Ümumdünya BMT Assosiasiyaları Federasiyası,
Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
68
nin vahidini istehsal etmək üçün sərf etdiyi enerjidən 33% az enerji sərf olunur. Lakin Çin
və Hindistan kimi digər ərazilərdə mövcud olan tələbat 2003-cü ildən 2030-cu ilədək
qlobal tələbatı 50%-dən çox artıracaq və bu da alternativlər uğurlu nəticə verənədək
mədən yanacaqlarının istehlakını enerjiyə olan ilkin tələbatın 81%-nə qədər artırır. Eyni
zamanda karbonun geniş miqyasda sorulması, saxlanılması və yenidən istifadəsi də əsas
prioritetlərdən biri olmalıdır. 2006-cı ildə bərpa olunan və az karbonlu texnologiyaya 70
milyard dollardan çox pul qoyulub. 2005-ci ildəkindən 43% çox; 1500 təmiz texnoloji
(klintek) şirkət açılıb və ABŞ-da 4093 patent günəş və bioloji yanacaqların
üstünlük təşkil
etdiyi təmiz texnologiyaya əsaslanır.
Tədqiqatlar göstərir ki, günəş enerjisi elektrik enerjisinin əsas mənbəyinə çevrilə bilər və
əgər ətraf mühitin çirklənməsi artmasa və ərzaq qiymətləri çox qalxmasa, biomassa nefti
geniş şəkildə əvəz edə bilər. Hallofit bitkilərindən və yosunlardan istifadə etməklə sahildə
yerləşən səhralıqları dəniz suyuyla kütləvi şəkildə suvarmaqla ildə hər hektara 190 000 litr
bioyanacaq istehsal etmək olar. İstifadə olunmuş istini bir daha istifadə etməklə müştərək
enerji istehsalı enerji istehsalına böyük yardım göstərə bilər. Bundan əlavə,
fəaliyyət
müddətinin 40 il olacağı gözlənilən təqribən 1000 kömür zavodu CO
2
–nin sorulması
nəzərdə tutulmadan planlaşdırılma və ya inşa edilmə mərhələlərindədirlər. Növbəti 25 il
ərzində tikilmələri layihələşdirilən kömürlə işləyən elektrik stansiyalarından buraxılan
emissiyalar, ötən 250 il ərzində havaya buraxılmış emissiyalardan çoxdur. Ətraf mühitin
qorunması hərəkatları mədən yanacağı sənayelərini bağlamağa cəhd edə bilər, necə ki,
30 il bundan qabaq bu cür hərəkatlar atom (nüvə) enerjisinin inkşafını dayandırmışdır.
Atom (nüvə) enerjisinin mədən yanacaqlarından emissiya olunan istixana effektini
yaradan qazların əvəz etməsi üçün təqribən 2000 atom elektrik stansiyası tikilməlidir – 15
ildə həftəyə 2 və ya 3 stansiya. Daha bir Çernobl hadisəsinə bənzər hadisənin baş
verməsi atom (nüvə) enerjisinin genişlənməsini dayandıra bilər.
Daha yaxşı elektrik keçiriciliyi üçün naqillər nanoborucuqlarla əvəz oluna bilər. Günəş
fermaları gümüş və digər generatorların köməyilə günəş işığını qüllələrin təpəsində
cəmləşdirə bilər. Binalara və digər səthlərə yapışdırılan plastik
nanotex fotoqalvaniklər
xərcləri azalda və effektivliyi artıra bilərlər. Külək enerjisinin potensialının
dəyərləndirilməsi günü-gündən artmağa davam edir. Hidrogen infrastrukturuna keçid çox
baha başa gələ və iqlim dəyişikliyinə gec təsir edə bilər. Qoşula bilən hibridlər və elastik
yanacaqla işləyən nəqliyyat vasitələri, batareyaların qiymətinin düşməsi və preslənmiş
havayla işləyən avtomobillər teziklə yalnız neftlə işləyən nəqliyyat vasitələrinə alternativ
olacaqlar.
“C hydrogenoforman” bakteriyalarının suyu və dəm qazını hidrogenə necə
çevirməsini öyrənmək davamlı hidrogen istehsalında irəliləyişlərə səbəb ola bilər. Günəş
enerjisi ilə işləyən kosmik peyklər baza-əsaslı elektrik enerjisi qlobal əsasda idarə edə
bilər və bununla da effektliliyi artıra və enerjini elektrik şəbəkəsinə doğru
yönəldə və
dünyanı davamlı zəngin elektrik enerjisiylə təmin edə bilərlər. Enerji istehsalının və
istifadəsinin təsirlərini əks etdirmək məqsədi daşıyan, enerjinin dəyərləndirilməsi
strategiyaları və karbon vergiləri üçün elmi ölçülər üzrə razılaşmalar zəruri olacaq. Bütün
bunlar Beynəlxalq Enerji Təşkilatının yaranmasını tələb edə bilər.
13-cü Çağırışa o vaxt ciddiliklə cavab veriləcək ki, ekoloji cəhətdən zərərsiz olan
proseslərdən istehsal olunan enerji 5 il dalbadal digər enerji mənbələriniüstələyəcək,
atmosferik CO
2
aşqarları ən az 5 il ərzində azalacaq və bu 5 illik amil sayəsində dünyada
enerji tədqiqat və təkmilləşdirmə xərcləri artacaq.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
69
R
EGIONAL
M
ÜLAHIZƏLƏR
A
FRIKA
: Afrika Çinə idxal olunan neftin 30%-ini istehsal edir. Afrika çox davamlı bərpa
edilə bilən enerji mənbələrinə saatda 3140 teravatdan çox tükənən
texniki hidroenergetika
potensialına, 9000 meqavatdan çox geotermal potensialına, zəngin biomas potensialına,
davamlı günəş potensialına və bəzi ölkələrdə əhəmiyyətli külək potensialına malikdir.
Bununla belə bərpa oluna bilən mənbələr regionun ilkin enerji təchizatına 1%-dən az
yardım göstərir.
A
SIYA VƏ
O
KEANIYA
: Çin istehsalı olan ucuz batareyalar tezliklə elektrik enerjisiylə işləyən
maşınların tezliklə meydana çıxmasına səbəb ola bilər. Baxmayaraq ki, Çin 1991-ci ildən
bu yana ÜDM-yə görə enerjini 50% azaldıb, onun CO
2
emissiyalarI 2008-cİ ildə ABŞ-ı
ötüb keçib. Çin dünyada ikinci böyük neft istehlakçısıdır və 2020-ci ilədək öz nüvə
imkanlarını 4 dəfə artırmağı planlaşdırır. Çində istehsal olunan enerjinin 2/3-si kömürdən
əldə olunur – bu da Çini hər hansı bir istixana effekti yaradan qazların qarşısının alınması
strategiyasında tənqidçi oyunçuya çevirir. Filippində istehsal olunan elektrik enerjisinin
27%-i geotermal mənbələrdən əldə olunur. Yaponiya və Cənubi
Koreya enerjinin demək
olar ki, hamısını idxal edirlər. Yaponiya orbitdə günəş enerjisini necə emal etməyin və o
enerjini Yer kürəsindəki elektrik stansiyaları şəbəkəsinə yönləndirməyin yollarını araşdırır
və 2020-ci ilədək yanacaq elementləri ilə işləyən 5 milyon maşına malik olmağı
planlaşdırır. Avstraliya 2010-cu ilədək közərmə lampalarının istifadəsini qadağan edərək
yığcam flüoresent lampaların istifadəsinə keçməyi planlaşdırır.
A
VROPA
: AB planlaşdırır ki bioyanacaqlar 2020-ci ilədək onun yanacaqlarının 10%-ini
təşkil edəcək və region İstixana Qazlarının emissiyasını 1990-ci ildəkindən ən az 20%
azaldacaq. ABŞ-AB sammitində, 2015-ci ilədək 12 karbon-sorma-və-saxlama nümayiş
zavodları şəbəkəsi təsis etmək planlaşdırılıb. 2030-cu ilədək küləyin Avropa elektrik
enerjisiinin 23%-ini istehsal etməsi gözlənilir. Avropanın Rusiya enerjisindən asılılığının
artması Rusiyanın əlində yeni bir diplomatik alətə çevrilir. İsveç 2020-ci ilədək mədən
yanacaqlarından azad iqtisadiyyata malik ölkəyə çevrilməyi hədəfə alıb.
Almaniya
dünyanın günəş elektrik enerjisinin yarısını istehsal edir, Avropanın ən böyük biodizel
isehsalçısıdır və 2020-ci ilədək CO
2
emissiyalarını 40% azaltmağı planlaşdırır. Bu da
Almaniyanı dünyanın ən qənaətcil enerji istifadəçisinə çevirəcək.
L
ATIN
A
MERIKASI
: Braziliya etil spirtinin istehsalı üzrə dünya lideridir; 2006-cı ildə ölkədə
alınan maşınların 70%-i qıvraq tipli yanacaqla işləyən nəqliyyat vasitələri olub; 2010-cu
ildə ölkənin etil spirtinin ixracından əldə etdiyi gəlir 1.3 milyard dollara çata bilər. Boliviya
və Venesuela öz neft və qaz sənayelərini milliləödirməyə davam edirlər. Meksika üz təbii
qazının xarici investisiyalar tərəfindən
inkişaf etdirilməsini istəmir, amma eyni zamanda
bunu özünün etməsi üçün kifayət qədər maliyyəyə sahib deyil. Venesuelanın ağır neft
ehtiyatları bu günün texnologiyalarından istifadə edə və bununla Səudiyyə
Ərəbistanındakı ehtiyatlardan da çox ehtiyatlara sahib ola bilər.
Ş
IMALI
A
MERIKA
:
15-illik avtomobil dövriyyəsini nəzərə alsaq, 2012-ci ilədək ABŞ-dakı yeni
avtomobillərin yarısı benzinsiz işləməlidir ki, növbəti 20-30 il üçün Yaxın Şərq neft asılılığı
azalsın. Bu da elastiki yanacaqla işləyən qoşula bilən hibridlər vasitəsilə həyata keçirilə
bilər. Kosmik günəş enerjisi dünyadakı elektrik maşınlarının yanacağa olan tələbatını
bütünlüklə ödəyə bilər. Atom (nüvə) enerjisi ABŞ-ın CO
2
emissiya edən elektrik
stansiyalarını əvəz etməsi üçün təqribən 350 atom (nüvə) elektrik stansiyaları inşa
edilməlidir – 15 il ərzində hər 2-3 həftədə bir ABŞ Enerji Departamenti
belə hesab edir ki,