Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə148/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   144   145   146   147   148   149   150   151   ...   219

 497 

çıxmağında deyildir. Brejnevə heç vaxt heyran olmamışıq ki, 

sonra da xəyal qırıqlarına düçar olaq. Biz, sözün əsl mənasında, 

Saxarov və Soljinitsinə münasibətimizdə  xəyal qırıqlığına 

uğradıq.  

Məlum oldu ki, Saxarovun arvadının etnik mənşəyi onunçün 

tarixi  ədalət hissindən vacib imiş, istənilən tarixi sənədi son 

dərəcə  dəqiqliklə araşdıran Soljinitsın isə, konkret olaraq 

Qarabağ probleminə münasibətdə həqiqətə məhəl qoymur. 

Məni bu fikrə düşməyimə təkcə o vadar etmir ki, sözügedən 

məsələlər mənsub olduğum xalqın, millətin problemidir. Buna 

məni o vadar edir ki, həmin problem barədə yuxarıda adı 

çəkilən məşhur hüquq müdafiəçilərindən daha çox bilirəm və 

onun haqqında söz demək səlahiyyətim var. Fikirləşəndə ki, bu 

adamlar mənim üçün gün kimi aydın olan məsələ barədə belə 

səhvlərə yol verir, belə qeyri-obyektiv danışır, görəsən, onların 

digər məsələlər üzrə mövqeləri də elə beləcə, TobyektivU 

imişmi?  Əlbəttə, məni Qarabağ probleminə birtərəfli 

münasibətimə görə günahlandırıb iddia irəli sürmək olar, ancaq 

faktların  əlindən hara qaçacaqsan. "Fakt tərs  şeydir" – səhv 

etmirəmsə, Haqqın və  Ədalətin BÖYÜK dostu yoldaş Stalin 

belə demişdir. 



*** 

Bizimlə bizdən sonra gələn nəslin arasındakı  fərq ondan 

ibarətdir ki, deməyə sözümüz olsa da, bu sözü ifadə etməyə yer 

və imkan tapmırdıq. Bu nəslin isə ağlına gələni istədiyi şəkildə 

ifadə etmək üçün yer də, imkan da mövcuddur. Ancaq onun, 

görünür, sözü yoxdur. 



*** 

Mənim yazdığım dil doğma Azərbaycan-türk dilidir. Ancaq 

mən rus dilində  də yazıram – esse, məqalə, bax bu gecə 

fikirlərini. Bəzən öz yazdığımı özüm rus dilinə çevirməli 

oluram. Sovet dönəmində istəmirdim ki, məni ikidilli yazıçı 

adlandırsınlar, bu anlayışın içində  mən bir kollobrasionizm 

görürdüm. 



 498 

İndi müstəqil Azərbaycanda, əlbəttə, yenə də özümü ikidilli 

yazıçı saymıram. Amma bu və ya digər fikirlər mənim ağlıma 

məhz rus dilinin axınında gəlir və bu zaman mən öz fikrimi 

boğmamaq xətrinə onları doğulduqları dildə qeydə alıram. Bu 

gecə fikirlərinin müəyyən hissəsi də rus dilində meydana gəlib, 

yaxud yetişib, buna görə də mən onları həmin dildə yazmışam. 

İndi burda oxuduqlarınız isə uğurlu, ya uğursuz tərcümələrdir. 



*** 

Sözünü o kəslərə de ki, səni eşitmək istəmirlər – Sokratın bu 

müdrik fikrini C.Məmmədquluzadə çox xoşlayardı. Bu, elə 

C.Məmmədquluzadənin də bizim hamımıza etdiyi vəsiyyətdir. 



*** 

Naxçıvan teatrının rejissoru Vaqif Əsədov qatarda mənə 

dedi ki, ailəmizdə yeddi uşaq idik (biz Naxçıvandan Bakıya 

gəlirdik). Mən evin balacası idim, evimizdə  təkcə bir dənə 

kerosinlə  işləyən lampa var idi. Biz gecə olan kimi növbə ilə 

kitab oxuyurduq, lampanın işığı yalnız iki nəfərin oxumasına 

bəs edirdi, hamı öz növbəsini gözləyirdi. Mənim növbəm  ən 

axırda çatardı – hardasa səhərə yaxın saat beşdə, yaxud altıda. 

Bu zaman mənə  qədər mütaliə edənlər artıq yatmış olurdular, 

lampanı götürüb düz sübhün gözünə kimi oxuyurdum. Bax elə 

o zamandan məndə gec yatmaq, səhər açılana qədər oxumaq 

vərdişi yarandı. 

Bax bu, bizim xalqın  əsl simvollarından birisidir - uşaq öz 

saatını, lampa işığı növbəsini, kitabdan düşən işıq növbəsini 

səbrlə sübhə kimi gözləyir. 

*** 

Bizim tarixçilərin böyüyü Baş Tarixçimiz zənn edir ki, 

xalqımız səhvən öz dilində danışır. Mən onu çox asanlıqla başa 

düşürəm, məsələ yad etnik kökdə yox, öz dilini bilməməkdə, 

yaxud pis bilməkdədir. Axı bilmədiyin, yaxud pis bildiyin bir 

şeyi, sevmədiyin bir şeyi çox asanlıqla başqa bir şeyə  dəyişə 

bilərsən. Ana südü ilə ruhumuza keçən dil, vətən hissiyyatı, 

şübhəsiz ki, tarixin obyektiv faktlarının müəyyən edilməsində 




 499 

əhəmiyyətli rol oynayır, daha doğrusu, bu hissiyyat həmin 

faktlara münasibətdə əhəmiyyətli rola malikdir. Ruhuna yaxın 

olmayan bir şeyi çox asanlıqla özündən uzaqlaşdırsın. Bu 

sadəcə  sənin özündən uzaqlaşdığın bir şeydir, bədəninin 

ətindən kəsib atdığın bir şey deyil. Tarixi əcdadlar o olmasın, 

bu olsun, nə  fərqi var... yuxarıdan hansı ideoloji göstərişi 

versələr, o tarixi də yazarıq. Ola bilsin ki, sənə daha bir qaşıq 

artıq tərif payı, tərif yalı verərlər… 

*** 

Adamlar var ki, onların dəyəri bu dünyadan getdikdən sonra 

bilinir. Onların mövcudluğunun  əhəmiyyəti nə  qədər böyük 

olsa da, daha doğrusu, məhz bu dəyər sayəsində onların 

yoxluğu daha böyük əhəmiyyəti, mənanı qabardır. Yəni onlarla 

bir damın altında yaşayanda, ola bilsin ki, onların 

mövcudluğunu sona qədər dərk etmirdik, anlamırdıq ki, onların 

boş qalan yeri necə  də görsənəcək, bu adamlar bizim 

həyatımızda nə böyük rol oynayıblar. Onlar köçüb getdikdən 

sonra yaranan boşluğu daha heç nə ilə doldurmaq mümkün 

olmayacaq. 

*** 

İnsan nə  qədər mürəkkəbdirsə, Allahı da bir o qədər 

qəlizdir. İnandığı Allahı. 

*** 

Məğrur xalq tarixi uğursuzluqlarına görə həmişə dərd çəkib 

ağlamamalıdır. Axı hansı xalqın dərdi, müsibəti olmayıb ki? 

*** 

Ramiz Rövşən bəzi cavan şairlər haqqında yaxşı deyib: 

"Onların  şerlərindən qan iyi, ağızlarından isə süd iyi gəlir". 

Sitat təqribən belədir. Doğrudan da, gənclərin bəzən çox-çox 

şeylər vəd edən bəyanatlarını  eşidəndə  təəccüb qalırsan. Axı 

deyirlər ki, bizə  qədər heç bir ədəbiyyat olmayıb, 

altmışıncıların yaratdığı  nə varsa, pisdir, ümumiyyətlə, 

Füzulidən sonra (şübhəsiz ki, bu sözləri dilinə  gətirən adama 

qədər) Azərbaycan  ədəbiyyatında bir kimsə olmayıb. Ancaq 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə