Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə146/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   142   143   144   145   146   147   148   149   ...   219

 491 

mühakimə prinsiplərini satmaq bir elə  çətin deyildi. Bu gün 

belə acı  təcrübəni xalq canından və qanından keçiribsə, kimi 

heyrətləndirmək olar? Ona görə  də,  şəhərlərin, bütöv 

rayonların satılması fikri də çoxuna təbii görünür. 

Dünən bəzilərini bağlayan yerliçilik bu gün Azərbaycanı 

ayrı-ayrı parçalara doğrayaraq artıq eybəcər traybalizmə 

çevrilmişdir – bu tipli separat cəhdlərin etnik əsasında isə yenə 

də  həmin yerliçilik mərəzinin metastazı durur. Satirik 

ədəbiyyat məhz bu bəlalara qarşı mübarizə aparırdı. 

Üçüncü bəlamız olan avamlıq özünü həm də qrafomanlıqda 

büruzə verir. Əsrlər boyu ədəbiyyat və incəsənətdəki 

qrafomanlıq bu gün həm də siyasi qrafomanlıq müstəvisində 

peyda olub. Siyasi diletantlıq, ictimai düşüncənin mədəni 

səviyyəsinin aşağı olması da elə avamlıqdan, milli lovğalıqdan 

və  təkəbbürdən irəli gəlir və bütün bu şeylərin nəticəsi kimi 

meydana çıxır. Dünyadan xəbərsiz olan bu adamlar öz 

xırdacıq, son dərəcə adi uğurlarını layiq olduqları  dəyər və 

mənadan çox-çox yuxarıya ucaldır, qəhrəman keçmişi, yaxud 

keçmişin qəhrəmanlarını, rəhbərləri, onların qəhrəmanlığını 

göylərə qaldıraraq mədhiyyə ədəbiyyatını satirik ədəbiyyatdan 

üstün sayırlar. Keçmişlə  məzələnə-məzələnə biz fürsətimizi 

əldən vermiş, gələcəyi itirmişik.  Ən azı onu, gələcəyi sual 

altına qoymuşuq. 

 

15 may ,1993-cü il, İstanbul 

***  

Keçən  əsrdə rus ordusunun könüllü olaraq dəvət olunması 

(Gürcüstana, Kabardaya və bilmirəm daha hara) bu gün 

mövcud olan paralellərin (1956-cı ildə Sovet tanklarını 

Macarıstana guya Yanos Kadar, 1968-ci ildə isə 

Çexoslovakiyaya Bilyak və İndra dəvət etmişdi) tarixi şəkildə 

əsaslandırılmasından başqa bir şey deyildir. 1979-cu ildə Amin 

və Babrak Karmalın dəvəti ilə Sovet ordusunun "məhdud 

kontingenti"  Əfqanıstana soxuldu (belə  çıxır ki, onları buraya 

dəvət edən Aminin özünü öldürmək üçün).  




 492 

*** 

Ermənistanla müharibə  təkcə meydanlarda, daha doğrusu, 

döyüş meydanlarında yox, həm də  KİV-də (bu da döyüşün 

başqa bir formasıdır), banklarda, beynəlxalq korporasiyalarda, 

beynəlxalq terrorizm mərkəzləri və düşərgələrində, hökumət 

kabinetlərində  və onun dəhlizlərində, silah alverçilərinin 

sövdələşmələrində, narkomafiyada, neftlə qazanılan dollarlarda 

və s. aparılır. Bir vaxtlar mən tarixi faktlara, keçmişin şəhadət 

və  sənədlərinə istinad edərək bizim haqlı olduğumuzu 

sadəlövhcəsinə sübut etməyə çalışırdım. Bütün bunların heç bir 

əhəmiyyəti yoxdur, yaxud bunlar çox cüzi əhəmiyyət daşıyır. 

H.Əliyevin Parisdə Fransanın o zamankı Prezidenti ilə görüşü 

zamanı Fransua Mitteran əsl fransız sinizmi ilə dedi ki, əlbəttə, 

siz haqlısınız, ancaq ədalət çox zaman zəfər çalmır. Doğrudan 

da, bu tipli konfliktlərdə haqq-ədalət – arabanın beşinci 

təkərinə çevrilir. Hər  şey bir çox digər nöqteyi-nəzərlərdən 

(lobbinin gücü, diasporun təsiri, satın alınmış mətbuat və TV, 

geosiyasi maraqlar, xristian simpatiyası  və müsəlman 

antipatiyası), özü də Bakıda,  Əskəranda, Yerevanda, yaxud 

Xankəndində deyil, Moskvada Kremldə, Vaşinqtondakı  Ağ 

Evdə və nəhayət, Parisdəki Yeliyes sarayında həll edilir. 

*** 

Həm rus şovinistləri, həm də bir çox Şərq respublikalarında 

onların yaltaq züy tutanları sonuncu müstəmləkəçi imperiyanın 

dirçəlməsinə açıq-aşkar və əl altdan böyük ümidlər bəsləyirlər. 

Birincilər ona görə belə edirlər ki, onlar Qərbə münasibətdə 

əbədi natamamlıq kompleksini Şərq üzərində hakimiyyətlə 

tarazlaşdırmaq istəyirlər (Vladivostok, Vladiqafqaz 

şəhərlərinin təkcə adlarına fikir verin), ikincilər isə özlərinə 

başqa bir iş tapa bilmədiklərinə görə nökərçilik missiyalarını 

cani-dildən yerinə yetirirlər. 



*** 

1994-cü ilin sentyabr ayında Bəstəkarlar  İttifaqının 

Zuğulbadakı Yaradıcılıq evində  hələ Türkiyədə olduğum 



 493 

zaman başladığım "Otel otağı" povestini tamamladım. Bura əsl 

cənnətdir – sakitlik, rahatlıq, evin altındakı  dənizə açılan 

eyvan... Axşamlar sahildə uzaq-uzaq işıqlar yanıb-sönür. Maşın 

sahil boyu sakit-sakit getməyindədir: içindəki nədir – 

 

məhəbbət, cinayət, yoxsa tənhalıq. Tolstoyun "İvan  İliçin 



ölümü" povestini, digər  əsərlərini – "Dəlinin qeydləri"ni, 

"Şeytan"ı  və s. yenidən oxudum. Buna qədər isə Çexovun 

"Darıxdırıcı əhvalat"ını yenidən oxumuşdum. Şəhvət, günah və 

ölüm qorxusu – L.Tolstoy bu üç motivi müxtəlif variasiyalarda 

işləyir. Daha doğrusu, burada iki mövzu var – şəhvətin 

doğurduğu günah və  cəza qorxusu. Daha doğrusu, ölüm 

qorxusu. 

*** 

Yuxular  əsl möcüzədir, bəzən mənim yuxularım elə aydın, 

əyani olur ki, həyatda heç zaman görmədiyim və tanımadığım 

insanların ən xırda üz cizgilərini belə görürəm; məsələn, qəzet 

satan uşağı yuxuda yaşıl corablarına qədər, yaxud siqaret çəkən 

bir şəxsi görürəm. Bəzən yuxuda gördüyüm şəxslər və fiqurlar 

o dərəcədə dəqiq və təfərrüatlı olur ki, onların üz cizgiləri elə 

dəqiqliklə görünür ki, bunun yuxu olduğunu kəsdirmək belə 

çətin olur – gördüyüm hər şey elə aydın, elə real biçimdə peyda 

olur ki… Bəzən mən yuxuda makinada çap olunmuş, yaxud əl 

ilə yazılmış, üzərində səhvləri tutulan, bolbol qrammatik səhvə 

yol verilən mətnləri görürəm – bunun özü də  mənim kitab 

hərisliyimin bəlirtisidir. 

Bir dəfə yuxuda əvvəllər heç zaman eşitmədiyim Everest 

Maksimoviçin adını  eşitdim. Gələcəkdə bu adlı  şəxslə 

görüşəcəyəmmi? Bu adda və onu daşıyan  şəxsdə hansı sirri-

xuda gizlənmişdir, doğrudanmı, belə bir şəxs dünyada 

mövcuddur? Bu qəribə adı qulağıma kim pıçıldayıb? Kimdir o 

və  mənim taleyimlə  nə  əlaqəsi var? Yuxuda bu adı  mənə 

deyəndə qəribə həyəcan keçirtdiyimi xatırlayıram. 



*** 

Doğrudanmı, erməni milli təfəkküründə iki qütb - ərazi 




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə