxanda ateist də  NƏYƏSƏ inanır, o inanır ki, dünyaya 

gəlişinə  qədər və o, dünyadan köçdükdən sonra da tarix 

mövcud olacaqdır, yəni başqa sözlə desək, o, şəxsən  şahidi 

olmadığı,  şəxsən hiss etmədiyi, ancaq başqalarından eşitdiyi 

bütün  şeylərə (lap o biri dünyaya inanan insanlar kimi) – 

Keçmişə və Gələcəyə inanır. 



*** 

Azərbaycanda dissident ədəbiyyatı, dissident sənəti, 

ümumən dissident təfəkkürü mövcud olubmu? Sözün dar 

mənasında yox, ancaq sözün geniş  mənasında - bəli, olub, 

çünki rejimin hakimiyyət formasına qarşı birbaşa çıxmadan 

həyat həqiqətinə susamağın özü elə bir növ dissidentlik idi. Bu 

baxımdan yanaşdıqda, Rusiyada təkcə Soljenitsin və Saxarov, 

Bukovski və Amalrik, Şaranski və Qinzburq, vicdan etalonu 

olan digər  şəxslər - general Qriqorenko və Sergey Kovalyov 

yox, həm də  Şukşin, Astafyev, Yuri Kazakov, Brodski, 

Rasputin, Trifonov, Qrekova, Bitov, Makanin, Fazil İskəndər, 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə