Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə37/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   33   34   35   36   37   38   39   40   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
88
 
3. 2030-cu ilədək Gələcək Təhsil və Öyrənmə (Tədris) İmkanları 
 
2030-cu ilə 23 ül qalıb. 23 il bundan öncəyə  nəzər salmaqla biz o vaxt yaşadığımız 
dəyişikliklərin sürətliliyini və əhəmiyyətliliyini görmüş olarıq. 23 il bundan qabaq 1984-cü il 
idi. O vaxt kim inanardı ki, 2007-ci ildə Koreya Respublikası daşınma, məlumat və 
kommunikasiya sənayelərinin bəzi sahələrində ABŞ-la uğurla rəqabət aparacaq? Və ya 
kim inanardı ki, milyonlarla insan əlavə pul ödəmədən dəfələrlə 1 saniyədən də az vaxt 
ərzində milyardlarla kompüter istinadları axtarmağa qadir olacaq? 23 il əvvəl hansı Təhsil 
Nazirliyinin  şagirdləri  İnternetə qoşulmaq məqsədi var idi? Son 23 il ərzində baş verən 
dəyişiklərin tempi bəzi insalar üçün çox sürətli görünür. O dəyişikliklərə səbəb olan amillər 
özləri isə  hələ  də sürətlənməkdədirlər. Nəticə etibarilə növbəti 23 ildə  dəyişikliklər daha 
böyük olacaq. Bəs təhsil və öyrənmədə (tədrisdə) hansı dəyişikliklər baş verə bilər?  
 
Koreya Respublikası  Təhsil üzrə Prezident Komissiyasının xahişi və  Təhsil Nazirliyinin 
dəstəyi ilə, Minillik Layihəsi, Layihənin Bölmələri tərəfindən seçilmiş 213 mütəxəssisin 
rəylərini toplamış Real Time Delphi-ni layihələşdirmək haqqında futurist bir ideya 
nəzərdən keçirib. Onların nəzərdə tutduqları 19 imkan (Cədvəl 3-ə baxın), çoxlu sayda 
strategiya alternativləri və siyasət quruculuğu prosesini məlumatlandıracaq imkanlar 
təqdim edir. Beynəlxalq paneldən 2030-cu ilədək bu imkanların meydana çıxma 
ehtimallarını qiymətləndirməyi xahiş olunub. 19 ehtimaldan yanız 5-i 50%-dən az 
meydana çıxma ehtimalı ilə qiymətləndirilib. Qrafik 23 imkanların ortalama ehtimalları ilə 
siyahısını təqdim edir.  
  
Bu imkanların bir-biri ilə qarşılıqlı əlaqəsi bugünkündən kəskin şəkildə fərqlənən bir təhsil 
mənzərəsi yaradır.  Əgər Mur Qanunu növbəti 23 il üçün qüvvədə olsa, 2030-cu ilədək 
kompüter insan beyninin emal etmə gücünə yiyələnəcək. Fərdlər Şəbəkə 17.0 tərəfindən 
“vaxtında bilik və öyrənmə” məqsədilə birləşdirilmiş dünya biliklərinə çıxış əldə edəcək, və 
onların həyatları boyu mövcud olan nadir tələblərinə uyğunlaşmış virtual reallıq 
interfeyslərinə malik simulyasiyalardan istifadə edəcəklər.  İnsanların qeyri-stabil 
yetişməsinin və ya ruhi xəstəyə çevrilməsinin qarşısını almaq üçün layihələşdirilmiş fərdi 
öyrənmə (tədris) prosesinin davamlı  təkamülü ilə birgə xürafatı  və nifrəti aradan 
qaldırmağa yönəldilmiş proqramlar daha gözəl, sevgi dolu dünyaya gətirib çıxara bilər. 
 
Paralel olaraq, beynin funksiyası  təkmilləşdirilmiş  fərdi qidalandırma və beynin 
genişləndirilməsi üçün nəzərdə tutulmuş  dərman preparatlarının köməyilə  əsaslı  şəkildə 
artmalıdır. İnsan beyninin qismən xəritələşdirilməsi və digər metodlar 2030-cu ilədək şəxsi 
intelektin əsaslı şəkildə artmasına və uzunömürlülüyünə səbəb ola bilər. Yaxın gələcəkdə 
beyinlər irsi cəhətdən genişlənə bilər və dizaynedici mikro-orqanimləər beyin hücüyrələrini 
daha effektiv işləməyə vadar edə bilərlər. Elmin arxasınca qaçmağı gücləndirən ictimai 
əlaqələr sistemindən və bu öyrənmə yeniliklərindən və maarifləndirici konsepsiyalardan 
istifadə etməklə fərdi və kollektiv intellekt inkişaf etdirilə bilər.  
 
 
 
 
 
 
 
 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
89
 
Cədvəl  3.  
 
 
 
 
 
Qrafik 23. 2030-cu ilədək Təhsil İmkanları Ehtimalı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
2030-cu ilədək Təhsilə təsir edən Imkanlar  
1.  Kollektiv intellekti inkişaf etdirmək üçün milli proqramlar 
2.  Vaxtında təhsil və tədris 
3. Fərdiləşdirilmiş təhsil 
4. Simulyasiyalardan istifadə 
5.  İnsanların qeyri-stabil yetişməsinin və ya ruhi xəstəyə çevrilməsinin qarşısını almaq üçün 
layihələşdirilmiş fərdi öyrənmə prosesinin davamlı qiymətləndirilməsi 
6. Təkmilləşdirilmiş fərdi qidalandırma 
7.  İrsi yüksək intellekt 
8.  İbtidai sosial elmi tədqiqat aləti kimi qlobal onlayn simulyasiyalarından istifadə 
9. Elmin arxasınca getməyi gücləndirən ictimai əlaqələr sistemi 
10. Portativ süni intellekt cihazları 
11. Öyrənmənin necə meydana çıxdığını  aşkar etmək və bunun vasitəsilə öyrənməni 
təkmilləşdirmək üçün strategiyalar işləyib hazırlamaq məqsədilə insanın sinir hüceyrələrinin 
əlaqələrinin (sinaps) tam şəkildə xəritələşdirilməsi  
12. Yetkin  şəxslərin beyinlərini uzun müddət üçün daha sağlam saxlamaq üçün vasitələr 
13. Beynin  genişləndirilməsi üçün Kimya 
14. 
Veb 
17.0 
15. Inteqrə edilmiş ömürlük 
öyrənmə
 sistemləri 
16. Xürafatı və nifrəti aradan qaldırmağa yönəldilmiş proqramlar 
17. 
E-Tədris
 
18. İnsanlardan ağıllı kompüterlər 
19. İntellekti artıran süni mikroblar  
Ehtimal  
Web 17.0
İnteqrə edilmiş ömürlük öyrənmə sistemləri 
Beynin genişləndirilməsi üçün kimya
Vaxtında təhsil və tədris
          Elmin arxasınca getməyi gücləndirən ictimai əlaqələr sistemi 
    Simulyasiyalardan 
istifadə
 
 
 
 
 
          E-tədris 
 
 
 
   Yetkin şəxslərin beyinlərini uzunmüddətə daha sağlam saxlamaq üçün vasitələr 
 
 
 
 
 
 
     Fərdiləşdirilmiş təhsil 
Təkmilləşdirilmiş fərdi qidalandırma 
On-layn simulyasiyalardan istifadə 
Kollektiv intellekti inkişaf etdirmək üçün milli proqramlar 
 
 
 
 
 
 
 
       Portativ süni intellekt cihazları 
 
 
 
 
 
 
          İnsanlardan ağıllı kompüterlər 
               Xürafatı və nifrəti aradan qaldırmağa yönəldilmiş proqramlar
 
 
 
 
   Fərdi öyrənmə prosesinin davamlı qiymətləndirilməsi 
 
 
 
 
 
İnsan sinapsının tam şəkildə xəritələşdirilməsi 
 
 
 
 
 
 
 
       İrsi yüksək intellekt 
 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə