Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə35/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   31   32   33   34   35   36   37   38   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
82
 
GDİ-lər qlobal, milli, regional və ya sektoral səviyyədə hesablana bilər. Milli GDİ-lər, 
bütövlükdə ölkəni inkişaf etdirmək məqsədi daşıyan strateji və  sərmayə  qərarları üçün 
prioritetlər qurmağa kömək edə bilər. Bu ölkələri, yaxın 10 ildə özlərindən xalqın daha 
yaxşı  və daha pis təmin olunmasının nə olduğunu soruşmağa – və bu suala daha 
obyektiv və kəmiyyətli şəkildə cavab verməyə təşviq edə bilər.    
 
2004-cü ildə Minillik Layihəsi Venesuela Bölməsi Deloitte & Touche C.A. şirkəti ilə birlikdə 
milli GİD-lərin hesablanması  təşəbbüsünü həyata keçiriblər. Onlar Amerikanın seçilmiş 
ölkələri – Argentina, Braziliya, Kanada, Çili, Kolumbiya, Ekvador, Meksika, Peru, ABŞ və 
Venesuela üçün GDİ-ləri hesablayıblar. Bu təşəbbüs məlumatların  əldə olunmasının və 
müqayisə oluna bilməsinin qiymətləndirilməsinə, həmçinin hər ölkədə  əlverişli və ya 
əlverişsiz dəyişiklikləri hansı amillərin müəyyən etməsinin təhlilinə imkan verib.   
 
Milli GDi-lərin hesablanması  həmçinin müxtəlif ölkələrin perfrormansları arasında 
müqayisə aparmağa imkan verir. Bundan əlavə, milli GDİ-lər problemə qlobal GDİ-ylə 
yanaşırlar: regionlar və xalqlar arasında dəyişilmələr. Qrafik 20, Amerikanın 10 ölkəsinin 
GDİ-lərinin müqayisəsini əks etdirir.  
 
Milli GDİ-lər yaratmaq marağı geniş  şəkildə yayılıb; Kanada, Çin, Misir, Macarıstan, 
Küveyt, Cənubi Koreya və Türkiyə milli məlumatlardan istifadə edərək öz şəxsi 
indekslərini işləyib-hazırlamaqda maraq göstəriblər.  
 
Qrafik 20. Ölkələrin Tənzimlənməyən GDİ Mütləq Dəyərləri 
 
 
 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
83
Türkiyə üçün ilk GDİ 2006-cı ildə, Türkiyənin Bütün Futuristləri Assosiyasiyasında Minillik 
Layihəsinin Türkiyə Bölməsi tərəfindən hesablanıb. Növbəti il, onlar hesablamada nəzərə 
alınmış dəyişənləri yenidən qiymətləndiriblər və metodolgiyanı təkmilləşdiriblər.   
 
2007-ci il üçün GDİ-yə daxil edilən 11 dəyişən (2006-cı ildəkindən 3 dəyişən çox), 
məlumatların 20 il üçün əldə oluna bilinməsinə və Türkiyənin gələcəyinə aidiyyatı olan 15 
Qlobal Dəyişənə olan münasibətə əsasən seçilib.  
 
Türkiyənin Bütün Futursitləri Assosiasiyasının 28 üzvü Delfi araşdırmasından istifadə 
edərək, Türkiyə GDİ-nə daxil edilmiş  dəyişənlər üçün ən yaxşı  və  ən pis dəyərləri 
qiymətləndiriblər. Qrafik 21 onların hesablamalarının nəticələrini göstərir.  
 
 
Aşağıdakı dəyişənlər daxil edilib: 
• Qida 
ehtiyatları 
• Adambaşına düşən ÜDM  
Körpə ölümü 
• Su 
mənbələrinə çıxış 
• Hər ÜDM-yə düşən xarici borc 
• Meşə torpaqları 
• Savadsızlıq 
•  İşsizlik 
• Səhiyyə xidmətlərindən istifadə imkanı 
• Həyat davamlılığı 
• Orta 
məktəblərə qəbul 
 
Türkiyənin GDİ-si 2016-cı il üçün 1.62 indeks dəyərinə malik daha yaxşı  gələcəyi təsvir 
edir – müqayisə üçün, 2006-cı ildə bu göstərici 1 olub. 2001-2005-ci illər arasında GDİ 
qrafikləri arasındakı güclü dəyişiklik 90-cı illərdə olan koalisiya-əsaslı hökumətlərlə 
müqayisədə, o dövrün tək-partiyalı hakimiyyəti ilə  əlaqəli ola bilər. Türkiyə GDİ-si 
həmçinin 1999-2001-ci il maliyyə böhranlarının qarşısını almağa qadir idi.    
   
Ən həssas və  ən mühüm dəyişənlər hər ÜDM-yə düşən xarici borc, İşsizlik, və meşə 
torpaqları olub. Hər ÜDM-yə düşən xarici borcun azalması Türkiyənin Sabit İnkişafının 
2013-cü ilədək ÜDM-nin 7% artmasına nail olması üçün mühüm əhəmiyyət kəsb edir. 
Meşə torpaqları iqlim dəyişikliyi ucbatından günü-gündən daha da mühümləşən bir 
mülkiyyətdir. Dünyada işsizlik son 3 ildə  təqribən 10% sabit olub, lakin fəaliyyət planları 
bu göstəricini 6-7%-ə endirmək üçün layihələşdirilməlidir ki, Türkiyənin 2015-ci ildə 
Avropa Birliyinə üzv olma ehtimalından öncə o iqtisadi və sosial cəhətdən sağlam bir 
formaya düşsün.   
 
Türkiyə öz GDİ hesablamalarını  təkmilləşdirməyə davam edir. 2008-ci il üçün Türkiyə 
GDİ-sinə daha bir neçə dəyişənlərin daxil edilməsi gözlənilir: Parlamentdə qadınlar (2007-
ci il seçkilərindən sonra yniləndirilib), Tədqiqat və  Təkmilləşdirmə  xərcləri,  İnternet 
penetrasiyası, və CO
2
 emissiyaları. Türkiyənin Bütün Futursitləri Assosiasiyası da 
həmçinin, GDİ-yə daxil edilmiş  dəyişənlərin qiymətləndirilməsi prosesində  iştirakını 
genişləndirmək üçün müvafiq Türkiyə QHT-ləri ilə əməkdaşlıq aparacaq.  
 
 
 
 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
84
Qrafik 21. Türkiyə üçün GDİ (2006=1 olaraq tənzimlənmiş) 
 
 
 
 
 
 
2006-cı ildə, Cənubi Koreya üçün GDİ hesablanıb. Daxil edilən dəyişənlər əvvəllər digər 
GDİ araşdırmalarında istifadə olunmuş  dəyişənləri  əks etdirir və 20 il üzrə  məlumatların 
olduğu çoxluq silsiləsi seçilmişdir. Bu hesablamada istifadə olunmuş  ən yaxşı  və  ən pis 
dəyərlər 30 Koreyalı mütəxəssis arasında aparılmış yeni Delfi araşdırması yolu ilə  əldə 
olunub. Cənubi Koreya üçün ikinci GDİ birincidə olan eyni dəyişənlərdən və o dövrdə əldə 
olan qlobal GDİ üçün əvvəllər müəyyən olumuş  ən yaxşı  və  ən pis dəyərlərdən istifadə 
etməklə hesablanıb. Bu hesablama digər ölkələrin də GDİ-ləri ilə bilavasitə müqayisə 
oluna biləcək bir GDİ əldə etmək üçün aparılıb.  
 
Qrafik 22 nisbi şərtlərdə qlobal və Cənubi Koreya normalizasiya dəyərlərini istifadə edən 
Cənubi Koreya GDİ-sinin müqayisəsini göstərir.    
 
Cənubi Koreya GDİ hesablamalarında nəzərə alınmış dəyişənlər aşağıdakılardır: 
 
• Körpə ölümü 
• adambaşına düşən ÜDM 
• təmiz su mənbələrindən istifadə imkanı olan əhali təsərrüfatların faizi 
• Atmosferik 
CO
2
 emissiyaları 
•  İllik əhali əlavələri 
•  İşsizlik  
• Həyat davamlılığı 
• Meşə torpaqları 
• Azadlıq İndeksi 
 
Cənubi Koreya GDİ-si Cənubi Koreyalıların gözləntilərini və ölkənin konkret situasiyasını 
özündə  əks etdirir. Məsələn, bütün dünyada əhalinin sayının azalması mübət bir 
tendensiya kimi qəbul olunur, Koreya isə bunun əksini düşünür (Bu Cənubi Koreya Delfi 
araşdırmasında aydın olub. Bu araşdırmada “illik əhali əlavəsi” üçün ən yaxşı dəyişən ən 
pis dəyərdən böyükdür).      
 
İki GDİ versiyası ayrı-ayrılıqda hesablanıb, çünki təhlilin məqsədi təkcə Cənubi Koreyanı 
digərləri ilə müqayisə etmək yox, həmçinin Cənubi Koreyalıların gözündə  gələcəyin nə 
qədər yaxşı  və  nə  qədər pis göründüyünü ölçməkdir. Xüsusi olaraq qurulmuş  Cənubi 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə