Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə31/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   27   28   29   30   31   32   33   34   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
72
R
EGIONAL 
M
ÜLAHIZƏLƏR
 
  
A
FRIKA
: Afrikada elm və texnologiya maliyyələşdirilməsi hələ də ÜDM-nin 1%-dən azdır. 
2007-ci ilin oktyabrında Afrika Elm və Texnologiya stratgiyaları liderlərinin Misirdə 
keçirilən görüşünün nəticələri, Afrikanın İnkişafı üçün Yeni Əməkdaşlığın strategiyaları və 
elm üzərində  işlərini, texnologiyanı  və milli qərar qəbul edicilik prosesi üçün yenilik 
göstəricilərini qidalandırmalıdır. Elmi Birliklərin Beynəlxalq  Şurası Afrikada diqqəti 
sağlamlığa və insanların rifahına, çirklənmə  və meşəsizləşmə kimi təhlükələrə, sabit 
enerjiyə və qlobal iqlim dəyişikliyinə yönəldən idarə təsis etmişdir. 
  
A
SIYA VƏ 
O
KEANIYA
:
 
Hal-hazırda Çin Yaponiyanı ötərək dünyada ikinci ən böyük tədqiqat 
və  təkmilləşdirmə sistemidir və 2010-cu ilədək dünyanın tədqiqat və  təkmlləşdirmə 
xərclərinin 23%-ini təşkil edir. ABŞ-dan sonra Çin dünyada nanotexnologiya haqqında 
maddələrini buraxan ikinci ən böyük ölkədir. Yaponiya isə üçüncü yerdədir. Çin Nigeriya 
üçün peyk layihələşdirib və havaya buraxıb və Venesuela üçün də birini layihələşdirməyi 
və havaya buraxmağı planlaşdırır. Hindistanın Banqalor şəhərində ABŞ-ın Silikon Valli 
rayonundakından daha çox İT mühəndisi var. Yaponiya kosmik günəş peyklərinin inşa 
edilməsi və saxlanılmasının təcrübi üsulu kimi ilk sınaq Furoşiki peykini havaya buraxıb.   
  
A
VROPA
: Tibbi-, bioloji-, və neyrotexnologiyada irəliləyişlər Avropada yaşlanan cəmiyyətlə 
olan problemlərin bir çoxunu azalda bilər. Avropada, əsasən Almaniyada bir çox tədqiqat 
institutları, kompüterləşdirilmiş protezlərə  və beyin-kompüter interfeyslərinə malik Süni 
Görmə Sistemləri üzərində  işləyirlər. AB 2010-cu ilədək tədqiqat və  təkmilləşdirmə 
xərclərini ÜDM-nin 3%-dək artırmağı və daha 700 000 tədqiqatçı cəlb etməyi planlaşdırır. 
500 000-dən çox alim son 15 il ərzində Rusiyanı  tərk edib; Rusiya indi nanotexnoloji 
tədqiqat və  təkmilləşdirməyə böyük sərmayələr qoyur.  Sloveniya hökuməti  şəffaflığı  və 
ictimai anlaşmanı artırmaq üçün öz tədqiqat proqramını şərhlər üçün açıq elan edib.  
  
L
ATIN 
A
MERIKASI
: Region ÜDM-nin orta hesabla 0.4%-ini elm və texnologiyanın inkişafına 
sərf edir, lakin 2010-cu ilədək bu göstəricini 3%-ə  qədər artırmağı planlaşdırır. Region 
həmçinin öz uzunmüddətli dövlət-özəl tədqiqat və təkmilləşdirmə əməkdaşlığını, regional 
tədqiqat  şəbəkələrini, milli strateji tədqiqat və  təkmilləşdirmə planlaşdırmasını,  əsaslı 
tədqiqatları, fayda və risklər üzrə elm və texnologiya məlumatlılığnı  və yerli tədqiqat və 
təkmilləşdirməyə qoyulan özəl sərmayə qoymaq stimulunu inkişaf etdirməlidir.   
  
Ş
IMALI 
Amerika: Massaçusets Texnologiya İnstitutu pulsuz onlayn elm və texnologiya 
kursları təklif edir. Milli Elmlər Akademiyasının verdiyi məlumata əsasən, hal-hazırda ABŞ 
ixrac etdiyindən daha çox yüksək-texnologiyaya malik məhsulları idxal edir. Saf enerji 
texnoloji innovasiyaları sürətlənməkdə davam edir – 2006-cı ildə 4000 ABŞ əlaqəli patent 
olmuşdur. ABŞ Patentlər  İdarəsi ictimai şərhlərin edilməsi üçün patent ərizələrini 
internetdə yerləşdirməyi planlaşdırır. Elm və Texnologiya üzrə  təhsil alan tələbələrin 
sayının azalması, dini fundamentalist siyasətlər və digər siyasi nəzər nöqtələrinin 
mövcudluğu ABŞ elminin davamlı uğuruna potensial təhlükələrdir. Mükafatlar bəşəriyyətə 
xeyir verən texnologiyanın yayılmasını sürətləndirə bilər. Məsələn, Kaliforniya ştatı, San 
Xose Texnoloji Muzeyinin təsis etdiyi Texnologiya Mükafatg və ya ildə milyonlarla ton 
karbon qazının təmizlənməsinə səbəb olan Rizard Brensonun təsis etdiyi mükafat ya da 
Massaçusets Texnologiya İnstitutunun həyata keçirdiyi robot yarışları.      
  
Qrafik 14. İqtisadi  Əməkdaşlıq və  İnkişaf Təşkilatında və  Əməkdaşlıq edən Qeyri-Üzv 
Ölkələrdə Gözlənilən Tədqiqat və Təkmilləşdirmə xərcləri (ÜDM-nin faizi) 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
73
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mənbə:  İqtisadi  Əməkdaşlıq və  İnkişaf Təşkilatı, Məlumatlar bülleteni, 2007 – İqtisadi, 
Ekoloji və Sosial Statistik göstəricilər 
  
 
15. 
Etik düşüncələri qlobal qərarlarla daha mütəmadi surətdə necə 
birləşdirməli? 
Qeyri-əxlaqi qərarlar kütləvi informasiya vasitələrinin, bloqların, mobil telefon 
kameralarının, etik komissiyaların və “Transparency İnternational” kimi təşkilatların 
vasitəsilə geniş şəkildə ifşa edilir. Bununla belə mənasız xəbərlər və əyləncələr beynimizi 
əxlaqsız davranışlarla doldurur, halbuki 1 trilyon dollar rüşvətə, 2 trilyon dollar mütəşəkkil 
cinayətkarlığa xərclənir və terrorizmin yayılmaması üçün qlobal əxlaqi rəhbərliyə böyük 
ehtiyac var. Dəyərləndirmələrə  əsasən, 30 münaqişədə 300 000 uşaq  əsgər, cinsi qul, 
hambal və gözətçi işləyir. Braziliyanın QİÇS-ə dair qərarları kimi daha çox əxlaqi qərarlar 
necə möhkəmləndirilə bilər? Və ya CO
2
-nin emissiyasını azaltmaq üçün yaranan ABŞ-Çin 
ittifaqı kimi ittifaqlar necə təşviq oluna bilər? 
 
Dini dünyagörüşünə  əsaslanan ictimai əxlaq günü-gündən artan ateizmin təsirinə məruz 
qalır.  Bu  da  qərar qəbul etmə prosesinin əxlaqi özülü haqqında qeyri-müəyyənliklərə 
səbəb olur. Həyat quruluşunun dəyişmə sürəti bir çox insanların və institutların qavrama 
bacarıqlarından xaric olduğu üçün əxlaqi qeyri-müəyyənliklərə gətirb çıxarır. Bizim genetik 
kodları yenidən yazmaqla minlərlə yeni həyat formaları yaratmağa və ya özümüzü və 
gələcək nəsilləri genetik şəkildə  dəyişməyə haqqımız varmı?  İnsanların texnologiya ilə 
birləşməsi nə  dərəcədə doğrudur? Azad sorğunun dəstəklənməsi və  nəzərəçarpacaq 
dərəcədə  qəza halı yarada biləcək məlumatlara çıxışın təmin olunması arasında baıans 
mövcuddurmu? Texniki vasitələr terrorizmin elektronik faşizmə  gətirib çıxarmasının 
qarşısını ala bilərmi? Mütəxəssislər belə bir fərziyyə irəli sürür ki, dünya “spesifikliyə” 
doğru hərəkət edir – bu düvrdə texnoloji dəyişkliklər elə çox sürətlə baş verir və elə 
mühüm  əhəmiyyət kəsb edir ki, biz məsələn bugün 2025-ci ildən o tərəfə  həyatın necə 
olacağı haqda təsəvvürlərə malik olmaq iqtidarında deyilik.  
  
Qlobalizasiya və qabaqcıl texnologiya çox az insana, əvvəlkindən daha az vaxt ərzində və 
daha zox ziyan vurmağa imkan verir. Nəticə etibarilə  hər bir insanın rifahı, hamını 
maraqlandırmalıdır. Bu cür bayağılıqlar yenilik deyil, lakin onların nəticələrinin 
uğursuzluğu gələcəkdə keçmişdəkindən tamamilə  fərqli olacaq. Yeni texnologiyalar da 
həmçinin çox az insana, əvvəlkindən daha çox kömək etməyə imkan verir. BMT-nin 
Fa
iz 
База
 
ВК 
MED 
НК
 
Baza 
 
YK 
 
MED
 
 
AK 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə