Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə30/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   26   27   28   29   30   31   32   33   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
70
nəqliyyat vasitələri qoşula bilən hibrid elektrikləri olsaydı, “baza” elektrik enerjisinin 
istehsalı  və ötürücülük imkanları ölkənin 220 milyon nəqliyyat vasitəsinin 84%-ini 
yanacaqla təmin edə bilərdi. Hal-hazırda ABÖ-da yol tıxaclarında il ərzində 2.3 milyard 
qallon qaz sərf olunur. ABŞ nümayiş  məqsədli “emissiyasız” kömürlə  işləyən elektrik 
stansiyası  və karbonu soran və istixana qazlarının qarşısını almaqla hidrogen istehsal 
edən qurğu inşa etməyi planlaşdırır. ABŞ-da benzin vergisi Avropada olduğundan 
təqribən 1/7 dəfə çoxdur. 
  
 
 
Qrafik 13. Beynəlxalq Əsas Enerji Təchizatı 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
Mənbə: Beynəlxalq Enerji Agentliyi, Əsas Beynəlxalq Enerji Statistik Məlumatları, 2006 
  
 
14. 
Elmi və texnoloji nailiyyətlər insanların vəziyyətinin yaxşılaşdırılması üçün 
necə sürətləndirilməlidir? 
Son 25 ildə elm və texnologiyanın müstəsna təsirləri növbəti 25 ildə baş verəcək təsirlərlə 
müqayisədə cüzi görünəcək. Yeniliklərin sürətini tezləşdirən amillər özləri yüksək sürətlə 
dəyişirlər. “İntel”  şirkəti ilk proqramlaşdırıla bilən və saniyədə trilyon əməliyyat həyata 
keçirən 1 teraflopluq çiplər işləyib hazırlayıb. Beyin-kompüter qarşılıqlı əlaqəsi indi fikirləri 
proqramlı  şəkildə  hərəkət etdirir, nanohissəciklər və fibra liflər sinir böyüməsini 
stimullaşdırır və mini-biokompüterlər xüsusi fərdi hüceyrələri müalicə etməyə kömək edir. 
Fotonlar yavaşıyıb və sürətlənib, yetkin gövdə hüceyrələrinin zədələnmiş toxumanı bərpa 
etmə qabiliyyəti aşağı düşüb; bərk nümunənin içərisində gizlənmiş  tək elektronun zəif 
maqnetik siqnalları aşkar olunub; tək-molekullu kanal uzunluğuna malik üzvi tranzistorlar 
artıq gözə görünürlər; mikrobial yanacaq elementi nümayiş etdirilib.   
 
Elm və texnologiyanın imkanlarını sürətləndirməklə insanların inana biləcəyindən daha 
çox  şeyləri mümkünləşdirmək olar; insanın həyat  şəraitini yaxşılaşdırmaq üçün elmi 
irəliləyişlərin tətbiq olunması imkanları da davamlı  şəkildə  əldən buraxılır. Proqram 
təminatını yaratmaq üçün kod xətlərindən istifadə olunurdusa, genetik kodlardan da yeni 
həyat formaları yaratmaq üçün istifadə olunur. Süni orqanlar 3-ölçülü prototiplərə bənzər 
Digər 
Nüvə 
Hidro 
Kömür
Qaz
Neft


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
71
şəkildə hazırlana bilər; cərrahiyyə robotları artıq Maqnetik Rezonans Təsvirlərinə uyğun 
gəlir və tibbi problemlərə görə məsuliyyət daşıyan hüceyrəvi və irsi anomaliyalar müəyyən 
olunur və onların müalicəsi layihələşdirilir. Telefonlar üçün 10 qiqabaytlıq bərk disklər 
tezliklə mümkün olacaq. Genetik cəhətdən modifikasiya edilmiş viruslar özlərini elektrik 
keçiriciliyinə malik metallarla örtərək öz-özlərinə batareya elementlərinə çevrilən nano-
naqillər əmələ gətirirlər. Milyonlarla insan xərçəng xəstəliyinin dərmanını tapmaq üçün öz 
kompüterlərinin ehtiyat yaddaşını könüllü şəkildə verirlər. Nanotexnologiya, 
bilotexnologiya, informasiya texnologiyası  və  təfəkkür elmləri arasında gələcəkdə 
müştərək fəaliyyət sivilizasiyanın perspektivlərini dəyişəcək. Bizə irəliləyişləri izləmək 
üçün qlobal məlumat sistemi lazımdır ki, siyasətçilər və ictimaiyyət yeni elm və 
texnologiyanın potensial nəticələrini anlasın. Elm və texnologiyanın sürətlənməsi və 
qloballaşmasından irəli gələn risklər çox böyükdür (kompakt disk versiyasının 3.5-ci Fəsli, 
2025-ci il üçün Qlobal Elm və Texnologiya Ssenarilərinə baxın) və  gələcəkdə  əxlaqi 
məsələlərə səbəb ola bilər. Məsələn, bizim özümüzü klonlaşdırmağa, minlərlə yeni həyat 
növü yaratmağa və  əsaslı  tədqiqatlarda elmi suverenitet tələb etməyə haqqımız varmı? 
(Kompakt disk versiyasının 4-cü Fəsli, Elm və Texnologiyanın  İdarəolunması 
Məsələlərinə baxın). 
 
“Lux Research” araşdırma şirkətinin verdiyi məlumata əsasən, 2006-cı ildə nanotexnoloji 
tədqiqat və  təkmilləşdirməyə 12.4 milyard dollar sərmayə qoyulub və nanotexnoloji 
məhsullar 50 milyard dollardan çox qiymətə satılıb, beynəlxalq patent fondları 31% artıb 
və ABŞ  və Yaponiyada özəl sektorlar tədqiqat və  təkmilləşdirmə  xərclərində hökuməti 
geridə qoyub. Hər halda, nanotexnoloji mühitin sağlamlığa təsirinin tədqiq olunması geniş 
yayılıb, bu da tənzimləyən istehsalı  dəyişəcək standartlara gətirib çıxaracaq. Yeni 
avtomatik nano-miqyaslı standart bloklar, elementlər və qurğular üçün elmi plan 
hazırlanır. Qan hüceyrələri ölçüsündə olan nanorobotlar bir vaxt müayinə və müalicə  və 
daxili VR təsvirlərini çəkmək üçün insan bədəninə daxil ola bilərlər. Daha uzun müddət 
üçün kvant fenomeni və qarışıqlıq yaradan vasitələr tədqiq olunur. Kvant fizikləri 
teleportlaşan fərdi fotonları  təcrübədən keçirir və orjinalın 2 demək olar ki eyni surətini 
teleportlaşdıran üsul nümayiş etdirirlər. Astronomlar, cazibə qüvvəsinə  əks olaraq 
kosmoloji qüvvə olan qaranlıq enerjisinin imkanlarını tədqiq edirlər.   
  
14-cü Çağırışa o vaxt ciddiliklə cavab veriləcək ki, ictimai tələblər üçün tədqiqat və 
təkmilləşdirmə xərcləri, digər məqsədlər üçün edilmiş xərclərə bərabər olacaq və tədqiqat 
və  təkmilləşdirmə prioritetləri sistemində  və qanunvericilikdə istifadə üçün dünya elm və 
texnologiya biliklərini  əlaqələndirəcək, beynəlxalq elm və texnologiya təşkilatı  təsis 
olunacaq. Belə bir sistem riskləri, imkanları və müştərək əsaslı məsələlərə dair fərziyyələri 
aydgnlaşdırmaq məqsədilə dünya biliklərinin istifadəçi üçün rahat şəkildə toplamaqla 
siyasi və  mətbuat qərar qəbul edicilərini daha elm və texnologiya fəhmli edə bilər. Bu 
sistem həmçinin, bionanotexnologiya kimi mübahisəli sahələrin  şəffaf beynəlxalq elmi 
qiymətləndirilməsini asanlaşdıra və onların mümkün və arzu olunduqları yerlərdə onların 
insanın həyat  şəraitini necə yaxşılaşdıracağını aydınlaşdıra bilər. Hal-hazırda 
Akademiyalararası Panel – dünyadakı 90 elmi akademiyaların  şəbəkəsi elm və 
texnologiya məlumatlarına çıxışı  və  əməkdaşlığı artırır; hər kəs, tətbiqi elmin insanın 
həyat  şəraitini yaxşılaşdırmaq məqsədilə  mənbələndiyi, günü-gündən genişlənən biliklər 
məcmusunu təmin etmək üçün yeni nəzəri prinsiplərin  əsas tədqiqat və 
təkmilləşdirilməsini dəstəkləməlidir.       
  
 
 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə