Ümumdünya BMT Assosiasiyaları Federasiyası,
Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
58
proqnozlaşdırılması bu gün hələki diqqətdən kənar qalmış gələcək imkanları diqqət
mərkəzinə gətirir.
Qərarqəbuletmə üzrə təşkil olunmuş təlim proqramları aşağıdakı məsələləri əhatə edir:
qeyrirasional qərarların qəbul edilmə səbəbləri , tarixi baxış, gələcək tədqiqat metodları,
planlaşdırılmış və planlaşdırılmamış nəticələrin proqnozlaşdırılması, şüurlu elmi metodla
dəyərləndirmə , məlumatın etibarlılıqğı, statistik göstəricilərin faydalılığı ,ənənəvi
qərarqəbuletmə metodları ( məsələn: xərc/mənfəət; PERT proqramı, və s.) , etik
qavrama, məqsədin axtarılması , risk, liderlik rolu , şəffaflıq, təltəlhesablılıq
və müştərək
qərarqəbuletmə. Buraya həmçinin e-hökumətlərin(elektron dövlət idarəetmə sistemlərinin)
hazırki vəziyyəti, təşkilati təkmilləşdirmə sistemlərinin müəyyənləşdirilməsi və
yaxşılaşdırması, qərarqəbuletmə kompyuter proqramı, biliyin vizual təsviri,
prioritetləşdirmə prosesi,və digər təşkilatlarla kollektiv qərarqəbuletmə prosesləri də
daxildir. Sənaye iqtisadiyyatında effektivlik qərarqəbuletmənin əsas meyarı olmaqla,
qlobal etikaya əsaslanan məqsədyönlülük uğurlu bilik iqtisadiyyatında
qərar qəbuletmə
üçün meyar olmaqla yanaşı, qərar qəbul edənlər və iştirakçılar arasında tərəfdaşlıq və
iştiraka da diqqət yetirilir.
9-cu Çağırış yalnız o zaman icra oluna bilər ki, Gələcək Durum İndeksi və ya müvafiq
sistemlər Qərarqəbuletmə prosesində davamlı olaraq istifadə edilsin, Milli korporasiya
qanunları transinstitutsional təşkilat formasına keçəndə uyğunlaşdırılsın və ən azı 50
ölkədə qərarqəbuletmə üzrə hazırlanmış rəsmi nümayəndələrə ehtiyac yaransın.
R
EGIONAL
M
ÜLAHIZƏLƏR
:
A
FRIKA
:
Afrikanın İnkişaf üzrə Yeni Əməkdaşlıq mğüştərək
qərar qəbul etmə prosesini
təkmilləşdirməyə başlayıb. Afrikada əsas problem yaxşı idaretmənin və hakimiyyəti bir
liderlərdən digərinə ötürmək qabiliyyətinin olmamasıdır. Afrika vətəndaş cəmiyyəti
mətbuat azadlığı, hesabatlılıq, və hükumətin şəffaflığını təmin etmək üçün inkişaf
etməlidir. Əgər beyin axını prosesi geriyə istiqamətlənməzsə,
vətənini tərk etmiş
miqrantlar internet sistemi vasitəsilə vətəndə baş verən inkişaf prosesləri ilə
əlaqələndirilməlidirlər.
A
SIYA VƏ
O
KEANIYA
:
Çin kütləvi elektron hökumət sistemləri işləyib hazırlayır. Korea
kollektiv intellekt imkanlarını araşdırır. Yaponiyanın iyerarxik qərar qəbul etmə prosesi
QHT-lər tərəfindən təsirə məruz qalgr. Regional inkişaf planı yaratmaq üçün regional
dialoq və əməkdaşlığın mövcudluğu zəruridir.
A
VROPA
: Bürokratik çətinlik, şəffaflığın kifayət qədər olmaması və qərarların yayılması
AB-də şəffaf qərar qəbul etmə prosesini təhlükə altına alır.
AB və onun üzv-ölkələri və
etnik qruplar arasındakı gərginlik qərar qəbul etməni çətinləşdirir. Qlobal müşahidə
stansiyaları və qabaqcıl informasiya texnologiyaları insanların bilavasitə demokratiya
prosesində iştirakını asanlaşdıra bilər.
L
ATIN
A
MERIKASI
:
Artırılmış effektivlik və şəffaflıqdan əlavə dövlət qərar qəbul etmə
prosesinin modernizasiyası artan vətəndaş nəzarətinə malik siyasi strategiyaların yeni
məqsədlərinə nail olmaq üçün yeni agentliklərin və vəzifələrin planlaşdırılmasını tələb
edir. Latın Amerikası siyasi maarifləndirici məlumatlandırmanı və əhalinin cəlb olunmasını
(iştirakını) təkmilləşdirməli və korrupsiyanı azaltmalıdır.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
59
Ş
IMALI
A
MERIKA
: Şimali Amerikalılar
səbəb-nəticə effektli, tək nəticəli problem təhlilindən,
gələcəyin araşdırılmasından, sistemli təsəvvürlərdən və texnoloji qiymətləndirmədən
istifadə edərək daha vahid, daha qlobal yanaşmalara və problemlərin həll olunmasına
dorru hərəkət etməlidirlər. İnternetdə yaranan özünü təşkil qrupları regionda de-fakto
qərar qəbul edicilərinə çevrilirlər.
Belə verilən qərarlar, problemlərə ən az uyğun gələn
qərarlardır. Qərar qəbul etmə məsuliyyəti kompleks işçi qüvvəsi vasitəsilə yayılır.
Qrafik 9. Beynəlxalq təşkilatların Artımı (QHT-lər və Hökumətlərarası Təşkilatlar)
Mənbə: Beynəlxalq Assosiasiyalar Birliyi, Minillik Layihəsinin dəyərləndirmələri ilə
10.
Ortaq dəyərlər və yeni təhlükəsizlik strategiyaları etnik münaqişə,
terrorizm və kütləvi qırğın silahlarının istifadəsini necə azaltmalı?
Münaqişənin təsirinə məruz qalmış dünya ölkələrinin 44%-inin atəşkəs elan olunandan 5
il ərzində müharibəyə yenidən başladıqları üçün, “müharibədə qalib gəlmək” “sülhə nail
olmağ”-ın ilkin şərtidir. Bu da zorakılıq strukturlarını aradan qaldırıb sülh strukturları –
vicdanlı hökumət, sabit iqtisadiyyat, və ədalətli məhkəmə sistemi təsis etməyi tələb edir.
BMT, bolluca məlumatlardan ibarət Sülh keşikçiləri veb-səhifəsi təsis edib. BMT-nin 83,
000 uniformalı heyəti və 15, 000 mülki şəxs bugün 115 ölkədə BMT-nin 18
sülhün
qorunması əməliyyatlarında xidmət göstərir.
Gələcək müstəvi molekulyar və farmasevtik istehsalat və mütəşəkkil cinayətkarlığın nüvə
materiallarına olan çıxışı ayrı-ayrı fərdlərə kütləvi qırğın silahları – bioloji silahlardan
tutmuş aşağı səviyyəli nüvə (“çirkli”) bombaları - düzəltmək və istifadə etmək bacarığı
verir. Beynəlxalq Atom Enerjisi Agentliyinin verdiyi məlumata əsasən 2006-ci ildə
radioaktiv maddələrin qeyri-qanuni istifadəsi ilə bağlı 149 hadisə qeydə alınıb. Şəhər
sivilizasiyasının çox hissəsi İnternetdən asılıdır; nəticə etibarilə kiber silahlar da fərdlər
tərəfindən istifadə oluna biləcək kütləvi qırğın silahları sayıla bilər. Hər yerdə mövcud olan
sensorlar və təhlükəsizlik sistemləri ilə bərabər, biz, bu silahları istifadə edə biləcək
fərdləri müəyyən və müalicə etmək məqsədilə təhsil və psixi sağlamlıq sistmlərini
təkmilləşdirmək və əlaqələndirmək üçün təfəkkür elmini tətbiq etməliyik.
Bir çox terror
aktları daha Əl-Qaidə kimi qruplar tərəfindən mərkəzləşdirilmiş şəkildə idarə olunmur. Bu
aktlar artıq İnternetdə yayımlanan video yazılardan ilhamlanan və təlim keçən fərdlər