Ümumdünya BMT Assosiasiyaları Federasiyası,
Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
74
Korrupsiya əleyhinə Konvensiyanın Tərəfləri müqaviləni həyata keçirməyə başlayıblar və
Dünya Bankı milli anti-korrupsiya dəstələrini gücləndirməyə kömək edir. QHT-lərin, qlobal
mətbuatın və özünütəşkil İnternet bloqlarının yayılması şəffaflıq üçün yeni qüvvələrdir. Bu
qüvvələr hakimiyyətdən sui-istifadəyə dair nəzarəti həyata keçirir. 16 000-dən çox İSO
standartları arasında müştərək fəaliyyət dünyada verilən qərarların əxlaqiliyini/etikliyini
artırır.
Dünya Bankı qeyri-etki şirkətlərin və fərdlərin siyahısını hazırlayır və yaxşə idarəçiliyin
göstəricilərini işləyib hazırlayır. Ümumi əxlaq əmsalları, yeni jurnallar, vətəndaş cəmiyyəti
forumları və dinlərarası dialoqlar qərar qəbul etmə prosesində qlobal
etikaya müraciət
edirlər. Sorğu keçirilmiş 14 ölkədən 9-u silah ticarətinə vergi tətbiq olunmasını və ya neftin
BMT-nin daha effektiv şəkildə fəaliyyət göstərmə qabiliyyətinə yardım etməsini
dəstəkləyiblər. BMT əxlaqi mülahizələri qlobal qərarlara qoşmaq üçün təsis olunmuş əsas
qlobal orqandır. 2000-dən çox ticarət müəssisəsi qərar qəbul etmə prosesində qlobal
əxlaqi prinsiplərdən istifadə etmək üçün BMT-nin Qlobal Müqaviləsinə qoşulublar.
Beynəlxalq Cinayət Məhkəməsi siyasi liderləri məhkəmə məsuliyyətinə cəlb edib.
Qərar qəbul etmə prsoesində qlobal əxlaqa dair kollektiv məsuliyyət təzə-təzə yaransa
da, getdikcə artır. Təəssüflər olsun ki, mənəvi üstünlük tələb
edən dinlər və ideologiyalar
“biz-onlar” ayrı-seçkiliyinə səbəb olur. Qlobal Çağırışların təmin edilməsi üçün zəruri olan
milli, institusional, dini və ideoloji çərçivələr boyu əməkdaşlıq şəraitində fəaliyyət
göstərmək üçün mənəvi iradə qlobal etikanın qəbul edilməsini və reallaşdırılmasını tələb
edir.
Millətlərarası korporasiyalar, hökumətlər və bir sıra beynəlxalq təşkilatlar vasitəsilə digər
14 Qlobal Çağırışa cavab verməklə biz qlobal qərar qəbul etmə prosesinə əxlaqi
mülahizələri də əlavə etmiş oluruq. Bəzi fərdlər İnternet vasitəsilə müxtəlif əxlaqi
məsələlər ətrafında birləşirlər. Digərləri açıq-aydın şəkildə universal İnsan Haqları
Bəyannaməsi, YUNESKO-nun Universal Əxlaqi Prinsiplər Layihəsi, Qlobal İdarəetmə
Komissiyası və Qlobal Əxlaqi Prinsiplər İnstitutu kimi qlobal əxlaqi
prinsipləri inkişaf
etdirməyə çalışırlar. Uğurlu əxlaqi məcəllələr ataların verdiyi xeyir-duaların yox, sosial
yekdilliyin məhsuludur. Uşaqları məsuliyyətli vətəndaşlar olmaları üçün maarifləndirmək
böyüklərə və bu yolla bütün əhaliyə təsir edəcək.
Qlobal əxlaqi prinsiplər təkcə əsas dini adətlərə müvafiq olmaqla kifayətlənməməli və
həmçinin həm möminlər, həm də mömin olmayanları bütün bəşəriyyətlə “birgə olmaq”
hissi yaradan yeni bir ittifaqda birləşdirməlidir ki, biz gələcək nəsillərin maraqları üçün
hərəkət edək. Stereotiplər bu şəkildə aparılmalıdır: Mənim üçün,
sənin üçün və dünya
üçün. Biz lobbiçiliyi nəzarətdə saxlamalı, tamahkarlığı və eqositiyi azaltmalı, hörmət və
vicdanı təşviq etməli, əxlaqi meyarların əsasını qoymaq üçün valideynlərin rəhbərliyini
artırmalı, sorğu azadlığı qarşısında duran sərhədləri azaltmalı, qanuni hakimiyyətə qarşı
hörməti təşviq etməli, təqlid modellərinin təsirinin müəyyən olunmasını və uğurunu
dəstəkləməli, daha ziyalı bir dünya üçün səmərəli qlobal maariflənmə strategiyaları
həyata keçirməli, insanların davranışlarını inandıqları dəyərlərlə uyğunlaşdırmalı və
Olimpiya oyunları əhval-ruhiyyəsini yaymalıyıq. Beynəlxalq sazişlərin bütün millətlər
arasında bərabər şəkildə tətbiq olunması da daxil olmaqla,
BMT kimi çoxtərəfli orqana
nəzarət üçün səlahiyyət verən beynəlxalq davranış məcəlləsinin yaranması ilə
nəticələnən qlobal prosesə balanılmalıdır. Vaxtın boş yerə sərf olunması qeyri-əxlaqi
yanaşmaların başlıca əlamətidir.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
75
15-ci Çağırışa o vaxt ciddiliklə cavab veriləcək ki, korrupsiya 50% azalacaq, əxlaqi biznes
standartları beynəlxalq səviyyədə tanınacaq və müntəzəm olaraq yoxlanılacaq, bütün
tələbələr məsuliyyətli vətənda. olmaq üçün maarifləndiriləcəklər və qlobal əxlaqi
prinsiplərin dini və milliyyəti aşacağı haqqgnda ümumi bir fikir formalaşacaq.
R
EGIONAL
M
ÜLAHIZƏLƏR
A
FRIKA
: Mənəvi üsyanların vəziyyəti dəyişməsinə qədər Zimbabve
hələ nə qədər ziyan
çəkəcək? Keniyanın xəzinəsindən ölkənin ÜDM-sinin 20%-nə bərabər məbləğdə pul qarət
olunub. “Transparency İnternational” təşkilatının verdiyi məlumata əsasən ən aşağı
səviyyəli hökumətlər Afrikadadır. 1999-cu ildə əsası qoyulmuş Afrika Biznes Əxlaqi
Prinsipləri Şəbəkəsi 2006-cı ildən Afrika Biznes Əxlaqi Prinsipləri Jurnalını nəşr etməyə
başlayıb.
A
SIYA VƏ
O
KEANIYA
: İraqda təqribən 3500 korrupsiya halı qeydə alınıb. Bunlardan 780 hal
məhkəməyə təqdim olunub, lakin 50-dən də azı cinayət məsuliyyətinə cəlb olunub.
Asiyanın sürətli urbanizasiyası qərarların o qədər sürətlə verilməsinə səbəb olur ki,
onların əxlaqi nəticələrini nəzərə almağa çox az vaxt qalır. Bəziləri ümumi qlobal əxlaqi
prinsiplərin mövcudluğuna inanmır və onları yaratmağın qərbsayağı anlayışlar olduğunu
iddia edirlər.
A
VROPA
: AB ksenofobiya və rasizmi qanuna zidd davranışlar elan edib. Vittenberq
Mərkəzi qlobal əxlaqi prinsiplərin gələcəkdə təsir edəcəyi 5 sahəni müəyyən edib:
sabitlik
və qlobal idarəetmə, korporativ vətəndaşlıq və yeni ittifaqlar, qloballaşma və beynəlxalq
təşkilatlar, anti-korrupsiya və bütövlüyün idarəedilməsi və mədəniyyətlərarası
mühakimələr.
L
ATIN
A
MERIKASI
: Fərdiyyətçiliyin artan təsirlərini balanslaşdırmaq üçün təhsilin, KİV-in,
ekoloji əxlaqi prinsiplərin, insan haqlarınının, demokratiyanın, bərabər hüquqlu inkişafın,
azlıqların müdafiəsinin, şüurlu dərrakənin,
xoşbəxtliyin, sosial məsuliyyətin və həmrəyliyin
gücləndirilməsinə ehtiyac var.
Ş
IMALI
A
MERIKA
:
2006-cı ildə ABŞ-da keçirilən seçkilərdə korrupsiya və əxlaqi prinsiplər
seçicilərin seçimlərini müəyyənləşdirən ən mühüm məsələlər olub. Qlobal Əxlaqi
Prinsiplər İnstitutunun apardığı araşdırmaya əsasən, qərar qəbul etmə prosesinin
proqram təminatı, istifadəçiləri onların universal hörmət, vicdan, mərhəmət, ədalət və
məsuliyyət dəyərlərinə əsaslanan qərarlarının əxlaqi müzakirələri
vasitəsilə təhrik edə
bilər. Sosial məsuliyyətli investisiya fondları günü-gündən artır. Korrupsiyanın qarşısını
almaq məqsədilə daha yaxşı real-vaxt əsaslışəffaflıqla yanaşı, siyasi qərar qəbul etmə
prosesində əxlaqi prinsipləri təkmilləşdirmək üçün yeni tipli maliyyə yanaşmalarına
ehtiyac var.