Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə27/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   23   24   25   26   27   28   29   30   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
64
Gender Bərabərliyi üzrə Avropa İnstitutu qadınların cəmiyyətin bütün sahələrinə yardım 
etdikləri və bununla da daha yaxşə strategiyaların işlənib-hazırlanmasına səbəb olduqları 
haqqgnda kişiləri maarifləndirməlidirlər. Bosniyada baş vermiş müharibə zamanı 50 000-
dən çox qadın zorlanmışdır. 
  
L
ATIN 
A
MERIKASI
:
 
Regionda qanunverici və  rəhbər vəzifələrin 35%-i qadınlardan təşkil 
olunub. Son bir neçə il ərzində Latın Amerika və Karib dənizi hövzəsi ölkələrində yaşayan 
qadınlar öz insan haqlarının qorunmasında böyük irəliləyişlərin şahidi olsalar da, təhlükəli 
abort mühüm ictimai səhiyyə problemidir və regionda ana ölümlərinin başlıca səbəbidir. 
Meksikanın bəzi  ştatlarında ilk 12 həftədə abort elətdirmək istəyən qadına himayədarlıq 
edirlər. Hökumətlər zorlama, cinsi təzyiqlər və qadınlara və qadınlara zəhmət haqqının 
ödənilməsinə dair qanunları  dəyişməlidirlər. Regionda müşahidə olunan ən büyük 
irəliləyişlərdən biri kişilərin öz “kişilik” mövqelərində dəyişiklik etmələridir.  
  
Ş
IMALI 
A
MERIKA
:
 
Şimali Amerikada qanunverici və rəhbər vəzifələrin 41.2%-i qadınlardan 
təşkil olunub. ABŞ-da xüsusilə qadınların təhsildə nailiyyətləri ürəkaçandır və ancaq 
iqtisadiyyatda və siyasi səlahiyyətlərin tutulmasında qadınların iştirakı nisbətən azdır. 
Lakin hamiləliyə gürə  məzuniyyət, analığa görə maddi yardım və  uşaqların sosial 
müdafiəsi məsələlərində ABŞ  zəifdir. Kanada Beynəlxalq  İqtisadi Forumun  Qadınlara 
Səlahiyyətlərin Verilməsi ölçülərinə əsasən dünyada yeddinci, ABŞ isə 17-cidir. ABŞ hələ 
Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Aradan Qaldırılmasına dair 
Konvensiyanı ratifikasiya etməyib. Qvebekdə qəbul olunan qanuna əsasən 2012-ci ilədək 
dövlət korporativ təşkilatlarının idarə heyətlərinin 50%-i qadınlardan ibarət olmalıdır.  
  
Qrafik 11. Parlamentlərdə Qadınlar (faiz) 
  
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mənbə: Parlamentlərarası Birlik  
  
  
12. 
Transmilli mütəşəkkil cinayətkarlıq şəbəkələrini daha güclü və mürəkkəb 
qlobal təsisаtа çеvrilmədən necə dayandırmalı? 
Transmilli mütəşəkkil cinayətkarlıq müfəssəl, müştərək qlobal mübarizə strategiyasının 
yoxluğunda inkişaf etməyə davam edir. Havocscope.com-un dəyərləndirmələrinə əsasən 
dünyada qeyri-qanuni ticarət 1 trilyon dollara, saxtalaşdırma və piratçılıq 521.6 milyard 
dollara, qlobal narkotika alveri 321.6 milyard dollara, ekoloji məhsullar alveri 55.7 dollara, 
Skandin. ölkələri 
Amerika 
Asiya 
Avropa-ATƏT 
Sub Saxara Regionu  
 
Sakit Okean regionu
 
Ərəb ölkələri 
   Dünya 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
65
insan alveri 43.8 milyard dollara, istehlak malları 37.5 milyard dollara və silah alveri 10.1 
milyard dollara gəlib çatır. Əsasən qeyri-qanuni narkotika və silah alveri yüksək dərəcəyə 
çatıb. Dünya Bankının dəyərləndirmələrinə  əsasən, keçən il ərzində verilən rüşvət 1 
trilyon dollar, “yuyulmuş pullar” isə 1.5-6.5 trilyon dollar təşkil edib. Nəticə etibarilə, ümumi 
məbləğ 2 trilyon dollarg ötüb keçir və bu da dünyadakı bütün hərbi büdcələrdən 2 dəfə 
çoxdur. Transmilli mütəşəkkil cinayətkarlıq üçün də hesablamalar aparmaq çox çətindir, 
çünki nəğd pul daşıyan qaçaqmalçı kuryerlərin, brilyantların geniş  şəkildə istifadəsi və 
anonim İnternet bankçılıq onun əsl qazancını gizlədir.  
  
BMT-nin verdiyi məlumata əsasən, hal-hazırda dünyada 27 milyon insan qul kimi saxlanır. 
Bu da o deməkdir ki, butün dünyada Afrika qul ticarətinin kulminasiya nöqtəsində olduğu 
zaman mövcud olan saydan daha çox qul var. Bunların çoxu Asiyadadır. İnsan Alveri ilə 
Mübarizə üzrə Qlobal Təşəbbüs bu il təsis olunub və BMT-nin İnsan Alveri ilə Mübarizə 
Protokolu 110-dan çox ölkə tərəfindən ratifikasiya edilib, lakin arzuolunan nəticə hələ əldə 
olunmayıb. Dünya Bankının dəyərləndirmələrinə  əsasən verilən rüşvətlərin cəmi 20-40 
milyard dolları inkişaf etməkdə olan və keçid iqtisadiyyatına malik ölkələrə gedibsə, onda 
rüşvətlərin büyük əksəriyyəti daha varlı ölkələrdəki insanlara ödənilib. Bu, həmin ölkələrdə 
qərar qəbul etmə prosesinin çox böyük məbləğdə pullara qarşı zəiflik göstərməsi ilə izah 
olunur. Qərarlar da heroin kimi alınıb-satla bilir və bununla da demokratiyanı bir xəyala 
çevirirlər.  
 
Şimali Koreya hökumətinin verdiyi məlumata əsasən, ölkə il ərzində 500 milyon dollardan 
1 milyard dollara qədər məbləğdə pulu cinayətkar qruplaşmalardan xilas edir. Bir çox 
əfqan dövlət məmurları qeyri-qanuni narkotika alveri ilə  məşğul olurlar. Gün ərzində 2 
trilyon dollar məbləğində pulların kompüter komunikasiyaları vasitəsilə beynəlxalq 
köçürmələri  şirnikdirici bir hədəfdir.  Şəxsiyyətin kütləvi  şəkildə  oğurlanması kimi İnternet 
cinayətləri transmilli mütəşəkkil cinayətkarlığın  əsas fəaliyyətinə çevrilib. QİÇS 
nəticəsində yetim qalmış 13-15 milyon uşaq, bundan savayı, 2010-cu ilədək QİÇS 
nəticəsində yetim qalmaları gözlənilən digər 10 milyon uşaq, transmilli mütəşəkkil 
cinayətkarlıq üçün yeni istedadlar yetişdirən geniş bir bataqlıq əmələ gətirə bilər. Bir çox 
ölkələrdə reseptlər vasitəsilə narkotiklərin istifadəsi, narkotiklərin  ənənəvi qeyri-qanuni 
istifadəsini ötüb keçib. Və  dərmanların tərkibinin saxtalaşdırılması transmilli mütəşəkkil 
cinayətkarlıq üçün yeni biznes sahəsidir.  
  
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Əməliyyatları Operativ Qrupu pulların 
yuyulması ilə mübarizə üçün 40 tövsiyyə  işləyib-hazırlayıb, BMT-nin Narkotiklər və 
Cinayətkarlıqla Mübarizə  İdarəsi Çirkli Pulların Yuyulması  əleyhinə Qlobal Proqram 
yaradıb. Bundan əlavə, Narkotiklərə  Nəzarət Beynəlxalq Heyəti, Ümumdünya Gömrük 
Təşkilatı,  Beynəlxalq Anti-Korrupsiya Koordinasiya Qrupu, İnterpol və Beynəlxalq Cinayət 
Məhkəməsi də mövcuddur. Lakin bütün bunlara baxmayaraq Transmilli Mütəşəkkil 
Cinayətkarlıq artmaqda davam edir və yoxulluğun, suyun və sabit inkişafın daxil edildiyi 
kimi beynəlxalq gündəliyə daxil olunmayıb. Transmilli Mütəşəkkil Cinayətkarlıq  əleyhinə 
qlobal yekdilliklə əməliyyatlara başlanılması üçün cəmiyyətin bütün sahələrinin beynəlxalq 
kampaniyaya başlaması vaxtıdır. Çünki, transmilli mütəşəkkil cinayətkarlıq elə bir nöqtəyə 
gəlib çıxıb ki, dövlətlərin onunla mübarizə aparması günü-gündən çətinləşir. BMT-nin 
Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi bütün ölkələri bu problemi dəf etmək üçün 
müştərək strategiya işləyib hazırlamağa dəvət edib. Bir neçə Avropa və Latın Amerikası 
ölkəsi qeyri-rəsmi şəkildə bir qlobal strategiya qəbul ediblər. Beynəlxalq orqan cinayətlərin 
kateqoriyalarını müəyyənləşdirməkdənsə yuyulmuş çirkli pulların həcmi  əsasında  eyni 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə