Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə25/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   21   22   23   24   25   26   27   28   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
60
tərəfindən təşkil olunur. Terrorizmlə mübarizəyə dair 13 beynəlxalq razılaşma müvcuddur. 
Bunlara 2007-ci ilin iyul ayında qüvvəyə minmiş Nüvə Terrorizmi Aktlarının Qarşısının 
alınmasına dair Beynəlxalq Konvensiya da daxildir. 2006-cı ildə, BMT-nin Baş 
Assambleyası Qlobal Terrorizm Əleyhinə Strategiya qəbul edib. Anti-terrorizm cəhdləri 
diqqəti daha çox bu aktları törədə qüvvələrə quşula biləcək insanları  ideoloji olaraq  ələ 
almaq üzrində fikirni cəmləşdirməlidir. İğtişaşın əsas səbəblərinə həmlə etmək, zorakılıq 
partlaygışlarını dayandırmaqdan daha ucuz və daha effektlidir. Münaqişələr artıq döyüş 
meydanlarında qoşunlardan daha çox şəhər ərazilərində fərdləri və ya kiçik qrupları əhatə 
edir. Müharibə, ictimai iğtişaşlar, terrorizm və cinayət arasındakı fərqlər demək olar ki itib. 
Bu da ənənəvi hərbi qoşunların qeyri-effektiv olmasına gətirib çıxarır. Silahlı 
münaqişələrdə öldürülənlərin və ya yaralananların ən az 75%-i  qeyri- döyüşçülərdir. İqlim 
dəyişikliyi və suların səviyyəsinin aşağı enməsi gələcəkdə münaqişələrin meydana 
gəlməsinə səbəb olacaq miqrasiyalarla nəticələnəcəyi gözlənilir.   
  
Müdafiə  Məlumatları  Mərkəzinin verdiyi məlumata  əsasən, 2007-ci ildə  də 2006-cı ildə 
olduğu kimi 15 müharibə (1000 və ya daha çox ölümlə  nəticələnən) baş verib. 
“Terrorizmlə qlobal müharibə”-yə  əlavə olaraq, hər regionda: Afrikada 5, Asiyada 4, 
Amerikada 2, Yaxın  Şərqdə 2 və Avropada 1 müharibə baş verib. Bununla bərabər 
dünyada təqribən 1700 ton zənginləşdirilmiş urana malik 30 000-dən çox nüvə silahı və 
100 000-dən çox nüvə silahı hazırlaya bilən 500 ton ayrılmış plutonium müvcuddur. Hərbi 
xərclər ildə  təqribən 1.4 trilyon dollara çatır. Bunlardan 30 milyard dolları inkişaf edən 
ölkələrə satış xərcləridir. BMT-nin dəyərləndirmələrinə əsasən, 2006-cı ildə 250,000-dən 
çox uşaq 30 silahlı münaqişədə  fəal iştirak ediblər. Hər gün xəbərlərdə münaqişələr 
haqqında eşitəyimizə baxmayaraq, dünyangn büyük əksəriyyəti sülh içində yaşayır. Son 
10 il ərzində münaqişələr azalıb, müxtəlif dünyagörüşləri arasında dialoqlar artıb, və 
ölkədaxili münaqişələr beynəlxalq müdaxilələr yolu ilə  tənzimlənir. Demokratiyanın 
inkişafı, beynəlxalq ticarətin, qlobal mətbuatın,  İnternetin, peyklə müşahidənin, dünya 
səyahətinin artması, daha yaxşı həyat səviyyəsi və BMT-nin  inkişafı, daha dinc dünyanın 
olması ehtimalını artırır. Müxtəlifliyə, bərabər haqlara və zorakılığa qarşı alternativlərə 
hörməti təşviq etmək üçün kütləvi ictimai təhsil proqramlarına ehtiyac var. Yaxın Şərqdə 
olduğu kimi müştərək proseslər yolu ilə sülh ssenariləri yaradılmalıdır (Kompakt disk 
versiyasının 3.7-ci Fəslinə baxın).  BMT-nin erkən xəbərdarlıq sistemləri QHT-lərin və 
kütləvi informasiya vasitələrinin iştirakı ilə gücləndirilməlidir ki, kütləvi fəlakətlər baş 
verməmişdən  əvvəl hərəkətə keçmək  üçün  siyasi iradə meydana çıxsın; yerli 
vətəndaölar qabaqcıl kommunikasiya sistemləri ilə  təmin olunmalıdırlar ki, yerli reallıqlar 
dünyaya yayımlansın. Sanksiyalar günahsız insanları deyil, elit cinayətkarları  hədəfə 
almalıdır. “Təqlidi zorakılıqlar”-ı azaltmaq məqsədilə kütləvi informasiya vasitələrində 
terrorizmin  əks etdirilməsi üzrə yeni yanaşmalar zəruridir. Hökumətlər bioloji silahların 
mövcud olan ehtiyatlarını  məhv etməli, potensial bioloji silahların aktivlərinin izlənilməsi 
üçün sistemlər yaratmalı, hər bir silah üzrə beynəlxalq audit sistemi təsis etməli, və 
gələcəkdə qisas silsilələrini azaltmaq üçün, ölümlə  nəticələnməyən silahların istifadəsini 
artırmalıdır.  “Ekonomist” jurnalının hazırladığı Qlobal Sülh İndeksinə əsasən, 2007-ci ildə 
121 ölkə 24 göstəriciyə əsasən dincölkə olaraq qiymətləndirilib. Bioterrorizmin təsirləri ilə 
mübarizə aparmaq üçün Xəstəliklərə  Nəzarət və Ehtiyat Tədbirləri Mərkəzi kimi 
mərkəzlərin şəbəkəsinə ehtiyac olacaq. Biz münaqişələrin həll olunması və diqqəti insan 
müxtəlifliyinin  əsasını  təşkil edən ortaq əxlaqi dəyərlərdə  və vahidlikdə  cəmləşdirmə 
konsensusunun qurulması üzrə tədqiqatlarımızı paylaşmalıyıq.  
 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
61
 
Müharibə Ümumilikdə 
 
Sosial Müharibə 
 
 
Ölkələrarası Müharibə 

ha
ri


ri
n h
əcmini
n c
əmi 
10-cu Çağırışa o vaxt uğurla cavab veriləcək ki, silah satışları  və zorakı cinayətlər 50% 
azaldılacaq. “Təhlükəsizliyə yeni təhlükələr” müfəssəl, standartlaşdırılmalı  və  kəmiyyət 
cəhətdən əsaslandırılmış təhlükəsizlik indeksi ətrafında birləşdirilməlidirlər. 
  
R
EGIONAL 
M
ÜLAHIZƏLƏR
 
 
A
FRIKA
: Darfurda baş verən dəhşətlər Afrika xalqlarını öz regional sülhqurucu qüvvələrini 
yaratmağa vadar edir. QİÇS nəticəsində yetim qalmış milyonlarla uşaq zorakılığın yeni 
mənbəyinəçevrilə bilərlər. Asiyanı mühasirəyə almış  Əl-Qaidə  təşkilatı Mavritaniyadan 
tutmuş Somaliyə kimi Müsəlman  ərazilərində öz təsirini artırmağa çalışır. Çevrilişlər, 
iğtişaşlar və qiyamlar kontinenti başına alıb,lakin Afrika birliyinin və digərlərinin müştərək 
cəhdləri regionun sabitliyinin artmasına səbəb olur.  
  
A
SIYA VƏ 
O
KEANIYA
: İrandan və Şimali Koreyadan qaynaqlanan nüvə silahı təhlükələrinin 
aradan qaldırılmasının hələ ki heç bir həlli yolu tapılmayıb. Hindistanda marksist və 
separatçı qüvvələr iğtişaşlara başlayıb. Çin öz hərbi bacarıqlarını artırır və öz iqtisadi 
gücünü Afrikaya və Latın Amerikasına yönəldir. 
A
VROPA
: Əgər münaqişələrin qarşısı alınacaqsa, AB-yə və Rusiyaya axışan çoxlu sayda 
mühacir özlərinin  cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq üçün yeni yanaşmalara 
ehtiyac olacaq. 2006-cı ildə 15 ölkədə terrorizmdə şübhəli 706 şəxs həbs olunub; onların 
yarısı müsəlman ekstremistləri olub.  
  
L
ATIN 
A
MERIKASI
:
 
 Venesuela  və Kubada solçu rejimlərin üsyana qalxması, narkotika 
alveri ilə məşğuı olan birləşmələrlə davamlı mübarizə, hökumətlər və yerli əhali arasında 
münaqişəyə  səbəb olacaq potensial səbəblərin çoxalması ilə regionda gərginlik artıb. 
ABŞ-ın  İraqa soxulması  və  İsrailin işğal olunmuş  ərazilərdə davamlı  əməliyyatları kimi 
beynəlxalq amillərin təsiri ilə Argentina, Braziliya və Paraqvayın sərhəd regionlarında 
müsəlman ekstermistlərinin fəaliyyəti artıb. Bütün bunlar regionda yeni silahlı yarışmaya 
səbəb ola bilər. 
  
Ş
IMALI 
A
MERIKA
: Həqiqi mədəniyyətlərarası anlayışlar və daha yaxşı çoxtərəfli əməkdaşlıq 
olmadan, kəşfiyyat texnologiyası  və  hərbi güc heç vaxt assimetrik müharibədə 
təhlükəsizliyi təmin etməyiblər. Genetik mühəndislik, nanotexnologiya və süni intellekt 
kimi meydana gələn mexanizmlərin köməyilə kütləvi qırğınları necə  həyata keçirmək 
haqqında məlumatlara yiyələnmək, sivilizasiyanı  məhv etmək üçün nüvə, bioloji və 
kimyəvi silahlardan daha çox potensiala malik ola bilər. BMT-nin Minilliyin İnkişaf 
Məqsədlərinə nail olunmasının 135 milyard dollara başa gələcəyi gözlənilir; müqayisə 
üçün,  İrqadakı müharibə üçün 600 milyard dollar xərclənib və ABŞ Konqresi tərəfindən 
təsdiqlənib, və digər 140 milyard dollar isə 2008-ci il üçün tələb oluna bilər.  
  
Qrafik 10. Silahlı Münaqişələrdə Qlobal Tendensiyalar, 1946-2006 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə