Ümumdünya BMT Assosiasiyaları Federasiyası,
Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
62
Mənbə: Qlobal Münaqişə Tendensiyaları, Sistemli Sülh Mərkəzi, 2007
11.
Qadınların dəyişən statusunun insanların şəraitinin yaxşılaşdırılmasına
kömək еtməsinə necə nail olmalı?
BƏT-in verdiyi məlumatlara əsasən, qadınlar tərəfindən tutulan qanunverici, dövlət, və ya
rəhbər vəzifələr 1995-ci ildə 25.6%-dən çox az artaraq bugün 28.3%-ə çatıb. Baxmayaraq
ki, qadınlara qarşı ayrı-seçkiliyin hər hansı bir forması demək olar ki, bütün dünyada
bəyənilmir, amma yenə də irəliləyiş çox müxtəlifdir. Təqribən 56.6% qadın
nəğd pul
iqtisadiyyatında çalışır. Hal-hazırda ibtidai məktəbdə oxuyan hər 100 oğlana 94 qız düşür.
1999-cu ildə isə bu göstərici 92 olub. 2004-cü ildə əldə olunan məlumata əsasən 181
ölkədən təqribən 2/3-sində ibtidai təhsildə cinsi bərabərliyə nail olunub. Lakin 177 ölkədən
cəmi 1/3-ində orta təhsildə cinsi bərabərliyə nail olunub.
ÜST-nin verdiyi məlumata əsasən xəstəliklər və aclıqdan sonra qadınların arasında
ölümün əsas səbəbi zorakılıqdır; 5 qadından 1-i həyatı boyu ya zorlanıb ya da zorlanma
cəhdinə məruz qalıb. İbtidai və orta məktəb sistemləri, qızlar üçün bədən tərbiyəsi
proqramlarında döyüş sənətinə və özünümüdafiənin digər formalarına xüsusi yer
verməlidirlər. “Plan International”-ın verdiyi məlumata əsasən, kiçik yaşlarında
kifayət
qədər qidalanmama səbəbindən təqribən 450 milyon qadın inkişafdan geri qalıb; 62
milyon ibtidai məktəb yaşına çatmış qız məktəbə getmir; 15 yaşından 24 yaşına qədər 96
milyon qadın savadsızdır (savadsız kişilərin ikiqat sayı); təhlükəli abortlar və doğum
ağırlaşmaları 15-19 yaşlı qızlar arasında ölümün başlıca səbəbidir; və bəzilərinin yaşı 12-
dən də az olan 100 milyondan çox qızın növbəti onillik ərzində ərə getmələri gözlənilir.
Halbuki beynəlxalq sazişlər erkən evlilikləri qanunla qadağan edir. Hər il “tarixdə ən büyük
qul ticarəti” sayılan insan alverində alınıb-satılan 600 000-800 000 fərdin 80%-i qadındır.
Qızların təhsilə çıxışında, qadınlargn parlamentə üzv olmasında, və onların nəğd pul
iqtisadiyyatda iştirakında, prezervativlərin istifadəsində və qadınların tibbi xidmətlərə
çıxışında irəliləyiş nəzərə çarpır. 2007-ci ilin mayından parlamentə üzv olan qadınlar 17%
təşkil edib. 2006-cı ildə isə bu göstərici 16.6% faiz olub. Məktəbə yazılan oğlanların
sayının 90%-ində qızlar məktəbə yazılır. Qadınlar eyni iş üçün kişilərdən 2/3-3/4
nisbətində çox pul alırlar.
Qadınların siyasi, iqtisadi və təhsili statusunun artırılması bu Fəsildə göstərilmiş digər 14
Qlobal Çağırışa cavab verməyin ən səmərəli yollarından biridir. Bir çox ölkələrdə
universitetlərdə kişilərdən çox qadınlar oxuyur. Bu da qadınların
peşəkar işini
məhdudlaşdırır və Səudiyyə Ərəbistanı və Yaponiya kimi fərqli ölkələrdə “qadın beyinləri
axını” məsələsini kəskinləşdirir. İnternet vasitəsilə elm və texnologiyaya çıxış və keçmişdə
əlyetərli olmayan maliyyə məlumatlarının əldə edilməsi ilə qadınlar mədəni iyerarxiyada
öz yerlərini tuta bilərlər. Araşdırmaların kifayət qədər olmamasına baxmayaraq,
diplomatiya və sülh-qurucuları qəbul edirlər ki, qadınların dinc həllər üçün qarşılıqlı
razılığa kişilərdən daha asan gəlirlər. Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının
Aradan Qaldırılmasına dair Konvensiya, həmçinin BMT Təhlükəsizlik Şurasının 1325 saylı
qətnaməsi həyata keçirilməli, milli fəaliyyət planları yaradılmalı,
geniş miqyasda həyata
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
63
keçirilməlidir. Silahlı münaqişədə qadınlara qarşı zorakılıq əleyhinə etibar və razılaşma
komissiyaları təsis etmək cəzasızlığa son qoyulmasına kömək edə bilər. Dövlət iştirakı
olan şirkətlərin idarə heyətinin 30%-ində hər cinsdən ən az 30% olaraq təşkil olunması
tələb olunmalıdır.
Cinsi bərəbərliyə əsaslanan Cini əmsalı və digər cinsi bərabərlik indeksləri, həmçinin
qadınların siyasi səlahiyyətləri tutmaq üçün maarifləndirilməsi təşviq olunmalı, rəqabət
əvəzinə həmrəylik ideyası inkişaf etdirilməli, qadınların qanuni haqları (kreditə, torpağa,
texnologiyaya, təlimlərə, səhiyyə xidmətləriə və uşağa baxım xidmətlərinə çıxışı kimi)
təmin olunmalg,və qadgnlargn siyasi və iqtisadi öəbəkələömə təökilatlarg təsis
olunmalgdgr. Bu, kəndli, miqrant, qaçqın, məcburi köçkün və əlil qadınlar
üçün xüsusi
əhəmiyyət kəsb edir. Bu cəhdlərə həmçinin, kişilərin qadınlara tamamilə hörmət etmələri
üçün maarifləndirilmələri və çox tez-tez zərərli gender stereotiplərini qabardan kütləvi
informasiya vasitələri ilə bilavasitə iş aparılması da daxildir.
11-ci çağırışa o vaxt ciddiliklə cavab veriləcək ki, məktəblərə qəbulda, savadlılıqda və
kapitala çıxışda cinsi bərabərliyə nail olunacaq, ayrı-seçkiliyə səbəb
olan qanunlar aradan
qaldırılacaq və parlamentlərdə və nazirlər kabinetində qadınların və kişilərin sayı
bərabərləşəcək.
R
EGIONAL
M
ÜLAHIZƏLƏR
A
FRIKA
: Sub-Sahara Afrikası parlamentlərindəki qadınların faizi 17.5%-dir. Bu da dünyada
orta hesabdan yuxarıdır. Dünyada parlamentdə olan qadınların ən çox sayına görə
Ruanda birincidir (49%). Sub-Sahara Afrikasında 6 qadından 1-i hamiləlik nəticəsində
ölür. Müqayisə üçün deyək ki, sənaye ölkələrində 2800 qadından 1-i hamiləlik nəticəsində
həyatını itirir. Afrikada yeniyetmə qızların təhsilini başa vurmaması çox yüksək səviyyəyə
çatıb. Uqanda təhsildə cinsi boşluğu aradan qaldırmaq üçün məktəb ödənişlərini
yığışdırıb.
A
SIYA VƏ
O
KEANIYA
: Asiyada qanunverici vəzifələrdə çalışan şəxslərin 16.4%-i qadındır.
Tailandda cinsi partnyorlara göstərilən zorakılıq 15-24 yaşlı qadınlar və qızların ölməsinin
başlıca səbəbidir. Asiyada qız uşaqlarının doğulmadan
öncə və doğulduqdan sonra
valideynlər tərəfindən öldürülməsi, qız uşaqlarına qəsdən qayğı göstərilməməsi və ac
qoyulması nəticəsində ən az 60 milyon qız uşağı “itirilir”. Oğlan uşaqlarına üstünlük verən
ailələrlə mübarizə aparmaq üçün Çin qızları olan valideynlər üçün təqaüd planlarını
maliyyələşdirir. Çində İnternet istifadəçilərinin 40%-i qadınlardır. Yaxın Şərq
universitetlərində oxuyan tələbələrin çoxu ərəb qadınlarıdır, lakin ərəb ölkələrinin
parlamentlərinin cəmi 8.9%-i qadınlardan təşkil olunub.
A
VROPA
: AB-də qanunverici və rəhbər vəzifələrin 30.6%-i, ATƏT-ə daxil olan ölkələrdə isə
qanunvericilərin 19.2%-i qadınlardan təşkil olunub (AB-yə daxil olan ölkələrdə orta
hesabla 24%). Norveç tələb edir ki fond birjasında qeydiyyatdan keçmiş bütün şirkətlərin
idarə heyəti hər cinsdən ən azı 40% olaraq təşkil olunmalıdır. AB-də qadınların
təqribən
57%-i işləyir, lakin orta hesabla 15%-i eyni işə görə kişilərdən daha az pul alırlar. Çox az
kişilər ailədə daha çox məsuliyyəti üzərlərinə götürdükləri üçün qadınlar analara üz
peşəkar karyeralarını davam etdirməyə imkan verən inkişaf etmiş ictimaiyyət və şəxsi
(özəl) infrastrukturların olmasını istəyirlər. Lakin onlar ailə həyatına həsr etmək üçün boş
vaxtın azalmasından da narahatlıq keçirirlər. Təqribən 700 000 Şərqi Avropalı qadın
Qərbi Avropada cinsi qullardır. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən yeni