Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə34/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   30   31   32   33   34   35   36   37   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
79
2007-ci il üçün Qlobal GDİ 
 
GDİ-yə daxil edilən dəyişənlər 2006-07-ci illərdə yenidən qiymətləndirilib. (metodun 
təfərrüatları üçün kompakt disk versiyasının “L” Əlavəsinə baxın). Araşdırmada iştirak 
etmiş  iştirakçılar dəyişənləri qiymətləndirmək,  ən pis və  ən yaxşı ssenariləri 
qiymətləndirmək, GDİ-yə daxil edilmək üçün yeni dəyişənlər təklif etmək, ən azı 20 il tarixi 
məlumatlara malik mənbələri təklif etmələri üçün sorğu-sual ediliblər.  
 
Real Time Delphi metodunun verdiyi nəticələr üzərində işləyərək, 29 dəyişəndən istifadə 
olunaraq yeni qlobal GDİ qurulub. Bu dəyişənlər, məlumatın əldə olunması və əsas GDİ 
araşdırmalarında dəyişənlərin istifadəsi üzrə RT Delphi araşdırmasında aldıqları xallar 
əsasında seçiliblər. Daha sonra, mümkün olan yerlərdə, həm milli həm də qlobal GDİ 
tətbiqinə faydalı olan vahidlər seçilib. 2007-ci il GDİ-sində istifadə olunmuş  dəyişənlərin 
siyahısı Cədvəl 2-də yer alıb.    
 
Tez-tez manipulyasiya tələb olunsa da, demək olar ki bütün dəyişənlər üzrə onlayn tarixi 
məlumat mənbələri  əldə olunub. Və  həm çatmayan məlumatları daxil etmək və  həm də 
növbəti 10 ildə proqnoz əldə etmək üçün məlumatlar zaman seriyalarına uyğunlaşdırılır.   
2007-ci il GDİ-si daha əvvəlki təhlillərlə bilavasitə müqayisə edilmir, çünki dəyişənlərin 
çoxu onların milli GDİ hesablamalarında istifadəsini asanlaşdıracaq şəkildə ifadə olunur. 
Məsələn, köhnə dəyişən sayılan “Əhalinin illik əlavəsi (milyon)” indi “Əhali artımı (iilik faiz) 
kimi ifadə olunur. İkincisi, artıq “Tədqiqat və Təkmilləşdirmə xərcləri (milli büdcənin faizi)” 
kimi Real Time Delphi-yə daxil olunan məlumatların nəticələri kimi əlavə edilmiş yeni 
dəyişənlər mövcuddur. Əvvəlki araşdırmalarda istifadə olunan bəzi dəyişənlər yenilərilə 
əvəz olunub; məsələn, “Yerli tibbi xidmətlərə çıxışı olan insanların sayı (15 ən çox əhalisi 
olan ölkələrdə)”, “Terapevtlərlə (hər 1000 min adama)” əvəz olunub. Bu isə milli GDİ-lər 
üçün daha asan əldə oluna bilən və daha müvafiqdir. Ən son olaraq, məlumatları daha 
fərqli şəkildə təqdim edən yeni məlumat mənbələri tapıldığı üçün bəzi dəyişənlər dəyişilib. 
Məsələn,  əvvəlki araşdırmalarda “Zorakı  qətllər (17 ölkədə. hər 100, 000 adama)” 
dəyişəni istifadə olunurdu. Cari araşdırmalarda isə “Qəttlər, düşünülmüş (qəsdlə) (hər 
100, 000 adama)” dəyişəni istifadə olunur.    
 
The 2007 GDİ qrafik olaraq Qrafik 16-da şəkildə göstərilib. 
 
Qrafik 16. GDİ 2007 
 
 
 
 
RT Delphi araşdırmasında iştriak etmiş respondentlərin GDİ-nin nəticələri üçün vacib ola 
biləcəyini düşündükləri hadisələrin təsirlərini tədqiq etmək üçün tendensiyanın təsirin 
təhlili də həyata keçirilib. Bütövlükdə 90-dan çox hadisə nəzərə alınıb. Bu hadisələrdən


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
80
və meydana gəlmə ehtimallarının qiymətləndirilməsindən və heyət tərəfindən edilən 
təsirlərdən istifadə etməklə, fərdi dəyişənlərin Tendensiyanın Təsirinin Təhlili proqnozları 
və GDİ özü hazırlanıb. Tendensiyanın Təsiri Təhlili proqnozlaşdırılmış GDİ-ni elə 
təkmilləşdirir ki, tarixi tendensiyalar növbəti onillik ərzində uzadılsın. Qrafik 17 Tendensiya 
Təsirinin Təhlilinin istifadə olunmuş GDİ-ni göstərir.       
 
Məlum olub ki, proqnozlar öldürülən insanların sayının gözləniləndən iki dəfə çox olduğu 
terror aktları və gözlənilməz, lakin baş verə biləcək fəlakətlər kimi bəzi gələcək hadisələrə 
qarşı çox həssas olub. Bu cür hadisələr GDİ-ni 15 il əvvəl mövcud olmuş dəyərlərdən də 
aşağı dəyərlərə sala bilər. Rəqəmlərin bir az fərqli olmasına baxmayaraq, 2007-ci il GDİ 
Qrafikı də eynən son bir neçə ilin GDİ qərarlarının ümumi şəklini göstərir: 1980-ci illərin 
ortasından nisbətən sürətli artım, sonra növbəti 10 ildə davamlı, lakin daha sonra artım 
yavaş olmuşdur. Daha əvvəl sadalanmış  səbəblərdən fərdi müqayisələrin aparılmasının 
mümkün olmasına baxmayaraq, 2005-ci və 2007-ci il üçün GDİ-lər Qrafik 18-də göstərilib.           
 
 
Qrafik 17. 2007-ci il üçün GDİ,  Tendensiya Təsirinin Təhlili ilə 
 
 
 
 
Qrafik 18. 2005 və 2007-ci il GDİ-lərinin müqayisəsi 
 
 
 
 
GDİ  dəyişənləri 6 sahədə qruplaşdırıla bilər: mənəvi gözləntilər, fiziki gözləntilər, 
təhlükəsizlik gözləntiləri, səhiyyə gözləntiləri, intellektual gözləntilər və sərvət gözləntiləri. 
Hər kateqoriya özü bir proqress ölçüsü ola bilər. Səhiyyə, intellektual və  sərvət sahələri 
üçün, tarixi və layihələşdirilmiş  dəyərlər “ən yaxşı” məqsədlərə doğru hərəkət edir
Baza 
YK 
Med
AK


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
81
mənəvi, fiziki və təhlükəsizlik sahələri üçün, tendensiyalar qismən qarmaqarışıqdır, lakin 
zaman keçdikcə  gələcəyə doğru “ən mənfi” çərçivələri istiqamətində spiralvari hərəkət 
edirlər. Qrafik 19 hər bir kateqoriya üzrə tendensiyanı göstərir. 
 
Qrafik 19. Əxlaqi, Fiziki, Təhlükəsizlik, Səhiyyə,  İntellektual və  Sərvət Gözləntiləri üzrə 
Tendensiyalar 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Milli GDİ-lər 
Varlılıq 
ntellekt  
ağlamlıq 
Təhlükəsizlik 
iziki 
Mənəvi 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə