Ümumdünya BMT Assosiasiyaları Federasiyası,
Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
50
Kanada və ABŞ
Avropa
Asiya və Okeaniya
Latin Amerikası və Karib regionu
Afrika
Yaxın Şərq
milyon
əhali
L
ATIN
A
MERIKASI
: Yalnız Argentina və Çili 30%-dən çox penetrasiyaya malikdirlər,
halbuki
qitədə olan ölkələrin çoxunda bu göstərici cəm 10-20%-dir. Braziliya Amazon
regionundakı 150 icmanı İnternetlə təmin edir. İnternet vasitəsilə həyata keçirilən
müştərək əməkdaşlıqlar regionun inkişafı üçün həyati əhəmiyyətə malikdir.
Ş
IMALI
A
MERIKA
:
Massaçusets Texnologiya İnstitutu Kollektiv İntellekt Mərkəzi açıb. Tibbi
fəlakət planlaşdırması, ekoloji monitorinq, təhsilin inkişafı, enerjinin idarəolunması və
digər qlobal çağırışlara tətbiq olunan kollektiv intellekt üçün məlumat infrastrukturu
yaradır. ABŞ Senatı Avropa Şurasının Kibercinayətlər üzrə Konvensiyasını ratifikasiya
etmişdir. Şəbəkənin 2008-ci il ABŞ Prezident seçkilərinə gətirib çıxaran
siyasətdə mühüm
rol oynayacağı gözlənilir.
Qrafik 6. Regional İnternet istifadəçilərinin Artımı
Mənbə: internetworldstats.com
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
51
7.
Etik bazar iqtisadiyyatını varlı və kasıb arasında fərqin аrаdаn
qаldırılmаsınа yardım etməyə necə vadar etməli?
2006-cı ildə Qlobal iqtisadiyyat 5.4% artaraq 66 trilyon dollara (PPP) çatıb. Əhalinin 1.1%
artması orta hesabla adambaşına düşən gəliri 4.3% artırıb. Belə halda 2000-2015-ci illlər
arasında dünyada yoxsulluq yarıdan
çox azalacaq, bununla da BMT-nin MİM-inə nail
olunacaq. Baxmayaraq, ola bilsin ki, sub-Sahara Afrikasında buna nail olunmayacaq.
Baxmayaraq ki, dünyanın illik iqtisadi artımı inkişaf edən ölkələrin payına düşür və 2006-
cı ildə iqtisadiyyatda 7% artım qeydə alınıb, gəlir bərabərsizlikləri hələ də böyük
miqyasdadır: dünyanın ən varlı insanlarının 2%-i dünya sərvətlərinin yarıdan çoxuna
sahibdir, kasıb insanların hamısı isə bu sərvətin sadəcə 1%-inə yiyələnib. Dünya
Bankının verdiyi məlumatlara əsasən 2004-cü
il ilk il idi ki, gün ərzində adambaşı 1%
dollara yaşayan insanların sayı 1 milyarddan aşağı düşüb, və 2015-ci ilədək dünyanın
son dərəcədə yoxsulluq içində yaşayan insanlarının sayı 10% azalacaq. Dünya əhalisinin
demək olar ki yarısına gün ərzində adambaşı 2 dollardan az düşür, və bu məbləğin 2015-
ci ilədək 1/3 nisbətdə azalacağı gözlənilir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin üzvlərinin rəsmi
inkişafa yardımı 2006-cı ildə 5.1% düşərək 103.9 milyard dollar olub. Halbuki inkişaf edən
ölkələrə göstərilən fərdi maliyyə vasitələri 647 milyard dollara çatıb. BMT-nin İnkişaf
Proqramına əsasən sənaye ölkələri tərəfindən kənd-təsərrüfatına ayrılan subsidiyalar
inkişaf edən ölkələrə ildə 72 milyard dollara başa gəlir. ÜTT kənd-təsəsrrüfatı ixrac
subsidiyalarını 2013-cü ilədək azaltmağa razılaşıb. Bunun və əlavə olaraq qarşılıqlı
mənfəətə əsaslanan
ticarətin, artan iqtisadi azadlığın və uğurlu Doha Raund
danışıqlarının inkişaf edən ölkələrdə iqtisadi artımını əhəmiyyətli şəkildə irəli çəkəcəyi
gözlənilir. Karbon emissiyaları ticarəti tezliklə ildə 200 milyard dollara çatacaq. Bunun
yarısı inkişaf edən ölkələrə doğru yönəlir. İqtisadi Azadlıq İndeksi, Korruspiyanın
Qavranılması İndeksi, və Rüşvət Verənlərin İndeksi göstərir ki, korrupsiyanın azaldılması
və artan azadlıq təkmilləşmiş iqtisadi inkişafla əlaqəlidir. Dünya Bankının həyata keçirdiyi
araşdırmaya əsasən 2006-cı ildə rüşvətxorluq 1 trilyon dollara çatıb.
BMT-nin Korrupsiya
əleyhinə Konvensiyası 2005-ci ilin Dekabrında qüvvəyə minib.
ÜTT-nin verdiyi məlumata əsasən, 2006-cı ildə Çinin ixracatı 969 milyard dollara, ABŞ-ın
ixracatı isə 1,037 dollara milyarda çatıb. Belə getsə Çin 2007-ci ildə ABŞ-ı keçəcək. Onun
yüksək texnologiyaya və aşağı əmək haqqıya malik şəraiti, və əlavə olaraq Hindistanın
günü-gündən artan inkişafı digər inkişaf edən ölkələrin onlarla rəqabətə girməsini
çətinləşdirəcək. Nəticə etibarilə bir çox inkişaf edən ölkələr üçün ixracat-yönümlü artım
strategiyalarını yenidən nəzərdən keçirmək və təkcə onların kənd-təsərrüfatı və daxili
sənaye bazarlarına əsaslanmaqla
kifayətlənməyib, məlumat, xidmət və bilik
təsərrüfatlarının istehsal vasitəsi olan İnternet vasitəsilə yeni fəaliyyətlərə təkan verən
alternativ inkişaf stretagiyaları yaratmaları ağıllı bir iş olardı. Strategiyalar mövcud
olmayan işləri axtarmaqdansa, İnternet vasitəsilə bazarlar
axtaran fərdləri
dəstəkləməlidirlər. İşgüzar Faəliyyət hesabatlarına əsasən 2005-06-cı illərdə 43 ölkədə
fərdlərin biznesə başlaması asanlaşıb.
Varlılar və kasıblar arasında, azad bazarların gücündən istifadə edən və qlobal əxlaqa
əsasən qeyri-bərabərlikləri azaltmaq üçün idarə həyata keçirən qlobal əməkdaşlıq üzrə
strateji plan yaradılmalı və həyata keçirilməlidir. Əks halda bu qeyri-bərabərliklər kifayət
qədər arta və kasıbların varlı regionlara miqrasiya etməsi və nəticə etibarilə münaqişələrin
artmasına səbəb ola bilər. Strategiyaya həmçinin tele-təhsilə və tele-işlərə qoyulmuş